İnternetden pul qazanmaq üçün ən yaxşı işlər

İnternetden pul qazanmaq son günlərdə çox insan üçün həm rahat, həm də əlavə iş olaraq görülür. Bunun əsas özəlliklərindən biri siz boş vaxtlarınızı və ya hobbiləriniz ilə internetdən qazanc əldə edə bilməyinizdir. Bəzən bunun üçün yeni bacarıqlar əldə etməli, bəzən öz bacarıqlarınızı pula çevirməyi öyrənməli, bəzən isə sadəcə çox işləməklə mümkündür.
Bəs biz nə etməliyik, nə qədər vaxt ayırmalıyıq ki, biz də pul qazanaq deyirsinizsə, oxumağa davam edin.

İnternetdən pul qazanmagın yollari

İnternetdən pul qazanmagin yollari çox fərqlidir. Bu ilk deyilişdə asan görünə bilər, lakin bunun üçün də xüsusi bacarığınız, vaxtınız və səbriniz olmalıdır. Yəni ki, “Pul qazanmaq asan deyil”. Hər işə bağladıqda sonunda varlı olacağınızı da gözləməyin.

İnternetden pul qazanmaq temsilli sekil
internetden pul qazanmaq bu deyil 🙂

➡️ Keçək pul qazanmaq yollari haqqında danışmağa

1️⃣ Öz bacarıqlarınızdan istifadə edərək.

Bu zaman siz Fiverr.com, Freelacer.com upwork.com kimi saytlardan qeydiyyatdan keçərək öz bacarıqlarınızdan pul qazana bilərsiniz.

bloq yazmaqla internetden pul qazanmaq

Frilans olaraq onlayn pul qazana biləcəyiniz işlər siyahısı:


Yuxarıda göstərilən saytları araşdıraraq özünüzə uyğun gəlir sahəsi belə tapa bilərsiniz.
Dizayn və fotoqraflıq bacarıqlarınız varsa, 99designs.com, freepik.com, shutterstock.com kimi saytlardan istifadə edərək öz işlərinizi yükləyib və mütəmadi gəlirlər əldə edə bilərsiniz. ( hər ay dollarla bunlardan pul qazanan yerlilərimiz var) – Motivasiya üçün 🙂
Bunlardan əlavə Peşəkar bir ixtisasınız varsa, onlayn kurslar yardaraq dərslər keçə bilərsiniz. Məsələn dil dərsləri və ya dizaynerlik dərsləri verərək. Udemy.com kimi saytlar bu işdə sizə çox yardımcı olacaq.


2️⃣ Kütlə toplamaqla internetden pul qazanmaq

Pul qazanmaq üçün ən zövqlü işlərdən biri də budur. Məncə ən yaxşısıdır hətta. Bu zaman siz özünüz üçün sosial media hesabları üzərindən özünüzə xüsusi kütlələr(izləyicilər) toplayırsınız. Aşağıdakıları yaratmaqla siz bu işə başlaya bilərsiniz. İnstagramdan pul qazanmaq yollarını bu yazıməzdan oxuya bilərsiniz: https://devdoping.az/instagramda-pul-qazanmaq

instaqram sehifesi ileq internetden pul qazan
  • Facebook səhifəsi,
  • İnstagram profili,
  • Youtube kanalı,
  • Pinterest səhifəsi,
  • Twitter hesabı,
  • Blog saytı və s

Bu kütlə və ona uyğun reklam verənlərdən ödənişlə post və ya yazılar yazaraq pul qazana bilərsiniz. Çox sadə kimi görünsə də, bu çox zaman və əmək sərf etməli olacağınız bir prosesdir. Çünki hər zaman yaratdığınız bu kütləyə sizdən gözləntiləri olan paylaşımları verməlisiniz. Yoxsa istədiyiniz nəticənin müddəti uzana bilər. Maraqlı başlıqlar və viral paylaşımlarla daha çox insana görünə biləcək işlər yaratsanız qısa müddətdə yaxşı nəticələr əldə edə bilərsiniz.


3️⃣ Satış etməklə internetden pul qazanmaq

İnternertdən pul qazanmağın digər yolu onlayn satış etməkdir. Siz sayt, sosial media səhifəsi yaradaraq hər hansısa məhsulu sataraq pul qazana bilərsiniz. Bu zaman insanların ən çox ehtiyacı olan məhsulları alıb onu lazım olan insanların qarşısına çıxararaq sata bilərsiniz.

satis ederek satylar uzerinden pul qazanmaq


4️⃣ Əl işləri satmaqla


Etsy.com kimi saytlara əl işləri hazırlayaraq sata bilərsiniz. Hətta İnstagram, Facebook, Pinerest kimi saytlardan da istifadə edə bilərsiniz. Əgər sizin də belə bir bacarığınız varsa, dayanmadan elə indi bu işə başlamağı sizə məsləhət görürük.

el isleri sataraq pul qazanmaq


5️⃣ Kirayələməklə

Airbnb.com kimi saytlarla istifadə etmədiyiniz otaq, evləri kirayələməklə pul qazanaq bilərsiniz. Bundan başqa belə saytların bizim ölkə daxili mövcud olanları var, məsələ arenda.az ilə mənzilinizi günlük və aylıq icarə vermək üçün müştərilər tapa bilərsiniz.

airbnb ile pul qazanmaq


6️⃣ Forex kimi saytlarla

Ölkədə İnvest.az reklamlarını yəqin ki çoxunuz görmüsünüz. Bu sahədən pul qazanmaq isə heç sadə deyil və risklidir. Analiz bacarıqlarınız və bilikləriniz varsa bu sahədə demo versiyadan istifadə edərək öyrənməyə başlaya bilərsiniz.

İnternetden pul qazanmaq ucun forex sayti

Onlayn pul qazandiran saytlar

Pul qazandiran saytlar sizə yuxarıda göstərdiyimiz məqsədlərə uyğun olaraq istifadə edəcəyiniz mənbələrdir. Bəzən isə insanlar hazır reklamlara klikləyərək qazanacaqları bir sayt axtarırlar. Lakin bu saytların çox etibarsız və qısa zamanda fəaliyyət göstərdikləri üçün çox bilinməyən olurlar. Bizim məsləhətimiz isə sadəcə özünüzü inkişaf etdirəcək və daimi qazanc əldə edəcəyiniz bir işi seçmək və bu zaman internetden pul qazanmaq lazımdır. Pul qazandiran saytlar yalnız sizin öz bacarıqlarınız ilə qazandıra bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button