Faydalı bitkiler – 5 müalicəvi bitki

Faydalı bitkiler ilə sağlamlığınızın qeydinə qalmaq üçün bu bitkilər haqqında ətraflı məlumata malik olmalısınız. Hər insan səhhəti ilə bağlı müxtəlif növ problemlərlə qarşılaşır. Yaranan problemlərin həllini bəzən təbii yollarla da tapmaq mümkündür. Bunun üçün də müalicəvi bitkilər haqqında məlumata sahib olmağınız faydalıdır.

Faydalı bitkilər siyahısı:

Faydalı olan müalicəvi bitkilər siyahısını çoxaltmaqda olar, lakin biz burada ən çox istifadə olunan və hərkəsin rahatlıqla əldə edə biləcəyi bitkilər haqqında məlumat verəcəyik.

Aloe bitkisinin faydaları

Faydalı bitkiler aloe vera
Aloe Vera faydaları

Aloe el arasında “ev həkimi” adlandırılır. Aloe Vera bir çox xəstəliklərin müalicəsində də çox istifadə olunur. Ondan dərmanlar, kremlər, uşaq xəstəlikləri üçün bəzi müalicəvi maddələr hazırlanır. Aloenin tərkibində 200-dən çox bioloji aktiv maddələr, vitaminlər, mikroelementlər, aminturşular, fitonsidlər, fermentlər və s mövcuddur. Bundan başqa bu bitkinin yüksək imunnitet yaratmaq, ağrı kəsmək və daha tez sağalmaq kimi xüsusiyyətləri var.

Nane bitkisinin faydaları

Faydalı bitkiler nanə çayı
Nanə çayının faydaları

Nanə insanı rahatladıcı xüsusiyyətə malik bir bitkidir. Nanə çayı sizə sakitlədici bir təsir bağışlaya və bu bitkinin çeynəmək və çayını içməklə ağızınızda xoş qoxu yarada bilərsiniz. Hətta qaşınma, ağrı, və böcəklər tərəfindən dişlənilən bədən hissənizə onun maddəsindən töksəniz çox sürətli təsirini hiss edəcəksiniz.

Darçının faydaları haqqında

faydalı bitkiler darçın
Darçının faydaları

Dünyada ən çox tanınan və istifadə olunan ədviyyatlardan biridir. Darçını “təbii antibiotik” adlandırırlar. Darçın hətta immun sistemini möhkəmləndirərək, orqanizmin virus və mikroblara qarşı davamlılığını da artırır.

Bu ədviyyat mədə-bağırsaq sisteminə də çox müsbət təsir göstərir. Mədənin fəaliyyətini yaxşılaşdırır, insanın iştahasını artırır, antiseptik təsir edir.

Zəncəfil çayının faydası

faydalı bitkiler zəncəfil
Zəncəfilin faydaları

Zəncəfil çayı başınızda “zoqquldayan” damarları sakitləşdirir və. bədəninizdəki ağrı hiss edici hüceyrələri zəiflədir. Çayı hazırlamaq üçün 1/3 çay qaşığı toz zəncəfili bir stəkan isti suya qarışdırın. Sonra isə soyumağa qoyun, süzün və ilk baş ağrısı zamanı qəbul edin. Zəncəfil çayı güclü bir ağrı kəsicidir. Zəncəfil əsasən də mədə ağrılarının əsas dərmanıdır. Hər yeməkdən 20 dəqiqə əvvəl bir stəkan zəncəfil çayı için. Onun tərkibindəki virus öldürücü maddələr infeksiyanı qabaqlayar, ağrını, qızdırmanı və öskürəyin qarşısını alar. Sakitləşdirici özəlliyi ilə də sizə rahatladıcı təsir bağışlayar. Onun çayını hazırlayarkən 2.5 sm uzunluğundakı kökünü dilimləyərək alminium olamayan bir qaba qoyub 2 stəkan su əlavə edə bilərsiniz. Qabın ağzını bağlayıb 20 dəqiqə qaynadın. İçinə yarım limon suyu sıxıb, balla dadlandıra bilərsiniz.

Sarımsaq faydaları

faydalı bitkiler sarımsaq
Sarımsağın faydaları

Bəlkə də, dünyada ən çox istifadə edilən faydalı bitki elə sarımsaqdır. Təbii ki bu şöhrət boşuna deyil. Qoxusu baxımından çox sevilməyən bu bitki, insanlarda yüksək immunitet və soyuqdəymə üçün çox faydalıdır. Həzm sistemini gücləndirir və xərcəng xəstəliyinə qarşı çox effektiv təsiri vardır. Eyni zamanda sarımsaq saysız faydasının yanı sıra, yüksək təyziqi düşürmək üçün əla vasitədir. Bundan başqa o həm bakteriyaya qarşı güclü rəqib, eyni zamanda həzm prosesi üçün əsl dostdur. Faydası bitməyən bu bitkini daim istifadə etməyiniz məsləhətdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button