Karyera

CEO Nədir? 5 Ən Uğurlu CEO Haqqında ✅

CEO Nədir? Yəqinki çoxunuz bu adı ya görüb yada kı eşitmisiniz. Amma mənasını bilmirsiniz. Çoxları vəzifə olduğunu bilir amma ne iş gördüyünü bilmir. Bəs kimdir CEO? Bu məqalədə onun haqqında sizə ətraflı məlumat verəcəm. 

CEO İngilis dilində “Chief Executive Officer” vəzifəsinin qısaltmasıdır. Azərbaycan dilinə isə “İcraçı Direktor” kimi tərcümə olunur. Şirkətin idarə edilməsində məsuliyyətli şəxsdir. Amma şirkətin sahibi deyil. CEO – da bir işcidir. Amma digərlərindən üstündür. 

CEO kimdir?

CEO – şirkətin gələcəyini planlaşdıran və direktorlar şurasına hesabat verən şəxsdir. CEO menecerlərin rəhbəridir. İri şirkətlərdə idarə heyəti ilə icra heyəti arasında əlaqə quran şəxsdir. Ümumi desək CEO – nun vəzifəsi şirkətə qazanc gətirməkdir. Hə birdə CEO ilə SEO nu qarışdırmasanız daha yaxşıdır. Hər biri fərqli peşə sahibləridir.

CEO nedir? CEO kimdir

Şirkətin bugünü idarə edərkən sabahını da planlayan və idarə heyətinə hesabat verən əsas insandır. Qısacası CEO idarə edənlərin ən başdakı idarəedicisidir. 

Son zamanlar CEO – lardan mənfəət və şirkətin yüksəlməsi ilə yanaşı işcilərə liderlik etmə, insanlara ilham vermə rollarını da üstlərinə götürmələri isrənilir. Artıq CEO-ların şəffaf, ünsiyyət bacarıqlarının güclü və empati qurma bacarığı olan insanlar olması istənilir. 

Reklama klikləyin.

Necə CEO olmaq olar? 

CEO olmağın iki yolu var. 

1. Hər hansısa şirkətə işə girib, illərlə işləyib, vəzifənizi yüksəldirsiniz, son da məqsədinizə nail olub, həmin şirkətə CEO olursunuz. Bu yol uzun və çətin yoldur. Burda sonda CEO olmama ehtimalınız da var. Çünki bu yolda, CEO olunmur, CEO təyin olunur. 

2. Qısa və asan yol: Öz şirkətinizi qurub, CEO təyin edirsiniz. Ətrafınızda tanıdığınız CEO – ların əksəriyyəti bu yolla CEO edənlərdir. Öz şirkətinin yaxud da startapının “CEO” su olmaq başlanğıcda asandır. Edəcəyin iş sadəcə hüquqi şəxs kimi dövlət qeydiyyatından keçib, özünü yaratdığı şirkətin icracı direktoru təyin etməkdir. ( Bunun sübutunu facebook səhifəsi açım özünü orada CEO edənlərdən görə bilərsiniz 😁 ) 

Bu yolun birinci yoldan fərqi odur ki, birinci yolda evvelcədən eziyyet çəkirsən sonra əziyyətinin nəticəsi olaraq CEO olursan. Amma ikinci yolda bütün çətinlik CEO olduqdan sonra başlayır.  CEO olmaq həqiqətən ağır, məsuliyyətli və çətindir. 

CEO nə iş görür? 

CEO – nun əsas vəzifəsi şirkəti olduğu yerdən, daha yuxarılara aparmaqdır. Mənfəət- CEO – nun müvəffəqiyyətinin ölçüsü deyil. Daha doğrusu əsas vəzifəsi işləri doğru aparmaqdır. 

Bu səbəbdən uğurun əsas ölçüsü şirkətin qazancı deyil. İşləyən sistemin və ya nizamın qorunub saxlanılması, daha da yaxşı işləməsi, qənaət edilməsi, yeni investisiyalarla yeni məhsullar bazara çıxarılması, bütün bu düzgün əməliyyatlar nəticəsində məhsul və xidmət keyfiyyətinin və gəlirin artması CEO – nun vəzifəsinin düzgün şəkildə yerinə yetirməsidir. 

CEO uğurlu olmaq üçün vəzifələrini düzgün yerinə yetirməlidir. 

Bir CEO – nun rolu, investor, işci və müştəri kimi fərqli, maraqli tərəflərin ehtiyaclarını nəzərə alaraq təşkilatın fəaliyyətini qiymətləndirməkdir. 

Təşkilatın müxtəlif funksiyaları, o cümlədən uyğunluq, maliyyə, insan resursları, qanunvericilik, marketinq, əməliyyatlar, satış və texnologiya üçün məsul olan şöbələrin əlaqələndirilməsi və uğurlu işləməsi üçün məsuliyyət daşıyır. 

Dünyanın ən uğurlu CEO – ları

CEO Nedir və nə işlər görür bunun haqqında daha çox məlumatları bu insanların bioqrafiyalarını oxuyaraq daha aydın görə bilərsiniz. Hər biri dünyada bu sahədə izlər qoymuş şəxsiyyətlərdir.

  1. Jeff Bezos ( Amazon) 
  2. Elon Musk ( Tesla, SpaceX) 
  3. Bill Gates ( Microsoft) 
  4. Steve Jobs ( Apple) 
  5. Jack Ma ( Alibaba)

Dopinqçi

Devdoping.az saytı üçün bütün maraqlı məlumatları sizlər üçün axtarıb, araşdırıb yeni məqalə halına salaraq paylaşırıq. Əgər yazılar sizin üçün faydalı oldusa rəy yazaraq fikirlərinizi bildirə bilərsiniz.

Əlaqəli mövzular

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button