Blogger nedir? Blogger Kimdir? ✅

Blogger nedir? və ya kimdir? bu yazıda bu suala izah yazacam. 

Azərbaycanda son zamanlar blog mədəniyyəti geniş yayılıb. Amma çox insan Blogger  və Mikroblogger anlayışlarının fərqini başa düşmür. İnstagram, Twitter və s. sosial platformalarda şəkillərini, fikirlərini paylaşan şəxslər Mikroblogger adlanır. Amma bizim cəmiyyətimiz onlara nədənsə “blogger” deyir. Ancaq bu qismən də olsa yalnış fikirdir. Çünki bloggerlərin fəaliyyəti fərqlidir. Bu iki anlayışı fərqləndirmək üçün bu məqalə (blog) sizə faydalı olacaq. 

Bu yazıda siz blogger nədir? Sualına cavab tapacaqsınız. 

Blogger sadə dildə desək blog yazan adamdır. Bəs blog nədir? 

Blog İngiliscə “Web” və “log” sözlərinin birləşməsindən yaranıb. Sonralar isə söz blog formasını alıb. Mənasi isə”web gündəliyi”, “onlayn gündəlik” deməkdir. 

Blogger kimdir? 

Blogger Texnologiya, moda, səyahət, siyasət, sağlamlıq, moda, səyahət, siyasət, sağlamlıq və həyat tərzi kimi bir çox mövzuda rəhbərlik edəcək yaradıcı fikirlərə sahib olan və maraqlandığı mövzularla əlaqəli internetdə maraqlı və orijinal məzmun istehsal edən və yayımlayan insanlardır. 

blogger nedir, Blogger kimdir

Blogger, məzmun vermək istədiyi mövzuları araşdırır və hədəf auditoriyası üçün cəlbedici etmək üçün yayımlanır. Məzmun istehsal edərkən bir çox metod və üsuldan istifadə edərək oxunaqlı, faydalı və məlumatlı bir məzmun istehsal etməyi hədəfləyir. Bir blogger olmaq üçün gündəmi və texnologiyanı başa düşmək, eyni zaman da məzmunu yeniləmək lazımdır. 

🔵 Necə blogger olmaq olar?

Əgər blogger olmaq istəyirsinizsə əvvəlcə özünüz üçün web sayt yaratmalısınız. 

 Web saytı hazırlamaq üçün, blog yazarkən diqqət etməli olduğunuz məqamlardan biri də izləyici auditoriyasını yaxşı tanımaqdır. 

Bir bloggerin izləyicililər tərəfindən daim izlənilən uğurlu bir məzmun təminatçısı olması üçün orijinal və maraqlı yazılar yazması vacibdir. 

Bununla yanaşı, blogger eyni hədəf auditoriyasına davamlı olaraq yazaraq böyül izləyici sayına çata bilməz,yazdığı məzmunun hədəf auditoriyasını genişləndirməlidir, lakin keyfiyyəti pozmamalıdır. 

Bir bloggerin məhşur və gündəmdə qalması üçün yazı bacarıqlarıda çox yaxşı olmalıdır. Mövzu nə qədər maraqlı olsada bir blog yazısı səlis və başa düşülən olmadığı müddətcə oxu nisbəti azalacaq. 

Bundan əlavə blogun davamlılığı və müasirliyi sizi zirvəyə qaldıracaq. Texnologiyanı yaxından izləyən və veb saytdakı  məzmunun oxunması və sosial mediada paylaşım nisbəti kimi məlumatları analiz edə bilən bloggerlər digər blog yazanlardan daha uğurludular. 

🔵 Blogger nə edir? 

  • Həmişə oxucuların diqqətini canlı saxlayacaq diqqət çəkici fikirlər yaratmaq üçün hərzaman axtarışdadır. 
  • İzləyicisini tanıyır və izləyiciyə lazım olan mövzular yazır və blogun daha çox izləyiciyə çatması üçün reklam edər. 
  • Hədəf auditoriyasımı genişləndirmək və yeni oxucu qazanmaq üçün sosial media, reklam və e-mail kimi metodlardan istifadə edərək blogun oxu nisbətini artırır. 
  • Onların maraqlarını müəyyənləşdirir, bu sahələrdə oxucuları məlumatlandırır və reklamlar edir. 
  • Texnologiyanı yaxından izləyir və

inkişaflara açıqdır. 

  • Veb sayt kimi trafik kimi analizlərin əhəmiyyətini bilir və mütamadi olaraq analizlər apararaq veb sayt trafikini artırmaq üçün strategiyalar hazırlayır. 
  • İzləyici kütləsini yaxşi tanımaq üçün sosial mediadan fəal şəkildə istifadə edir, sosial mediaya daxil olan mesajları və e-mailləri diqqətlə araşdırır və cavab verir. 

🔵 Blogger olmaq üçün nə etməlisiz? 

  • Bir blogger olmaq üçün araşdırmanı sevməlisən. 
  • Maraqlarınızı yaxşı müəyyənləşdirməlisiniz. 
  • Blog yazdığınız mövzuda təcrübəli olmalısınız. Və axtarmaqda israrlı olmalısınız. 
  • Oxucularınızla yaxşı əlaqə qurmaq üçün məqamları bilməlisiniz. Ünsiyyət bacariqlarınız güclü olmalıdır. 
  • Maraqlı fikirləriniz olsa da, bu fikirləri qarşı tərəfə çatdıra bilməyiniz çox vacibdir. 
  • Yaradıcı olmalı, gündəmi yaxından izləməlisiniz. 
  • Sosial media platformalarınızdan yaxşı istifadə etməyi və idarə etməyi bacarmalısınız. 
  • İzləyicinizdən mənfi rəylər aldığınız zaman, bu rəyləri necə idarə edəcəyinizi bilməlisiniz,soyuqqanlı izləyiciləri əla almağı bacarmalısınız. 
  • Blogu yayımlamaq üçün veb sayt yaratmalısınız. Bu ilk şərtlərdəndən biridir əslində.

 🔵 Blogger necə pul qazana bilər? 

Blogger olaraq veb-saytınızda keyfiyyətli blog yazaraq, ziyarətçiləri cəlb edə bilərsiniz. Beləliklə blog səhifənizdəki reklamlardan pul qazana bilərsiniz. Bundan əlavə geniş izləyici kütləniz varsa, bir çox marka və şirkətlə əmaldaşlıq edə,şirkətlərin təklif etdiyi xidmətləri və məhsulları araşdıraraq təbliğ edə və gəlir əldə edə bilərsiniz.  Bundan başqa internetden pul qazanamaq haqqında digər yazımızıda oxuya bilərsiniz.

Unutmayın: Yaradıcı və maraqlı blog yazmaqla yanaşı, bu blogu müntəzəm olaraq bölüşmək daha çox oxucu əldə etməyinizi asanlaşdıracaqdır.

Ümid edirəm ki bu yazıda blogger nedir? sualına ətraflı cavab öyrənə bildiniz. 

Oxşar məqalələr:
➡️ Instagramdan Pul Qazanmaq Yolları
➡️ İnstagram adlari seçmək

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button