Bazar günü işləyən banklar

Həftəsonu işləyən banklar

Bankların köməkliyi ilə həyata keçirilən vacib əməliyyatları gerçəkləşdirmək üçün əhalinin bir qrup hissəsi tez-tez banklara müraciət edir. Bu təbii olaraq, həftə içi hər gün işdə olan, hətta şənbə günü də işləyən insanlar üçün müəyyən çətinlik yarada bilər. Çünki onlar hər dəfə iş yerindən icazə almaq məcburiyyətində qalmaq istəmirlər. Buna baxmayaraq ölkədəki bankların əksəriyyəti istirahət günləri, bayram günləri və s. kimi xüsusi günlərdə digər qurumlar kimi fəaliyyət göstərmirlər. Bankların həftəiçi və həftəsonu iş saatları belə insanlar üçün maraqlı olduğundan həftəsonu işləyən banklar – istirahət günlərində də fəaliyyət göstərən banklar haqqında məlumat topladıq.

Yəqin ki, bazar günü də bankların çalışmasını işlərimiz tez həll olunsun deyə istəyərdik. Amma nəzərə almaq lazımdır ki, banklarda çalışan işçilər də bütün həftə ərzində çalışa bilməzlər. Onların da istirahət günlərindən istifadə etməyə haqqı var. Bunu nəzərə alaraq həftənin 6-cə günü işləyən bankları araşdıraraq işlərimizi bu bankların köməkliyi ilə həll edə bilərik.

Ümumiyyətlə, ölkədə bazar günü işləyən bank varmı? Şənbə günü hansı banklar işləyir? Ölkədə şənbə günü işləyən bankların sayı xeyli çoxdur, hətta bəzi bankların xüsusi olaraq bir neçə filialı bazar günü işləyən banklar siyahısına daxildir.

Bazar günü işləyən banklar varmı?

Həftəsonu işləyən bəzi bankların siyahısı:

Banklar       Həftəsonu işləyən filiallar         İş günləri
  ATBXətai filialı – həftəsonu çalışmır.1-5-ci günlər 09:00-17:00,
6-cı gün 10:00-14:00
  ABB 1-6-cı günlər,
6-cı gün iş saatı: 10:00-14:00
Kapital BankBravo 3, Sahil filialları, Hava Limanı şöbəsi, Bravo 2 filialı, Birbank Rəqəmsal Mərkəz – Elmlər Akademiyası, Gənclik Mall filialı, Birbank Rəqəmsal Mərkəz- Dəniz Mall, , Birbank Rəqəmsal Mərkəz – 28 Mall, , Birbank Rəqəmsal Mərkəz – Nərimanov, 7 saylı şöbə, Bravo 4 filialıHəftənin bütün günləri
Ekspress Bank 1-6-cı günlər,
6-cı gün iş saatı: 10:00-14:00
UniBankRəqəmsal filial, Sumqayıt, Neftçilər, Əcəmi, Mərdəkan filialları, 13, 15 və 19 saylı filial1-6-cı günlər,
6-cı gün iş saatı: 10:00-15:00

Bununla yanaşı, Turan Bank, Yapı Kredi Bank Azərbaycan, Rabitə Bank, Bank of Baku, Bank BTB, Günay Bank kimi bankların da filialları həftə sonu işləyir (əsasən, şənbə günləri).
Əgər bankla bağlı işləriniz çox vacibdirsə və yalnız həftəsonu vaxt ayıra bilirsinizsə, ilk öncə bankın getmək istədiyiniz filialı ilə əlaqə saxlayaraq müvafiq bank əməliyyatı ilə bağlı məlumat ala və bir daha iş saatlarını dəqiqləşdirə bilərsiniz.

Bank əməliyyatları

Şənbə və bazar günü işləyən bankların əksər filiallarında bank əməliyyatlarından yalnız hazır kartların istifadəyə verilməsi və ya kart sifariş etmə kimi əməliyyatlar həyata keçirilir. Buna baxmayaraq bütün bank əməliyyatlarını bazar günü həyata keçirən bank filialları da mövcuddur (əsasən, mərkəzi filiallar və s. – bu qayda bankların hər birində fərqli şəkildə qurulub). Banklar nağd kreditin verilməsi, debet kartların hazırlanması, pul köçürmələri və digər bank xidmətlərini həm fərdi, həm də korporativ müştərilər üçün həyata keçirir. Banklarla əlaqə saxlamaq, bankların iş saatları barədə məlumatlanmaq, ən əsası hər bir banka məxsus olan xüsusi xidmətlərdən və təkliflərdən yararlanmaq istəyirsinizsə, bankların veb saytları, həmçinin sosial şəbəkə hesablarına daxil olaraq informasiya ala bilərsiniz. Bunlar arasında lider banklar olan və xidmətləri bəyənilən çoxlu sayda bank eyni zamanda öz yaratdıqları app-lər (proqramlar) ilə məlumatları müştərilər üçün daha rahat və əlçatan ediblər. Ödənişləri bu proqramlar vasitəsilə həyata keçirə bilirsiniz, hətta app ilə online kredit ala bilirsiniz, online şəkildə bank ilə müqavilə bağlaya bilirsiniz, banka getməyə vaxtınız olmadıqda yeni bank kartını sifariş edirsiniz və s.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button