Google pul qazanmaq üsulları haqqında

Google pul qazanmaq üsulları haqqında

Məşhurlardan Bill Qeytsin sözləri ilə desək, “Rəqəmsal imkanlar gündəlik qarşılaşdığımız avtobuslara bənzəyir. Hərəkətlər sürətlidir, hər zaman biri digərini əvəzləyir. Odur ki, öz şansınızı yaxalamağa hazır olun.” Ötən illərə nəzər saldıqda günümüzdə hadisələrin inkişaf tezliyi sürətli və hərtərəfli olması ilə gündəmdədir. Əgər əvvəllər insanlar karyera hədəflərinə əsasən uzun zəhmətə qatlaşaraq çatmaqla məhdudlaşırdısa, müasir dövr bu yöndə imkanları artıraraq daha rahat şərtlərlə pul qazanmağın mümkün olduğunu sübut etdi. Elə hər gün müxtəlif məqsədlər üçün istifadə etdiyimiz sosial media kanallarını misal göstərmək kifayətdir ki, əslində hər bir sosial media vasitəsi düzgün dəyərləndirməyi bacaran şəxslər üçün bir növ gəlir mənbəyidir. Google pul qazanmaq baxımdan dünya üzrə istifadəçilərə ən çox gəlir gətirən şirkətlərdən biridir.

Google”da pul qazanmaq niyə gəlirlidir?

Hazırda gündəlik 8,5 milyarddan çox axtarış statistikası ilə Google pul qazanmaq baxımdan digər sosial media platformalarını qabaqlayır. 

“Google” axtarış motoru bazarının təxminən 91,86%-nə sahibdir . Beləliklə, axtarışların əksəriyyəti bu platformaya məxsusdur ki, nəticə etibarı ilə daha çox insana çatmağı təmin edir.

Ən çox ziyarət edilən vebsaytlardan olan “Google”, həmçinin, istifadəçi sayı yüksək olan digər platformanın yəni “YouTube”un sahibidir.

“Google”un hər il əldə etdiyi 279,8 milyard dollar gəlirin əksəriyyəti reklamlardan əldə olunur. 

Təbii ki, siyahı təkcə bunlarla yekunlaşmır. Ümumilikdə sözügedən sosial media nəhəngi bazarda kifayət qədər tanınan markalardandır. Nəticə etibarı ilə istifadəçilərinə gəlir qazandıra bilmək imkanları da buna paralel olaraq çoxalır.

“Google”da necə pul qazanmaq olar? (Google pul qazanmaq üsulları)

“Google”un təqdim etdiyi xidmətlər istiqamətində biznes qurmaqla, uzaq məsafədən işləməklə, sorğularda iştirak etməklə və s. kimi yollarla onlayn gəlir əldə etmək mümkündür. Gəlin, daha ətraflı tanış olaq.

“Google” reklamlarından pul qazanmaqla: “AdSense”

“Adsense” “Google” reklamlarından pul qazandıran xidmət növüdür. İstifadəçilərin müxtəlif saytlarda, proqramlarda yayımlanan reklamlara keçid etməsi sayəsində reklamı yerləşdirən tərəf gəlir qazanmış olur. Bunun üçün reklam edilən subyektlə qarşılıqlı şəkildə anlaşma həyata keçirilir. Reklam məzmunları müxtəlif saytlarda, bloq səhifələrdə, “Youtube” kanallarında və s. kimi yerlərdə yayımlana bilər. Reklamçılar “Google Ads”də müxtəlif növ reklam üslublarından istifadə edə bilərlər:

  • Mətn əsaslı reklam
  • Şəkil əsaslı reklam
  • Video reklam

Əldə olunacaq gəlir təklif edilən məzmun növünə, ziyarətçi bazasına və cari ölkədən asılı olaraq dəyişir. Qeyd edək ki, reklam yerləşdirən tərəfin müvafiq linklərə keçid etməsi, müxtəlif proqramlardan istifadə edərək süni yollarla keçid sayını artırması və s. qadağandır.

“Google Play” vasitəsi ilə 

“Google Play” müxtəlif proqramların, oyunların, musiqi, film, kitab, jurnal və digər məzmunların yer aldığı mobil tətbiqlərin bir arada toplandığı və Android cihazlar üçün uyğun olan platformadır. Sözügedən şəbəkədə pul qazanmağın iki yolu var. 

  • proqram tərtibatçısı kimi
  • pdf hazırlayaraq 

2019-cu ildə yenilənmiş xidmət şərtlərinə əsasən, “Google Play” 75 ölkədən 60-da elektron kitab satışından 70% gəlir payı təqdim edir. Qeyd edək ki, bu zaman kitabın qiyməti nəzərə alınmır, bonusdan heç bir əlavə komissiya tutulmur.

Eyni zamanda, “Google Play”da digər üsullarla da gəlir əldə etmək mümkündür ki, rəqəmsal mal və xidmətləri, virtual oyunları,  sata bilərsiniz.

İstənilən halda diqqət yetirmək lazımdır ki, məzmunlar insanları xüsusilə uşaqları və gəncləri qumara, pis vərdişlərə yönləndirməməlidir. Əqli mülkiyyət hüquqları pozulmamalıdır. Başqa bir tərtibatçının tətbiqinin surətini çıxarmaq kimi fəaliyyətlər istifadəçiləri çaşdırır və tərtibatçı cəmiyyətinə zərər verir. Hər hansı bir şəbəkə, cihaz və ya məlumatdan sui-istifadə edən proqramların yaradılması qadağandır. Ümumiyyətlə cəmiyyətə və sektora zərər toxunduran istiqamətlərdə mobil tətbiq və ya digər məzmunların yaradılması birmənalı qarşılanmır.

Bloq yazaraq

İnternetdə məlumatların əlçatanlılığını təmin etmək məqsədi ilə Pyra Labs tərəfindən yaradılan “Blogger” və yaxud “Blogspot” platformasını 2003-cü ildə “Google” şirkəti satın alır. İlk bloq xidməti təminatçısı olan bu platformada şəxsi bloq saytınızı açaraq müxtəlif məqalələr yayımlaya bilərsiniz. Şəbəkə sizə domen almağa, müxtəlif formada kodlaşdırma tətbiq etməyə, ən əsası isə bütün bunların fonunda gəlir qazanmağa şərait yaradır. Bəs bu platformada necə gəlir qazanmaq olar?

  • Reklamlar (AdSense daxil olmaqla)
  • Satış ortaqlığı
  • Fiziki və ya rəqəmsal məhsul satışı
  • Abunəliklər
  • Həyat kouçluğu ilə bağlı xidmət təklifi və s.

“Youtube”da müxtəlif kontentlər yaradaraq

Uzun illərdir video yayımı platformaları arasında liderliyini qoruyan “Youtube” eyni zamanda, bütün dünya əhalisi üçün gəlir mənbələrindən biridir. 2006-cı ildə “Google” tərəfindən satın alınan platformadan gəlir əldə etmək üçün “Google”un “Youtube Partnyor Proqramı”na qoşulmalısınız. Burada yayımladığınız video məzmunlara gələn baxış sayına, abunəliklərə, reklamlara və s. görə gəlir qazanmaq mümkündür. 

Sorğularda iştirak edərək

Müxtəlif tədqiqatçılar tərəfindən hazırlanan “Google Sorğular”ı cavablandıraraq hər sorğu üçün 0,10 ABŞ dolları ilə 1 ABŞ dolları arasında gəlir qazanmaq mümkündür. Ödənişlər “PayPal” vasitəsilə həyata keçirildiyi üçün əksər ölkələrdə bu xidmət növü mövcud deyil.

SEO xidmətləri göstərərək

Yaşadığımız dövr fəaliyyət əhatəsindən, növündən, gəlir səviyyəsindən və s. asılı olmayaraq bütün şirkətlər arasında rəqabətliliyin yeni mərhələyə qədəm qoyması ilə xarakterizə olunur. Belə ki, hazırda dünya markaları daha çox auditoriyaya, müştəriyə hədəflənmək üçün “Google” axtarış motorunda ön sıralarda olmağa böyük önəm verir. Hər ötən gün dəyişən axtarış nəticələri arasında liderliyini qorumaq üçün isə bir o qədər də asan deyil. Düzgün strategiya, açar sözlər və s. müəyyən etdikdə isə daim rəqiblərdən üstün olmaq mümkündür. Odur ki, SEO sisteminə dair dərin araşdırmalar apararaq, bu istiqmaətdə bacarıqları inkişafı sayəsində kifayət qədər böyük məbləğlərdə gəlir qazanmaq mümkündür. Üstəlik “Google SEO xidmətləri”nə dünyanın bütün nöqtəsində təlabat var. Frilans şəkildə bir çox şirkətlərlə də əməkdaşlıq etmək əlçatandır. Bunun üçün “Udemy” kimi paltformalarda müvafiq kurslardan vəs . yararlana bilərsiniz.

“Google”a müxtəlif şirkətlərin, obyektlərin və s. məkanını yerləşdirərək

“Google”a məkanının əlavə edilməsi daha çox müştəri cəlb etməyə kömək edir. Məkanın “Google Xəritə”də görünməsi üçün ilk növbədə “Google My Business”də qeydiyyatdan keçməlisiniz. Bu istiqamətdə əməliyyatların necə icra olunması ilə dərindən tanış olaraq, müxtəlif şirkətlərə, restoranlara, kitabxanalara və digər bütün biznes sahiblərinə müvafiq iş üzrə xidmət göstərərək, gəlir qazana bilərsiniz.

Nəticə

Son olaraq bildirək ki, istifadəçi sayı hər ötən gün artan “Googıe” platforması müasir dövrdə zamanın nəbzini tutmağı bacaranlar üçün hədsiz imkanlar vəd edir. Yuxarıda sadalanan və ya digər xidmətlər üzrə özünüzü inkişaf etdirərək, bəzən sadəcə kiçik smartfonla böyük məbləğlər qazana bilərsiniz. Daim öz üzərinizdə işləyərək, rəqəmsal vasitələrin üstünlüklərindən daim yararlanın, sektora yeni həllər gətirməkdən çəkinməyin. Çünki, müasir dövr doğru zamanda fürsətləri dəyərləndirməyi bacaranların xeyrinə işləyir!

Həmçinin oxu – Bank kartlarında gizli saxlamalı olduğunuz CVV2 nədir?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button