KaryeraNədir?

ACCA Nədir? ✅

ACCA ( The Association of Chartered Certified Accountants) – İmtiyazlı Sertifkatlaşdırılmış Mühasiblər Assosasiyası – dünyada ən geniş yayılmış beynəlxalq peşəkar assosiasiyadır. Bu assosiasiyada hal hazırda 170 ölkədən 435.000 tələbə və 154.000 üzv qeydiyyatdadır. ACCA maliyyə və audit müəssələrində, mühasibat sahəsində, banklarda işləmək istəyən professionallar üçün xüsusi diplom verir. 

1904 cü ildə qurulan ACCA günümüzdəki rəqabətli iş dünyasında bir mühasibin ehtiyacları ilə yaxından əlaqəli bir ixtisas min etməyi hədəfləyir. Mövcud ACCA kursları hər növ iş üçün üzv hazırlayır. Kurslar ticarət, sənaye və dövlət sektoru kimi sahələri əhatə edir,bubkarka da məhdudlaşmır. Acca sertifikasiyakarı sadəcə beynəlxalq səviyyədə tanınmır, həm də əlavə təhsil üçün bir yol təqdim edir. Mərkəzi Londanda olan ACCA-nın 54 ölkədə 101 ofisi var. 

British Councildə üç ayda bir keçirilən imtahanlarda emosional zəka,liderlik, etik və analitik zəka kimi müxtəlif bacarıqları ölçür. 13 mərhələli və bütün İngilis dili imtahanlarını başa vuran namizədlər, nüfuzlu ACCA peşəkar səlahiyyət lisenziyası olan, bütün dünyada qüvvədə olan,tam təchiz olunmuş maliyyə və mühasibat mütəxəssisləri olurlar və gələcək rəhbərlik vəzifələrinə hazır olurlar. 

ACCA nədir? Necə imtahan vermək olar?

ACCA imtahanları iki hisdən ibarət olur:

1-ci hissə Fundamental 

  • F1 Accountant in Business – Mühasib və Biznes 
  • F2 Management Accounting – İdarəetmə uçotu
  • F3 Financial Accounting – Maliyyə uçotu
  • F4 Corporate and Business Law – Korporativ hüquq
  • F5 Performance Management – Səmərəliliyin idarə edilməsi 
  • F6 Taxation – Vergilər 
  • F7 Financial Reporting – Maliyyə hesabatları
  • F8 Audit and Assurance – Audit və onu müşayiət edən xidmətlər
  • F9 Financial Management – Maliyyə menecmenti 

Fundamentals mərhələsi iki modula ayrılır: Knowledge və Skills. Knowledge modulu (F1-F3)  maliyyə və idarəetmənin əsasları haqqında məlumatdır. Skills modulu (F4-F9)  əsas texniki sahələri tam əhatə edən 6 fənndən ibarətdir. Bu fənnlər hüquqşünaslıq, səmərəliliyin idarə edilməsi, vergi qoyma, maliyyə hesabatlarının təqdim edilməsi, audit və maliyyə idarəetməsi daxildir. 

Reklamlara klikləyin 😊
loading...

2-ci hissə Professional 

  • P1 Professional Accountant – Professional Mühasib 
  • P2 Corporate Reporting – Korporativ Hesabatlar
  • P3 Business Analysis – Biznesin Təhlili
  • P4 Advanced Financial Management – Maliyyə Menecmenti 
  • P5 Advanced Performance Management – Səmərəliliyin idarə edilməsi 
  • P6 Advanced Taxation – Vergilər 
  • P7 Advanced Audit and Assurance Audit və onu müşayiət edən xidmətlər 

Professional mərhələsidə Fundamentals kimi iki modula bilinir. Essentials ( əsas fənnlər) (P1-P3) və Options ( əlavə fakultətiv fənnlər)  (P4-P7). Hər iki modulun intellektual səviyyəsi magistr tələbəsinin səviyyəsinə uyğun uyğun nəzərdə tutulmuş şəkildə tərtib olunmuşdur. Bu mərhələlənin tədris proqramının məqsədi mövcud texniki bacarıqların artırılması, peşə bacarıqlarının daha dərindən öyrənilməsi, yüksək səviyyəli məsləhətçi rolunda çıxış edən mütəxəssislərdən tələb olunan metodika və dəyərlərin əldə edilməsidir. 

acca nedir, acca imtahanlari

 ACCA imtahanlarına kimlər girə bilər? 

  • Hər hansı ali təhsil müəssisəsinin 1-ci kursunu uğurla bitirənlər
  • Ali təhsili olmayan, 21 yaşdan yuxarı şəxslər üçün minumum 3 illik iş təcrübəsi (istənilən sahədə) 

ACCA imtahanlarına necə müraciət etmək olar? 

www.accaglobal.com ünvamına daxil olaraq orada asanlıqla online şəkildə qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat üçün lazım olan sənədlər aşağıdakılardır :

  • Şəxsiyyətizi təsdiq edən sənəd ( Şəxsiyyət vəsiqəsi və ya ümumi vətəndaş pasportu) 
  • Hal-hazirda ali təhsil aldığınız və ya ali təhsili bitirdiyinizi sübut edən arayış və ya diplom ( ali təhsil alırsınızsa və ya artlü bitirmisinizsə) 
  • Təcrübənizi təsdiq edən sənəd (ali təhsili olmayanlar üçün 21 yaşdan yuxarı şəxslər üçün tələb olunur. Ali təhsil almış və ya təhsilini davam etdirən şəxslərə ehtiyac yoxdur.) 
  • Foto şəkil 

Sənədlər İngilis dilində olmalıdır. Əgər İngilis dilində deyilsə onlar tərcümə edilib, notarial qaydada təsdiq edilməlidir. 

ACCA  imtahan strukturu necədir? 

Proqram 14 imtahandan ibarətdir. İmtahanlar İngilis dilindədir və 2 mərhələyə bölünür. 

  • Fundamentals mərhələsinə 9 əsas imtahan daxildir 
  • Professional mərhələsinə 2 fakultətiv və 3 əsas imtahan daxildir. 

Hər sessiyada 2-3 imtahan verməklə bütün proqram 2-3 ilə tamamlanır. Fənnlərin hamısının keçid balı (100%-dən) 50%-dir.

Sertifkatlaşdırılmış Mühasib olmaq üçün siz 14 imtahanın hamısını verməlisiniz. ACCA-nın praktiki təcrübəsi tələblərini yerinə yetirməli və onlayn rejimdə Peşə Etikası modulunu bitirməlisiniz. Praktik işin tələbi-işə götürənin rəhbərliyi altında 3 illik mühasibat sahəsində iş təcrübəsidir. Bu təcrübə ACCA-dan əvvəl, ACCA müddətində və ACCAdan sonra əldə edilə bilər. 

Dopinqçi

Devdoping.az saytı üçün bütün maraqlı məlumatları sizlər üçün axtarıb, araşdırıb yeni məqalə halına salaraq paylaşırıq. Əgər yazılar sizin üçün faydalı oldusa rəy yazaraq fikirlərinizi bildirə bilərsiniz.

Əlaqəli mövzular

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button