Müsahibə sualları, iş müsahibəsində hansı suallar verilir

Müsahibə sualları haqqında danışmazdan əvvəl Müsahibənin məqsədi haqqında qısa məlumat əldə etmək faydalıdır.

Müsahibə Nədir?

Müsahibə işə götürən tərəfindən sizin mövcud vakansiya ya nə dərəcədə uyğun olub olmamağınəzə yoxlamaq üçün təşkil olunan prosesdir. İşə götürən tərəf müsahibə yolu ilə sizin bacarıq, təcrübə və keyfiyyətləriniz haqda geniş məlumat əldə edir. Digər tərəfdəndə iş axtaran namizədin həmin vakansiyaya, şirkətə, onun məqsədlərinə, gələcək planlarına və maraqlarına nə qədər uyğun olub-olmamasını müəyyən edən bir prosesdir. 

Müsahibə zamanı sizin savad və biliyinizə deyil, dünya görüşünüz və hazırlığınıza diqqət edilir. Ona görə də müsahibənin formatından və yerindən asılı olmayaraq müsahibəyə yaxşı hazırlaşmaq lazımdır. 

Məsələn siz müəllim olmaq üçün müsahibə mərhələsindən keçirsinizsə, sizə müsahibədə ixtisasınız haqqında suallar verilməyəcək. Yalnız hər hansi bir mövzu üzrə sizin fikirlərinizə və sinifdə sagirdlə davranış qaydanıza psixologiyanıza diqqət ediləcək.

Siz əgər hansısa şirkət də işləmək üçün müsahibə verirsinizsə əvvəlcədən öyrənməyiniz gərəkən bəzi vacib məlumatlar var. Bunlar:

  • Şirkət haqda ətraflı məlumat toplamalısınız. Yəni nə vaxt yaranıb,?Hansı məqsədlə yaranıb? Dəyərləri nələrdir?
  • Hansı istiqamətdə çalışır, əsas fəaliyyəti nələrdir?
  • Ən böyük uğur və nailiyyətləri hansılardır? 
  • Son fəaliyyətləri və gələcək planlar hansılardır? 

Müsahibədə əsasən hansi suallar verilir. 

Hər bir müəssisə müxtəlif vakansiya və müxtəlif ehtiyac səbəbiylə müsahibə keçirsədə işə götürənin məqsədi eynidi və eyni suallara cavab axtarır. 

  • Bu namizəd bu işə uyğundumu? (bacarıq və bilikləri imkan verirmi) 
  • Bu namizəd bizim şirkətə uyğundumu?(şəxsi keyfiyyətləri nələrdir?insan olaraq işləyə bilərikmi onunla?) 
  • Yəni müsahibədə verilən suallar əslində bu suallara cavab tapmaq üçündür. 

Bəs müsahibədə olarkən necə cavablar verməliyik?

Biz verilən suala cavab verəndə öz fikrimizi, məqsədimizi deyil qarşımızdakı insanın eşitmək istədiyi cavablari verməliyik. Məsələn “Nə üçün bizimlə işləmək istəyirsiniz?” sualına sizdə maaş daha yüksəkdir, iş saati və ya şəraiti daha münasib idi və ya pul qazanmaq, iş tapmaq, inkişaf etmək istəyirəm kimi cavablar vermək qətiyyən doğru deyil. Bu cavablar sizə qarşı heçdə müsbət fikir yaratmaz. Bunun əvəzində “mənim üçün işlədiyim şirkətin, liderliyi, uğurlari, gələcək planları çox önəmlidi” deməyiniz sizə müsbət xal qazandırar. 

Təbii ki hər bir şirkətin müsahibe suallari fərqli olur. Ama demək olarki hamısıda aşağıdakı suallar verir. Ona görədə bu suallara əvvəlcədən yaxşi hazirlaşmaq lazimdir. 

Ən çox verilən müsahibe suallari

Müsahibe suallari 2020

1.Özünüzü təqdim edin. Bu sual çox sadə görünə bilər. Ama sizin bu suala verdiyiniz cavab müsahibənin gedişinə təsir edəcək. Özünüz haqda qısa 3-4 dəqiqəlik məlumat verin.

2.Nəyə görə sizi seçməliyik? Bu suala cavab vermək üçün əvvəlcədən yaxşı hazırlaşmaq lazimdır.

  • İş haqqında əvvəlcədən məlumat toplamalısınız. 
  • İşə götürənin hansı xüsusiyyətləri axtardiğını öyrənməlisiniz. 
  • Bu xüsusiyyətləri öz bacarığınzla müəyyənləşdirirsiniz.
  • Və onların axtardıqları xüsusiyyətlərin sizdə olduğuna qarşınızdakını inandırırsınız. 

3. Nə üçün bizimlə işləmək istəyirsiniz?

Bu sualı şirkət sizə verərkən, sizin bu şirkətdə işləmək istəməyinizin əsil səbəbini və şirkət haqda nə qədər məlumatlı olmağınızı öyrənmək istəyir. Bu suala cavab verərkən biz öz qazancımızdan çox şirkətin nə qazanacağını qeyd eləməliyik. Yəni mən şirkətə nə qazandıracam. Bu şirkətdə işləmək mənə nə qazandıracaq. Qısacası əvvəldən qeyd elədiyimiz kimi biz qarşımızdakı insanın eşitmək istədiyi cavabları verməliyik. Elə bir cavab verilməlidir ki “işə götürən” sizin bu şirkətdə yalnız iş olsun deyə işləmək istəmədiyinizə inanmalıdır.

4. İş yerinizi niyə dəyişirsiniz? 

Bu sualı verən müsahibəçinin məqsədi odurki, sizin işdən ayrılma səbəbinizi öyrənərək, sizin necə bir işci olduğunuzu, sizin üstünlüklərinizi və gələcəkdə sizi işə götürdüyü halda nə qazanacağınızı öyrənsin. 

Bu suala cavab verərkən heç bir halda köhnə işinizi, rəhbərliyiniz və iş yoldaşlarinizi pisləməyin. Bu sizin haqda yalnız mənfi fikir yarada bilər. 

5. Özünüzü 10 il sonra harda görürsünüz? 

Bu sualda əsas məqsəd sizin karyera planlarınız və təklif olunan vakansıyanın sizin gələcək planlarınıza nə qədər uyğun olduğunu görməkdir. Bu suala düzgün cavab vermək üçün tam detallara girməyiniz vacib deyil. Siz cavabınızı elə qurmalısınız ki, işlə əlaqədar müraciətini sizin gələcək karyera planınızla məntiqli olsun. 

6. İşdə ən böyük uğurlarınız nələrdir? 

Burada müsahibə götürən bilmək istəyirki siz nəyəsə nail olan insansınız. Bu zaman uğurlarınızdan danışın. Və uğur hesab etdiyiniz işi açıq şəkildə izah edin. Özünüz haqda doğru olmayan fikirlərlə müsbət obraz yaratmayın. 

7. Bu işdən gözləntiləriniz nələrdir?

Burada məqsəd sizin işi nə dərəcədə dərk etdiyinizi müəyyən etməkdir. Siz danışarkən elə şeylər seçməlisiniz ki, gələcək işinizlə birbaşa əlaqəli olsun. 

8.Əmək haqqi barədə gözləntiləriniz?

Ən yaxşısi budu ki, siz bu suala cavab verərkən dəqiq bir rəqəm deməyəsiniz. Təxmini istədiyinizi deyə bilərsiniz. Bu zaman da sizin indi aldığınız maaşla gözlədiyiniz maaş arasında böyük fərq olmamalıdır. Siz maaşın o qədər də önəmli olmadığını, ehtiyaclarınızı ödəyəcək qədər olmasının bəs etdiyini söyləyə bilərsiniz.

İş tapmaq üçün isə iş elanları saytlarından mövcud vakansiyaya CV göndərərək uğurlu nəticələr əldə edə bilərsiniz. Uğurlar!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button