Ayılar haqqinda maraqlı məlumatlar.
Ayılar təbiətdə gəzintidə olanların, piknikdə olanların qorxulu yuxusudur. Əslində yaşadığı yeri və ailəsini qorumaqdan başqa bir dərdi olmayan bu sevimli heyvanlar əslində sahib olduqları bu xoşagəlməyən adları təəssüf ki haqq edirlər.
Ayilar haqqinda melumat
Ayilar əslində utanqac və diqqətsiz heyvanlardır. İnsanlara çoxda yaxınlaşmazlar. Qoxunuzu 2-3 km məsafədən ala bilirlər və sizin olduğunuz bölgədən uzaq durmağa çalışırlar. Həmçinin insan səsinə yad olduqları üçün insan səsi eşidəndə oradan uzaqlaşırlar. İnsana hücum edən bir heyvan deyildir. Sadəcə təhlükəli bildiyi vəziyyəti aradan qaldırır.
Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropa və Asiya qitəsində yaşayırlar. Müasir ayıların ortaq xüsusiyyətlərinə böyük gövdəli, uzun burunlar, kiçik yuvarlaq qulaqlar, tüklü bədənli, kiçik quyruqlu, 5 barmaqlı, dabanlarının üstündə yeriyən olmağı göstərmək olar.
Ayilar ətləri və kürklərinə görə eramızdan əvvəldən bəri insanlar tərəfindən ovlanırlar. Ayı hirsləndirmə və rəqs etdirmə kimi əyləncə növləri də istifadə olunmuşdur.
Ayılar ölçüləri ilə, rəngləri ilə və yaşadığı mühitlə bir-birindən fərqlənən, pandalarda daxil olmaqla 8 növdən ibarətdir.
Yetkin bir ayı saatda 65 km sürətlə yamac boyunca yuxarı və aşağı qaça bilərlər.
Qrizli növü böyük bir dişləmə gücünə malikdir. Çənələri o qədər güclüdür ki, boulinq topunu asanlıqla əzə bilərlər.
Qrizli və bu gün yaşayan bütün digər ayılar, təxminən 30 milyon il əvvəl yaşamış bir it və yenot hibridinə bənzər bir bir cinsin törəmələridir.
Bu günə kimi quruda yaşayan ən böyük nəhəng ayı ət yeyən nəhəng ayı olub. Müasir ayıdan 2 dəfə böyük idi və dayandıqda demək olar ki, 6 metr boyunda idi. Şimali Amerikada antiloplarla bəsləndiyini və təxminən 12 min əvvəl nəslinin tükəndiyini söyləyirlər.
Ayılar çox ağıllı və çevik heyvanlardır. Onlar tələdən yemi almaq üçün əvvəlcə tələni zərərsiz hala gətirirlər. Necə? Tələnin üzərinə qaya parçaları atıb, sonra yemi zərərsiz hala gətirirlər.
Ayilar vəhşi təbiətdə 30 ilə qədər yaşaya bilərlər. Amma Londonda bir zooparkda qonir bir ayı 47 yaşına kimi yaşamışdır.
Ayılar həmçinin çox sürətli qaçada bilirlər. Saatda 66 km sürətlə. Dünyanın ən sürətli adamı Hüseyn Boltun qaçış sürəti saatka 44 km-dir.
Sadəcə qütb ayısı ətyeyəndir. Digər ayılar isə həm ət həm də yem yeyirlər. Bir ayının normalda ürəyi dəqiqədə 40 dəfə vurar. Amma qışa hazır olan bir ayıda bu 8-ə düşər.
Ac olan bir ayı hərşeyi yeyə bilər. Buna qar arabaaı oturacağı, motor yağı, kauçuk və s. Ayılar adətən tək həyat tərzi sürürlər. Elm adamları Nəhəng Pandanın ayı növü olduğunu DNT nəticəsi ilə təsdiqləyib.
Yetişkin bir ayı 500 kq-dan artıq bir yükü qaldıra bilər.
Azərbaycanda ayıların yayılma ərazisi əsasən Böyük Qafqaz ərazisidir. Fəsillərdən asılı olaraq Şimali Qafqazdan gəlmiş və ya ərazini tərk etmiş fərdlər ümumi saya kəskin təsir edir. Ekspertlərin qiymətləndirməsinə görə Azərbaycanda təxminən 500-700 fərd mövcuddur.
Ayi gördükdə nə etmək lazımdır?
- Gözünə görünməməyə çalışın
- Həyacanlanmadan sakitcə ordan uzaqlaşmağa çalışın
- Mümkündüsə küləyi qarşınıza alın və qoxunuzun ayı çatmasına çalışın. Ayılar insan qoxusuna gəlməzlər.
- 2 ayaqüstə durduğunu görsəniz qorxmayın, böyük ehtimalla havanı qoxlayaraq və ətrafa baxaraq məlumat toplayır. Əsəbi bir hərəkət elemədən “sakitcə və yavaşca” ordan uzaqlaşın
- Ona yaxınlaşmağa çalışmayın
- Bəsləməyə və yemək verməyə çalışmayın
Əgər ayı sizi görsə əsəbi görünmədən varlığınızı hiss etdirin və insan olduğunuzu bildirin. İnsan olduğunuzu anlarsa və təhlükə olaraq görməzsə problem çıxmayacaq.
- Əllərinizi qaldıraraq böyük görünməyə çalışın
- Sakit bir şəkildə səs çıxarın, danışın və ya mahnı oxuyun
- Yenə sakitcə, qətiyyən danışmadan arxanızı dönmədən uzaqlaşmağa çalışın
- Göz təmasından qaçın
- Gözdən itəndə diqqətlə olun, tez-tez görünüb itərsə sizi izləyir deməkdir.
- Ani hərəkətlər etməyin
- Arxanızı dönərək qaçmayın
- Bağırmayın və əsəbi davranmayın
- Bir şeylər ataraq qorxutmağa çalışmayın.
Qaçmağa başlasanız sizin arxanızca düşüb qovacaq. Bir ayıdan yüyürərək qaça bilməzsiniz.
Ayıdan qaçmaq üçün hündür ağaca çıxa bilərsiniz. Özünüzü ölülüyə vura bilərsiniz.