Koronavirus niyə bu qədər insanları qorxudur ki…. Necə qorunmalıyıq?

Koronavirus söhbətləri hazırda adına uyğun olaraq bir virus kimi yayılmaqdadır. Bu vəziyyətdən istifadə edib lazımsız məlumatlar paylaşanlar, daha tədbirli olmaq üçün faydalı iş yardan insanlar və qurumlar da mövcuddur.

Bəs koronavirus nədir və qorunmaq üçün nələri etməliyik?

Karona virusu (COVID-19) bir epidemiya olaraq son günlər çox insanın ölümünə və bir çox ölkələrin bu mövzuda daha təbirli, daha diqqətli olmasına səbəb yaratdı. Bu xəstəliyin fəsadları və yoluxuculuğu çox qorxuducu olmasına baxmayaraq, hər bir adam özünü qorumaqla bundan uzaqlaşa, qısa müddətdə qarşısını ala bilər.
Bu tədbirlər əslində sizə çox sadə görünə bilər lakin hər birimizin mütləq əməl etməli olacağımız işlərdir.

  1. Əlləri tez-tez ən azı 20 saniyə olmaqla ovalayaraq sabunla yumaq.
  2. Öskürmə və hapşırma zamanı dəsmaldan istifadə etmək və ya yoluxucu olmasın deyə bu zaman əl içinə deyil, dirsək arasına ağzımızı tutmalıyıq.
  3. Təmiz olmadan əllərinizlə ağzınıza, burnunuza və gözlərinizə toxunmayın.
  4. İnsanlarla (sübhəli hiss etdiyiniz) ən azı 3-4 addım məsafə saxlayın.
  5. Yaşadığınız və vaxt keçirdiyiniz yerləri tez tez havasını dəyişin.
  6. Şəxsi əşyalarınızı heç vaxt başqası ilə paylaşmayın.
  7. Salamlaşma və sarılma kimi yaxın təmaslardan qaçının
  8. Daha çox su içib, yemək və yuxu rejiminə əməl edin.
  9. Ən önəmlisi isə sağlığınızda narahatcılıq hiss etsəniz mütləq həkimə görünün.

Unutmayın Koronavirus alacağınız tədbirlərdən daha güclü deyil.

Daha ətraflı məlumatı aşağıdakı video vasitəsiylə əldə edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button