Portfolio nədir? Uğurlu portfolio necə hazırlanır?

Portfolio nədir? Uğurlu portfolio necə hazırlanır?`

Müasir dövrdə istər şəxsi həyatında, istərsə də karyerasında uğur zirvələrini kəşf etmək istəyənlər üçün fürsətlər sonsuzdur. Texnologiyanın əksər sahələrə inteqrasiyası sayəsində artıq sürətli inkişafın izlərinə bütün dünyada rast gəlmək mümkündür. Elə bunun nəticəsidir ki, uzaq məsafələrdı, okeanın o tərəfində yaşayan insanlarla ünsiyyət qura, müxtəlif məhsulları sifariş edə, öz xidmətlərimizi təklif edə bilirik. Təbii ki, bu siyahı sadalanılanlarla yekunlaşmır. Texnologiyanın həddsiz üstünlüklərindən ən çox yararlananlar isə uzaq məsafədən işləyərək, karyerasını qurmağa çalışanlardır desək, yanılmarıq. Çünki, bir çox peşə sahibləri onlayn şəkildə öz əl işləri haqqında məlumatları bir portfolio daxilində toplayaraq, bütün dünyaya nümayiş etdirə bilirlər. Bunun sayəsində işə sifariş verən və sifarişi alan hər iki tərəf özünəməxsus şərtlər əsasında, sərfəli şəraitdə hədəflərinə nail olmuş olur. Gəlin görək, bəs bu necə baş verir?

Portfolio Nədir?

Portfolio müəyyən peşə sahibinin öz işində peşəkar olduğunu sübut edən, həmçinin, qarşı tərəfdə müəyyən fikir formalaşmasını təmin etmək məqsədi ilə, şəxsi məlumatların və əl işlərinin bir yerə toplandığı mənbədir. Yaradılmış müvafiq məlumatlar toplusu şəxsin statusunu və bazardakı mövqeyini təqdim etmək üçün ən unikal metodlardandır. Əksərən rəqəmsal xidmətlərin göstərilməsini özündə ehtiva edən dizayner, kopirayter, informasiya texnologiya mütəxəssisləri və s. kimi peşə sahibləri üçün effektiv olduğu söylənilsə də, dünya təcrübəsində artıq portfoliosu olmayan ixtisas nümayəndələri azlıq təşkil edir. Məsələn, müəyyən ölkədə öz əsərləri ilə tanınan istənilən rəssam, yaratdığı rəqəmsal portfoliosu ilə bütün dünyada tanına, sifarişlər ala bilər. Fəaliyyət istiqamətindən asılı olaraq, portfolioya mətnlə yanaşı, rəsm, video kimi vizual materiallar da əlavə etmək olar. 

Portfolio Nədir? Karyera Portfoliosu Necə Hazırlanır?

Karyerasında yeni addımlayanlardan tutmuş, uzun müddətli təcrübəsi olan şəxslərə qədər portfolio yaratmaq bir qədər diqqət və fərqli yanaşma tələb edir. Bəs portfolioyaya hansı məlumatları və necə əlavə etsək daha dolğun görünər?

Mərhələ 1 – Bütün məlumatları bir araya toplayın

Portfoliyaya əlavə etmək istədiyiniz bütün materialları bir araya toplayın. Buraya keçmiş təcrübələrdən indiyə qədər daxil olan bütün aktual olan məlumat və nümunələr daxildir. Bu materiallara aşağıdakılar daxil ola bilər:

CV-ni maksimum şəkildə mükəmməl halda hazırlayın

CV-nizi karyera yolunuza və çalışmaq istədiyiniz şirkətlərə uyğun formada hazırlamağa çalışın. Buraya zəruri olan şəxsi məlumatlar, əlaqə məlumatlarınız, iş təcrübəniz və təhsiliniz, o cümlədən iştirak etdiyiniz layihələr, təcrübə proqramları və qazandığınız sertifikatlar daxildir. 

Bacarıqlarınızı siyahı şəklinə salın

Müraciət edəcəyiniz vakansiyadan, şirkətdən asılı olaraq sizi güclü namizəd kimi göstərən bacarıqlarınızı siyahılaşdırın. Siyahını sərt, yumşaq və öz-özünə qazanılmış bacarıqlar kimi kateqoriyalara bölmək faydalıdır.

Bioqrafik məlumat: Siz portfelinizə “haqqımda” bölməsini daxil edə bilərsiniz. Portfelinizin bu hissəsini hazırlamaq bu suala cavab verməyə kömək edə bilər.

Bioqrafik məlumatlar

Portfolioya “haqqımda” bölməsini daxil edə bilərsiniz ki, qarşı tərəfin sizin haqqınızda ilkin fikrə sahib olması daha sürətli olacaq.

Sertifikatların, mükafatların əlavə olunması

Karyera hədəflərinizə peşəkar formada yanaşdığınızı göstərmək üçün iştirak etdiyiniz seminarları, təlim və ya layihələri, həmçinin qazanılan sertifikatları, diplomları sıralama ilə qeyd etmək önəmlidir. Bu məlumatların daxil edilməsi sizin etibarlılı, peşəkar və məsuliyyətli namizəd olduğunuzu vurğulayır.

Tövsiyə məktublarını, müştəri rəylərini və s. əlavə etmək

Sektorda fərq yaratmaq üçün yüksək səviyyəli keyfiyyətlərinizi, bacarıqlarınızı və peşə performansınızı nümayiş etdirən müştərilərin rəylərini portfolionuza əlavə etmək önəmlidir.

Mükafatlar və nailiyyətlər 

CV-nizdə qazandığınız nailiyyətlər haqqında məlumatları qeyd etməyi unutmaq olmaz. Buraya məsələn, akademik mükafatlar, təqaüdlər və s. daxil ola bilər. 

İş nümunələri 

Məşğul olduğunuz sahəyə dair nümunələr əlavə etmək önəmli nüanslardandır. Buraya rəsmlər, fotolar, mətn nümunələri, çertyojlar, video məzmunlar və s. daxildir.

Mərhələ 2 – Məlumatların düzgün şəkildə sıralanması

Portfolioda və ya CV-də yer alacaq məlumatları qarşı tərəfin asanlıqla tapa biləcəyi formada sıralamaq məqsədəuyğundur. Məsələn, tərcümeyi-halı və bacarıqları siyahının əvvəlinə yaxın yerləşdirmək daha sonra isə, digər ən vacib hesab etdiyiniz məlumatları sıralaya bilərsiniz. İş nümunələrinizi ən yenilərdən köhnəyə doğru kateqoriyalaşdırmaq olar. Yaxud da, ən yaxşı hesab etdiyiniz nümunələrdən başlaya bilərsiniz. 

Mərhələ 3 – Vizuallığa önəm verin

Portfolionuzun və CV-nin estetik görünüşünə diqqət yetirməkdə fayda var. Xüsusilə, qrafik dizaynerlər, UX və UI dizaynerlər və s. üçün bu məsələ daha çox aktualdır. İlkin məqamda öz portfolionuza yanaşma tərziniz hər zaman qarşı tərəfin diqqətini çəkəcək.

Mərhələ 4 – İş müraciətlərinizə uyğun portfolionun fərdiləşdirilməsi

Müraciət olunan vakansiyalara, şirkət və markalara uyğun olaraq portfolionun fərqli versiyalarının hazırlanması məqsədəuyğundur. Öncə araşdırma aparmaq, daha sonra isə tələblərə uyğun portfolio hazırlamaq işlərinizi daha da asanlaşdıracaq. 

Mərhələ 5 – Məlumatların düzgünlüyünü yoxlayın

Portfolioya daxil etdiyiniz bütün məlumatların qrammatik qaydalara uyğunluğuna, həmçinin, digər detalların da qaydasında olduğundan əmin olun. Mətn hissələrin axıcı olmasını yoxlamaq üçün onu yüksək səslə oxuya bilərsiniz. 

Portfolio Nədir? Portfolioda Hansı Məlumatlar Yer Almalıdır?

  • Portfolio karyera istiqamətinizi və ya biznesinizi aydın şəkildə əks etdirməlidir
  • İş həyatında həyata keçirilən layihələr və ya müraciət edilən vəzifə ilə bağlı təcrübələr qeyd olunmalıdır
  • Portfolio hazırlayarkən hədəf auditoriyanın müəyyənləşdirilməsi çox vacibdir
  • Karyera keçmişinizi ifadə edən məlumatları, vizualları bir arada kolleksiya halına salın
  • Missiya və vizyon da portfelə daxil edilməli, həmçinin, təfərrüatlar vaxtaşırı dəyişdirilməli və yenilənməlidir

Portfolio Yaratmaq Üçün Saytlar

Günümüzdə müxtəlif peşə sahibləri üçün portfolyoların yaradılması olduqca əhəmiyyətli nüansa çevrilib. Əmək bazarında yaranan rəqabətlilik namizədlərdən daha kreativ, yenilikçi olmağı tələb edir. Seçim variantlarının çoxluğunu, həmçinin, kadrların əvvəlki illərlə müqayisədə daha bacarıqlı, inkişafa meyilli olduğunu nəzərə alsaq, hər zaman fərq yaratmağa çalışmaq lazımdır deyə bilərik. Bunun üçün isə, müxtəlif platformalara üz tutmaq kifayətdir ki, dünyanın digər ucunda yaşayanları öz əl işlərinlə, məhsullarınla təəccübləndirəsən. Təbii ki, işin maddi cəhətdən müsbət tərəflərini də gözdən qaçırmaq olmaz. İndi isə gəlin görək, portfolyo yaratmaq üçün hansı mənbələrdən istifadə etmək faydalıdır?

Squarespace

Squarespace şablonlardan portfolio yaratmağa şərait yaradan veb sayt platformasıdır. Fotoşəkilləri və ya bloqları əlavə edə biləcəyiniz geniş dizayn nümunələrini özündə ehtiva edərək, həmçinin, SEO alətləri kimi funksiyalar təklif edir. Platformaya həm masaüstü kompüterlərdən, həm də mobil telefonlar kimi cihazlardan daxil olmaq mümkündür. 

Wix

Wix portfolio yaratmaq istəyən şəxslər, xüsusilə, film rejissorluğu və fotoqrafiya kimi müxtəlif sahələr üçün fərqli şablon seçimləri təklif edir.  Həm pulsuz həm də pullu versiyalarından yararlanmaq mümkündür. Ödənişli versiyada SEO xidmətləri, bloq yaratmaq və saytınızı tanıtmaq üçün istifadə edə biləcəyiniz marketinq alətləri kimi bir çox əlavə funksiyalardan da, yararlanmaq mümkündür.

web.com

Web.com veb sayt yaratmaq istəyənlər üçün əlverişli mənbələrdəndir. Həmçinin, bu istiqamətdə istifadə edə biləcəyiniz şablonlar, fotoşəkillər və mətnlər üçün məzmun bloklarını təqdim edir. 

GoDaddy

GoDaddy sizə portfeliniz üçün unikal domen təqdim edən veb sayt qurucusudur. Sizə ünvanlanan suallara verdiyiniz cavablar əsasında fərdi dizayn yaradır. Digər veb sayt qurucularında olduğu kimi, SEO şablonları və marketinq alətləri kimi xüsusiyyətlərə malikdir.

Jimdo

Jimdo ilə portfolio yarada və məhsulları birbaşa sayt vasitəsilə sata bilərsiniz. Mobil cihazlar vasitəsi ilə portfolyonuzda bəzi dəyişikləri etmək mümkündür.

Portfolio Yaratmaq Üçün Pulsuz Saytlar

Aşağıda adları qeyd olunan platformalarda onlayn portfolyo hazırlayaraq, karyeranızda yeni nöqtələri kəşf edə bilərsiniz.

Behance

Fotoqraflar, dizaynerlər və s. kimi peşə sahibləri üçün portfolyo yaratmağa imkan verən bu platformaya əlaqə məlumatlarınızı əlavə edərək, dünyanın istənilən nöqtəsindən iş təkliflərini dəyərləndirə biləcəksiniz.

Adobe Portfolio

Portfolio hazırlamaq baxımdan ideal resurslardan biri olan Adobe Portfolio iş nümunələrinizi ən qısa zamanda təqdim etmək üçün vebsayt yaratmağa imkan verir. 

Coroflot

Dizayn istiqaməti üzrə istedadlı kadrların əl işlərini bir araya toplayan bu platformaya müraciətçilərin məlumatlarını incələdikdən sonra bazaya daxil edir.

Uğurlu Portfolyoların Ortaq Özəllikləri

003 stupendous interior design portfolio template ideas 1920 1278

Portfolionun hansı platformalarda hazırlanmasından asılı olmayaraq, bütün uğurlu portfolioların ümumi xüsusiyyətləri vardır. Sözügedən xüsusiyyətlər aşağıdakılardır:

  • Bu portfoliolar sahiblərinin ən yaxşı işlərindən ibarətdir
  • Həcm yox, keyfiyyətə daha çox diqqət yetirilir
  • Şəxsi layihələr, könüllü layihələrdən tutmuş uğurlu olan bütün təcrübələri əhatə edir
  • Portfolyo sahibinin işləri müştərilərin tələblərinə uyğun tam qüsursuz şəkildə icra etdiyi qeyd olunur və s.

Yuxarıda sadalanılanlarla yanaşı şəxsi işlərdən, iş nümunələrinin tipindən, namizədin bacarıqlarından və s. kimi amillərdən asılı olaraq siyahını genişləndirmək olar. Unutmaq olmaz ki, istənilən halda ilkin məqamda araşdırma aparmaq vacibdir. Daha sonra isə müvafiq portfolyo hazırlığına keçid etmək məqsədəuyğundur.

Nəticə (Portfolio Nədir?)

Uğurlu formada hazırlanan portfolio ənənəvi CV strukturundan kənara çıxaraq, namizədlərə və şirkətlərə əlverişli iş mühiti yaradır. Burada fərqli istedadları, iş nümunələrini kəşf etmək şansı yaranır ki, tərəflərin hər ikisi qazanmış olur. Bununla yanaşı, əmək bazarının sürətli inkişafı fonunda, güclü portfolyo namizədlərə rəqabət üstünlüyünü ələ almağa və uzunmüddətli karyera uğurları qazanmağa sövq edir. Odur ki, daim öz üzərinizdə işləmək, portfolionuzu müntəzəm olaraq yeniləmək, zamanın tələbinə uyğun yeni alətlərdən istifadə etmək faydalı olacaqdır.

Həmçinin oxu – Maşın seriyaları nədir?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button