Biznes qurmaq istəyənlər üçün 10 məsləhət

Biznes qurmaq elədə asan deyil, əlbəttəki bu işə başlamazadan əvvəl uzun müddət araşdırmalı, hər sahənin dərinliklərinə enməlisiniz. Bir biznesmen olmaq üçün ali təhsilə, universitet bitirməyə ehtiyacda yoxdur. Güclü maliyyə bazasına(pul), iş təcrübəsinə malik olmalısınz deyə fikirləşirsinizsə, buda səhv fikirdir 🙂 Biznes qurmaq üçün lazım olan əsas şey güclü planlama, əzm və səbrdir.
Böyük fikirlərinizi bir biznesə çevirmək üçün sizə entrepreneur.com saytından əldə etdiyimiz məlumatları paylaşırıq.

Biznes qurmaq üçün əsas addımlar

1. Özünüzü dəyərləndirin.
Ən təməl sual ilə başlayaq: Niyə biznes qurmaq istəyirsiniz? Hansı bir biznesə idarəçilik etmək istədiyinizi öyrənmək üçün bu sualı özünüzə verin. Nə üçün bunu etmək istədiyirsiniz? 9-6 işləməkdən bezdiyiniz üçün mü? Səbəbləri müəyyənləşdirin. Tamam səbəbini də öyrəndiniz, indi daha çox sualı özünüzə verməyə başlayın və cavabları özünüzə dürüstcə verin. Bu sizin gələcək planlarınızın təməli olacaq.

  • Hansı bacarıqlara sahibəm?
  • Peşəkarcasına bildiyim işlər nələrdir?
  • Nə qədər pula ehtiyacım var?
  • Hansı yaşayışı yaşamaq istəyirəm?
  • Bu işə başlamağa həqiqətəndə hazırammı?

2. Bir iş fikri düşünün.
Artıq fikriniz var? Elə isə möhtəşəm. Yoxdursa, nələrə diqqət edəcəyinizə və araşdıracağınıza baxın. (buradan da yeni biznes ideyalarına baxa bilərsiniz: https://devdoping.az/biznes-ideyalar/ )

  • İnsanların nəyə ehtiyacı olduğunu
  • Nəyə pul xəcləmək istədiklərini
  • Tam olaraq yeni bir iş olmasını
  • Bir problemi həll etməyə çalışın

3. Bazar araşdırması edin
Başlamaq istədiyinizi biznesi edən başqa biri varmı? Siz daha yaxşısınımı edəcəksiniz?
İlk öncə biznes plan qurmaqla başlamağınızı tövsiyyə edirik.
Biznes qurmaq istədəyiniz sahədəki rəqibləri araşdırın, analiz edin. Araşdırma zamanı tamamlamanız lazım olacaq hədəfləri və bunu etmək üçün lazım olacaq yöntəmləri tapın.

4. Fikirlər almağa səy göstərin

Ən böyük səhvlərdən biri isə insanların fikiri ilə maraqlanmamaqdır. Bir məhsulu satmağa başladıqda onun haqqında fikirləri öyrənməlisiniz. Müştəriniz nəyi bəyənir, nəyi bəyənmir, nə onun üçün daha yaxşıdır kimi faktorları nəzərə almalısınız. Bunun üçündə daima aşağıda göstərilənləri müştəriləriniz üzərində etməlisiniz.

  • Suallar verin
  • Maraqla dinləyin
  • Araşdırın
  • Analiz edin

5. Rəsmiləşdirin
Bir işə başlayarkən hər şeyin rəsmi və qaydalara uyğun olmasına özən göstərin. Çünki inkişaf etmək istəyirsinizsə, sonradan bu sizə mane ola bilər. Qaydalara əməl edərək işə başlasanız sonradan peşman olmazsınız.

  • Adınızı rəsmiləşdirin
  • Şirkət olaraq qeydiyyatdan kecirin (MMC)
  • Bank hesabları yaradın
  • Ən əsas vergini ödəyin 🙂

5. İş planınızı yazın
Biznes qurmaq istəyən biri olaraq hər zaman iş planı hazırlamaq önəmlidir. Nəyi necə edəcəyinizi ən incə detaylarına qədər planlamaq məcburiyyətindəsiniz. Marketinq(ətraflı) haqqında da dərin məlumatlara sahib olmalısnız.

8. Məhsul və xidmətlərinizi inkişaf etdirin
Xidmət göstərdiyiniz sahədə eyni olaraq qalacaqsınızsa, indidən başlamayın. Daima inkişaf etdirməli və yeniliklərə açıq olmalısınız

9. Komanda qurmağa başlayın
Komanda qurmaq, biznes qurmaqdan daha çətindir deyə bilərik. Sizin fikirlərinizə, məqsədlərinizə uyöun bir əməkdaş seçmək üçün daima axtaışda olmalısınız. İşə başlayarkən belə bir komandanız artıq varsa, uğurun ilk addımını atmısızız artıq.

10. Trendi və rəqibləri izləyin

Daima yeniliklərə açıq olmaq və trendi izləmək əsas şərtlərdəndir. İnsanların istəkləri tez tez dəyişir, siz də məhsulunuzu ona uyğun olaraq formalaşırmalı və təqdim etməlisiniz.

Bunlardan əlavə internet üzərində pul qazanmaq üçün fikir sahibi olmaq istəyirsinizsə, digər yazımızı oxumağınızı məsləhət görürü: https://devdoping.az/internetden-pul-qazanmaq-yollari/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button