Psixoloji testlərlə özünü analiz et

Psixologiya nedir?

İlk öncə psixologiya elminin nəyi öyrəndiyini və niyə mövcud olduğunu öyrənək. Psixologiya – bir başqa adı ilə “ruh elmi” insanların davranışlarını analiz edən, canlı varlıqların psixikasını, ruhi fəaliyyətini öyrənən elmdir. Psixologiya insanları anlamağa və onların xarakterini tam analiz etməyə imkan verir.

Psixologiyaya aid testler

Hər halda, insanların bir çoxu həyatında ən azı bir dəfə psixoloq olmağı istəyib və ya bunun haqqında düşünüb. Çünki insanların düşüncələrini bilmək hamımızın xoşuna gəlir, elə deyilmi?
Ancaq bir maraqlı məqam da vardır ki, digərlərini analiz etməyə, onların düşüncələrini oxumağa, “ nəyi niyə edirlər? ” sualına cavab tapmağa çalışmaqdan öncə özümüzü tanımağa və analiz etməyə cəhd etməliyik. Bu zaman psixologiyaya aid testler – psixoloji testlər köməyimizə çatır. Psixoloji testlər etmək həm maraqlıdır, həm də əyləncəli. Bu yolla öz xarakterinizi daha yaxından tanımış olursunuz. Psixoloji testlər müxtəlif olur; xarakter analizi edən psixoloji testler, ruh və ya psixoloji yaşı müəyyən edən psixoloji testlər, şəkilli psixoloji testlər və s.
Bu yazıda en maraqli psixoloji testlerle özünüzü yoxlamağınıza kömək edəcəyik.

Psixoloji testler ve cavabları

İstər terapiya/seans, yəni bir mütəxəssisin köməyi vasitəsilə, istərsə də online şəkildə internet resurslarından (həmin veb saytlar, platformalar və s. testlərin cavablarında real elmi faktlara əsaslanan mənbələr olmalıdır) istifadə edərək psixoloji testlər edə bilərsiniz.

Gəlin bir test edək. Bağlanma növlərini müəyyənləşdirən psixoloji testlərdən birini edəcəyik. J. Boulbinin (John Bowlby) bağlanma nəzəriyyəsi ilə bağlı olan bir testdir bu. İnsanlararası münasibətdə bağlanma ilə bağlı ən məşhur nəzəriyyələrin birisidir J. Boulbinin bu yanaşması.

Psixoloji testə başla: https://www.huzursuzbeyin.com/baglanmastilleri

Uşaqlıq illərindən formalaşmaqda olan bağlanma növünü müəyyənləşdirmək çox önəmlidir, çünki bu amil bütün münasibətlərdə (istər romantik, istər digər növ münasibətlər) ünsiyyətinizə və ümumilikdə, həyatınıza təsir edir.

Şəkilli psixoloji testlər

Şəkil 1. Bu şəkildə diqqətinizi çəkən ilk şey nədir?

vzbYJxFHTES4 nf0HB7kew 1
Sekilli psixoloji testler – Sekil 1.

ÜZ: Həssas və zərif birisən. Konfliktlərdən qaçırsan. Hisslərin adətən sənə doğru olanı deyir.

İKİ QUŞ ŞƏKLİ: İstiqanlı və əyləncəlisən. İnsanlarla ünsiyyəti çox yaxşı bacarırsan və möhtəşəm bir dostsan.

Şəkil 2. Bu şəkildə diqqətinizi çəkən ilk heyvan hansıdır?

kEjygx0wgUWczo5cJPobMw 1
Sekilli psixoloji testler – Sekil 2.

Meymun: Azadlığına düşkünsən və özünə zaman ayırmağı çox sevirsən.

Aslan: Risk almağı sevən birisən. Əgər bir şeyi ağlına qoydunsa mütləq həyata keçirməlisən.

İnsan psixologiyasını anlamaq

Psixologiyanı bilmək – insan psixologiyasını anlamaq, əslində, təkcə psixoloqlar, psixiatrlar kimi mütəxəssislər üçün vacib deyil. Bu həm də müasir dövrdə CEO-lar, şirkət rəhbərləri, insan resursları üzrə mütəxəssis, marketinq sahəsində çalışanlar və s. şəxslər üçün də uğurlu qapılar açır. Belə ki, şirkətlər necə kadrlarla çalışmaq istədiklərini, onlardan nə gözləməli olduqlarını bilmək istəyirlər. Marketinq sahəsində çalışan kadrlar isə satışı uğurlu həyata keçirmək üçün müştərinin psixologiyasına, necə qərar verdiyinə bələd olmalıdır. Müasir dövrdə psixologiyanın iş dünyasında önəmi ən az tibb elmindəki qədər vacib səciyyə daşımaqdadır.
Bu bloqda psixologiyanın əyləncəli bir istiqaməti – yazıda psixoloji testlər və onların əhəmiyyəti ilə tanış oldunuz. İnsan psixologiyasının mürəkkəb olduğu qədər də rəngarəng olduğunu və psixologiyanın çox geniş bir elm olduğunu unutmayın.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button