Novruz Bayramı Qeyri-İş Günləri 2024

Novruz Bayramı Qeyri-İş Günləri 2024

Ölkəmizdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının qərarı ilə hər ilin dekabr ayında növbəti ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilir. Beləliklə, iş və qeyri-iş günlərinin dəqiq tarixləri, sayı, bayram günləri və tətilləri, matəm günləri və digər əlamətdar tarixlər müəyyən edilərək, bu barədə əhaliyə məlumat verilir. Təqvimdə qeyd olunan bayram günləri istirahət günləri ilə üst-üstə düşdükdə Əmək Məcəlləsinə əsasən, iş günləri ilə əvəzləşdirilir. İstehsalat təqvimində əks olunan bu və digər vacib nüansların öncədən qeyd edilməsi vətəndaşların, həmçinin, şirkətlərin illik hədəflərinə uyğun plan qurmaq işlərini asanlaşdırır. Odur ki, gəlin, 2024-cü ilin qeyri-iş günləri siyahısı ilə tanış olaq.

2024-cü ilin qeyri iş günləri

Beləliklə, 2024-cü il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;

20 yanvar – Ümumxalq hüzn günü;

8 mart – Qadınlar günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

10, 11 aprel – Ramazan bayramı;

9 may – Faşizm üzərində qələbə günü;

28 may – Müstəqillik Günü;

15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü;

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;

16, 17 iyun – Qurban bayramı;

8 noyabr – Zəfər Günü;

9 noyabr – Azərbaycan Respublikasının Dövlət bayrağı günü;

31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 3,4,5 yanvar, 25 və 26 mart, 18 və 19 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart və 18 iyun tarixləri istirahət günləridir. Beşgünlük iş həftəsində 7 yanvar iş günüdür.

Novruz Bayramı Qeyri-İş Günləri 2024

Xalqımızın böyük həvəslə hazırlaşdıqları bayramlar arasında Novruz Bayramının özünəməxsus rolu var. Bahar bayramı olaraq da tanınan, Novruz Bayramı təbiətin oyanması, canlanması ilə insanlar arasında bir çox mənalarda yeni başlanğıcların fərqliliyini və gözəlliyini ifadə edir. Eyni zamanda, hər il bu bayram ərəfəsində dövlət səviyyəsində tətil günləri elan edilir ki, insanlar öz ailələri, sevdikləri ilə bərabər zamanlarını xoş keçirsin. Uzaqda yaşayan qohumlara, əzizlərə baş çəkərək, keçmiş xatirələri yeniləri ilə əvəz etsinlər. Bu ilin Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, cari ilin martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı qeyri-iş günləri olaraq müəyyən edilib. Ancaq, 23 və 24 mart şənbə və bazar günlərinə, yəni bayram günləri istirahət günlərinə təsadüf etdiyi üçün iş və istirahət günlərinin ardıcıllığının təmini üçün 18 və 19 mart tarixləri də qeyri-iş günləri olacaq. Beləliklə, Novruz Bayramı ilə əlaqədar ardıcıl 18, 19, 20, 21, 22, 23, 24 mart tarixləri ölkə səviyyəsində qeyri-iş günləri hesab edilərək, bir həftəlik bayram tətili müəyyən olunub. 

Novruz Bayramı Qeyri-İş Günləri 2024

Azərbaycanda Novruz bayramında hansı banklar işləyəcək?

Nazirlər Kabinetinin Qərarına əsasən ölkədə bayram tətili günlərində dövlət qurumlarında, həmçinin, müəssisələrdə, təşkilatlarda və s.-də iş fəaliyyəti dayandırılır. Ancaq bir çox  özəl şirkətlərdə, bəzi müəssələrdə iş fəaliyyəti növbəli şəkildə tənzimlənir ki, müvafiq qurumlar, obyektlər bayram günlərində də əhaliyə xidmət göstərir. Buraya çatdırılma şirkətləri, mağazalar, iaşə obyektləri, əyləncə mərkəzləri və s. daxildir. Eyni zamanda vətəndaşlar arasında bank xidmətlərinə müraciətlərin üstün olması sayəsində, bayram günlərində bir çox banklar müəyyən filiallarda öz müştəriləri üçün qapılarını açıq saxlayır. Bu barədə ətraflı məlumat almaq üçün bankların rəsmi saytlarına, sosial media hesablarına daxil olaraq, məlumatları izləmək kifayətdir. Adətən bayram həftəsindən bir neçə gün öncə müvafiq məlumat paylaşılır. Məlumat üçün qeyd edək ki, 2023-cü ildə Novruz Bayramı tətilində fəaliyyət göstərən bankların siyahısı aşağıdakı kimi olub.

Azərbaycan Beynəlxalq Bankı

Bank of Baku

Bank BTB

Bank Respublika

Expressbank

Kapital Bank

VTB Bank 

TuranBank

Yapı Kredi Bank Azərbaycan

Novruz bayramı tətilində nə etmək olar?

Novruz Bayramı Qeyri-İş Günləri 2024

Yuxarıda qeyd olunduğu kimi, bu il Novruz Bayramı ərəfəsində tətil günləri bir həftə boyunca davam edəcək. Bu günlər istirahət etmək, müəyyən planlar qurmaq, sevdiklərinizə baş çəkmək və s. kimi planlar üçün kifayət qədər zamanı əhatə edir. Plan qurmağa çalışanlar üçün bəzi ideyalarımız vardır. Gəlin, tanış olaq.

İlk olaraq qeyd edək ki, bahar fəsli təbiətə canlanma, yeni tumurcuqlar, başlanğıclar gətirdiyi kimi insan həyatına da yeni nəfəs bəxş edir. Bu fikri əsas götürərək, bu bayramda, baharın həyatınıza yeni təravət, fərqli başlanğıclar, yeni addımlar, yeni kəşflər gətirməsinə icazə verin. Mütləq şəkildə dincəlməyi ön planda saxlayaraq, zövqünüzə uyğun şəkildə bayram planı qura bilərsiniz.

Səyahət (Novruz Bayramı Qeyri-İş Günləri 2024)

Bayram tətili ərəfəsində ölkəmizdə əksər istirahət mərkəzləri, otellər müxtəlif endirim kampaniyaları elan edir ki, sevdiklərinizlə bərabər zaman keçirmək üçün səyahət etmək ən ideal seçimlərdəndir. Eyni zamanda ölkə xaricinə getmək üçün də, bir həftəlik zaman kifayət qədər uyğun müddətdir. Hər iki halda getmək istədiyiniz istiqamətlərdəki istirahət məkanlarına booking.com saytından nəzər yetirə bilərsiniz.

Yeni Hədəfləri Müəyyənləşdirmək (Novruz Bayramı Qeyri-İş Günləri 2024)

Adətən yeni hədəflərin ilin başlanğıcında yazılması adət halını alsa da, yeni ilə keçid ərəfəsində bayram əhval ruhiyyəsi, bir qədər işlərin çoxluğ və ya digər səbəblərdən dolayı zaman problemi yaranır. Bu zaman insanlar öz şəxsi planlarına fokuslanmaqda çətinlik çəkir. Ancaq mart ayı nisbətən işlərin yüngülləşdiyi, planları və hədəfləri yenidən nəzərdən keçirmək üçün ideal ay hesab olunur. Odur ki, bayram tətilini yeni karyera, şəxsi həyat hədəflərinizə çatmaq üçün həsr etməyiniz faydalı ola bilər. Araşdırmalar apara, yeni yollar müəyyənləşdirə, buna uyğun addımlar xəritənizi qura bilərsiniz.

Dincəlmək, Meditasiya Etmək (Novruz Bayramı Qeyri-İş Günləri 2024)

Müasir dövrdə hadisələrin sürətliliyi, dayanmadan inkişafı, ətrafımızın getdikcə fərqliliyə tez uyğunlaşması və digər səbəblərdən dolayı insanlar şəxsi istirahətlərinə zaman ayırmaqda çətinlik çəkir. Odur ki, bayram günləri gərginliyi, yorğunluğu aradan qaldırmaq məqsədi ilə dincəlmək, meditasiya etmək üçün olduqca faydalı qərar olacaqdır. Hətta, onlayn şəkildə meditasiya videolarından yararlana bilərsiniz. Yaxud da istirahətinizi sevdiyiniz hobbilərə uyğun tənzimləyə bilərsiniz. Buraya rəsm çəkmək, kitab oxumaq, fotoqrafiya ilə məşğuliyyət, paltar toxumaq, heyvan bəsləmək və s. aid ola bilər.

Şəhərimizdə Əylənmək (Novruz Bayramı Qeyri-İş Günləri 2024)

Bayram günləri paytaxtımızda hər il müxtəlif Novruz yarmarkaları, əyləncələri təşkil olunur. Həmçinin, müxtəlif sərgilər, dahi şəxsiyyətlərin ev muzeyləri, film seansları, oyun klubları və s. sizin ixtiyarınızdadır. Ailəniz, dostlarınız, iş yoldaşlarınızla birgə əylənmək, danışıb-gülmək enerjinizi yeniləyəcəkdir.

Qidalanmaya Diqqət Yetirmək (Novruz Bayramı Qeyri-İş Günləri 2024)

Novruz bayramı günləri xalqımız arasında müxtəlif növ bayram şirniyyatları hazırlamaq aktualdır. Demək olar ki, bütün evlərdən şirniyyat, Novruz Bayramı yeməkləri qoxusunu almaq mümkündür. Ancaq unutma qolmaz ki, maksimum şəkildə sağlamlığa diqqət yetirmək mütləqdir. Bəzən müxtəlif qidaların qarışıq qəbulu yaxud da vaxtı keçmiş məhsullara diqqət yetirmədən qəbul etmək xoş olmayan nəticələrə gətirib çıxarır.

Yeni Bacarıqları Sınaqdan Keçirmək (Novruz Bayramı Qeyri-İş Günləri 2024)

Yuxarıda qeyd etdiyimiz kimi, günümüzdə aktual olan vaxt çatışmazlığı məsələsi yeni bacarıqlarımızı kəşf etməyə də bəzən mane ola bilir. Odur ki, bayram günlərində hər zaman məşğul olmaq istədiyiniz, yaxud sizə maraqlı ola biləcək bir çox işlərə zaman ayıra bilərsiniz. Bəlkə də həyatınızın uğur şansı elə bu günlərdə kəşf edə biləcəyiniz yollardadır.

Qısa şəkildə sizin üçün bayramda edə biləcəklərinizlə bağlı kiçik xatırlatma etdik. Təbii ki, bu siyahı zövqlərə, həyat tərzinə görə dəyişə və rənglənə bilər. Unutmayın ki, özünüzü çox sevdiyiniz, özünüzə dəyər qatdığınız, yeniliklərə açıq olduğunuz hər gün sizin üçün bayram olacaqdır.  

Bayramınız Mübarək! Bahar küləyi özü ilə evlərinizə bol ruzi-bərəkət, sevinc, sevgi hissi və xoş anlar gətirsin!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button