Şəxsi İnkişaf Nədir? Necə Tətbiq Olunur?

Şəxsi inkişafın tərifini sizə verməzdən onun nə üçün və hansı amillər əsasında var olduğunu gözdən keçirməliyik. Həyata qarşı müvafiq perspektivlərimizin yarandığı andan, ağlımız kəsdiyi yaşlardan etibarən həyatımızla, istək və arzularımızla bağlı xəyallar qurmağa başlayarıq. Bu xəyallar, istək və arzular hər yaşın mövqeyinə və hər yaşın verdiyi kriteriyalara görə dəyişkənlik göstərir. Lakin, qaçınılmaz həqiqətdir ki, biz kiçik yaşlarımızdan etibarən artıq müəyyən istək və arzulara qapılar və onu əldə etmək üçün hər yaşın psixologiyasına və gücünə uyğun səy göstərərik.

Şəxsi inkişaf motivasiya şəkilləri

Qurduğumuz xəyallar bizim arzularımızdır, hal-hazırda əlimizdə olmayıb, lakin, olmasını istədiyimiz ünsurlardır. İstəklər fiziki, maddi və mənəvi xüsusiyyətlər daşıya bilər. Onları arzulama şiddətimiz isə həyata keçirmə çabamızla düz mütənasibdir. Yəni, biz bir şeyi nə qədər çox istəyiriksə, onu reallaşdıra bilmək üçün sərf etdiyimiz əməyin dəyəri daha yüksək olacaqdır. Bu zaman isə xəyallarımızı hədəflər əvəzləyəcəkdir. Təxəyyülümüzdə canlandırdığımız obraz əksər hallarda hal-hazırdaki situasiyamızdan daha yüksək mərtəbəyə malik xüsusiyyətlər daşıyır. Demək olar ki, ömürümüzün yarısından çoxu özümüzü olduğumuz yerdən daha yaxşı təbəqələrdə arzulamaqdan və bunu həyata keçirmək üçün cəhdlərimizdən ibarətdir. Həmin yaxşı təbəqəyə nail ola bilmək üçün isə xəyalımızdaki bizdə var olan ünsurları real həyatda var edə bilmək üçün müəyyən tədbirlər görərik. Baxın, bu gördüyümüz tədbirlər isə şəxsi inkişaf adlandırılır. Deməli, şəxsi inkişafın infrastrukturu xəyallarımızdan başlayır və arzularımızın şiddət dərəcəsinə görə hədəflə əvəzlənərək artıq müəyyən fiziki fəalliyətlərə keçid almağa başlayır. Xülasə, xəyalımızdakı daha yaxşı “mən”-ə nail ola bilmək üçün öz üzərimizdə əksik olan ünsurların və ya inkişaf etdirilməsi gərəkən nüansların fərqinə varıb, onların üzərində işləmək və əmək vermək bizi şəxsi inkişafa doğru aparır.

Bəs necə tətbiq olunur?

Şəxsi inkişafı həyata keçirə bilmək üçün müvafiq stimullar mövcud olmalıdır. Bizi hədəfə bağlayan səbəblər burada ana xəttdir. Hədəf doğrultusunda stimullara bağlı yaratdığımız motivasiya şəxsi inkişaf yolunda enerjimizi tam tutacaq gücdür. Verdiyimiz qısa tərifdən yola çıxarsaq, şəxsi inkişafı özümüzdə təbliğ etmənin əsas yolu olan stimulların bilavasitə hədəflərimizlə bağlı olması səbəbilə hədəflərimizi düzgün müəyyənləşdirməliyik. Yəni, ilk öncə nə istədiyimizi bilməliyik. İstədiyimiz hədəfi dəqiqləşdirdikdən sonra bizi o hədəfə bağlayan səbəbləri tapmalı və özümüzdə təbliğ edəcəyimiz şəxsi inkişafı canlı tutan amillərdən biri olaraq dəyərləndirməliyik. Daha sonra, bizi hədəfə bağlayan və maraq dairəmizi canlı tutan amillər bizim motivasiya qaynağımız olmalıdır. Biz o səbəblərdən güc almalı və hədəf doğrultusunda gedəcəyimiz yolda sağlam addımlar atmağa çalışmalıyıq.

“Şəxsi inkişaf böyük ölçüdə vaxta qənaətdir. Nə qədər yaxşı olsanız, hədəflərinizə nail olmaq bir o qədər az vaxt alacaqdır.”

― Brian Tracy

Qeyd etmək lazımdır ki, şəxsi inkişafın hədəfi kateqorizasiya ola bilər. Şübhəsiz, gələcəkdə təhsil və ya karyera həyatı ilə bağlı qarşımıza nələr çıxacağını bilməməyimizə rəğmən onlara tam hazırlıqlı olmaq və qarşımıza çıxan fürsətləri yaxşıca dəyərləndirmək, prestij sahibi ola bilmək adına özümüzü daima inkişaf etdirməliyik. Sosyal həyatımızda insanlarla olan kommunikasiyamızda uğur qazana bilmək üçün xarakteristik şəxsi inkişafı heç vaxt göz ardı etməməliyik. Çünki, həyatımızın sosyal məqamında yaşanan bütün hadisələr bizi mental olaraq inkişaf etdirməyə potensial daşıyan hadisələrdir. Onları dəyərləndirməyi, bizdə əksik olan tərəfləri inkişaf etdirməyi və mənfi olan xüsusiyyətləri müsbətə çevirməyi bilməliyik. Hətta, sağlam həyat tərzi yaşamaq üçün də fiziki şəxsi inkişafa da ötəri yanaşılmamalıdır. Əks təqdirdə, paraqrafda qeyd etdiyimiz nailiyyətlərə sağlamlıq olmadan çatmaq mümkün deyildir. Mülahizə, həyatımızda arzularımız doğrultusunda qarşımıza müəyyən hədəflər qoymalı və həyatımızın hər bir məqamında özümüzü inkişaf etdirmək üçün görəcəyimiz tədbirlərə diqqətə laiq yanaşmalıyıq. Beləliklə, həm hədəflərimizə nail ola bilmək imkanına sahib oluruq, həm də özümüzdə psixoloji tərbiyələndirməni tətbiq etmiş oluruq.

Bundan əlavə, şəxsi inkişafla bağlı motivasiyanızı güclü tutacaq və ideyalarınıza dəstək olacaq TED TalksMasterClass platformlarını sizə məsləhət görərdik. Düyaca məşhurluq qazanmış şəxslərin həyat mübarizələri, özlərini inkişaf etdirmək üçün tətbiq etdikləri metodlar və natiqlərin verəcəkləri həyati məsləhətlər hədəf yolunuzu cızmaqda böyük kömək olacaqdır.

Motivasiya şəkilləri

Müəllif: Günay Axundzadə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button