Yeni il filmləri

Yeni ili daha əyləncəli keçirmək üçün bir-birindən maraqlı 10 yeni il filmi.

1) 34-cü Küçədəki Möcüzə / Miracle on 34th Street (1947)
(Oskar mükafatlı komediya filmi)

yeni il filmi 3

Milad bayramı ərəfəsində böyük mağazanın təşkil etdiyi parad zamanı Santa Klausu oynamalı olan aktyor sərxoş halda aşkar olunur. Paradın rejissoru Doris Uoker yoldan keçən qoca Kris Krinqldən Santa Klausu əvəz etməyi xahis edir. Uğurlu paraddan sonra Krinql mağazada işə götürülür. Lakin mağaza meneceri cənab Şellhammer ondan uşaqlara oyuncaqları satmağı istəyəndə, o təlaşa düşür. Bunun əvəzinə o, uşaqları rəqib mağazaya yönəldir. Nəticələr xoşagəlməz olur. Syuzan Uoker mağazada işləyən Kris Krinqlin əsl Şaxta baba olduğunu iddia edir və hətta bunu sübut etməyə çalışır. Lakin o bunu tək sözü ilə deyil, əməli ilə də sübut etməlidir.

2) Evdə Tək filmi / Home Alone
Hər kəsin sevimli filmi 😉

yeni il filmi 4

Mövzusu:Amerikalı ailə Çikaqodan Avropaya yola düşür. Lakin tələsdikləri üçün valideynlər ailənin balaca övladı Kevin Makkalisteri evdə unudurlar. Balaca Kevin isə heç də evdə tək olmaqdan qorxan biri deyil. Çünki səyahət ərəfəsində o, Santa Klausdan valideynlərinin yox olmasını istəmişdi. Evdə azadlıq əladır! Lakin iki axmaq oğru onun həzzinə mane olmaq istəyir. Kevin həm özünü, həm evini oğrulardan qorumalıdır.

3) The Family Stone (2005)

yeni il filmi 3





Mövzusu: Böyük oğul yeni sevgilisini valideynləri, qardaşları və bacıları ilə görüşməyə gətirir. Stonelar ailəsi Nyu Yorklular olan qonaqlarını bir qədər xoşagəlməz və yöndəmsiz bir şəkildəcə qarşılayır. Bayramlar bitməmiş əsl münasibətlər üzə çıxır, sirlər açılır və Stone ailəsi bir-birlərinə olan bütün sevgiləri ilə qovuşur.

4) Köhnə Yeni İl / New Year’s Eve

New Years Eve Movie Wallpapers

Mövzusu:Dünyanın ən izdihamlı şəhərlərindən sayılan Nyu-Yorkda, Yeni il ərəfəsində bir neçə sakinin həyat yolları qeyri-adi şəkildə kəsişir. Əsas qəhrəmanlar xəstəxanada son günlərini keçirən qoca pasiyent, özünə verdiyi sözləri həyata keçirməyə çalışan katibə və Yeni il bayramına sadəcə nifrət edən tanınmış əyləncə teleproqramının prodüseridir. “Köhnə Yeni İl” rejissor Qerri Marşal tərəfindən 2011-ci ildə lentə alınmış romantik komediyadır.(mənbə:https://tvseans.az)

5) Jingle All the Way filmi (1996)

yeni il filmi 2

Mövzusu: Bir şirkətin satış komandasında işləyən Howard Langston iş xəstəsidir. Hətta işinə o qədər bağlıdır ki, oğlu Jamie-nin karate dərsində kəmər mərasimində iştirak edəcəyinə söz versə də bunu unudur və mərasimi buraxır. Buna görə də Jamie-nin ürəyi qırılır. Səhvinin əvəzini çıxmaq istəyən ata oğlu nə istəsə, almağa hazırdır. Ceymi dərhal istədiyi hədiyyəyə qərar verir; super qəhrəman “Turbo Man” oyuncağı istəyir. Hovard bunu sadə bir xahiş kimi görür, lakin belə deyil. Oyuncağı tapmaq üçün mübarizə aparan Hovard oyuncağın dalınca qaçan başqa bir ata Myron ilə şiddətli mübarizəyə girəcək.

6) Gremlins (1984)

yeni il filmi

Mövzusu:Rand Peltzer heç bir uğuru olmayan bir ixtiraçıdır. O, Milad bayramında ailəsinə hədiyyə olaraq Gizmo adlı sevimli kiçik məxluq gətirir. Şirin varlıq haqqında 3 vacib qayda var. Yemək gecə yarısından sonra verilməməli, birbaşa günəş işığına məruz qalmamalı və bir neçə damcıdan çox su içməməlidir. Bu qaydalardan hər hansı birinə əməl edilməzsə, dəhşətli nəticələr gözləyir.

7) Miladı Oğurlayan Qrinç

unnamed 2

Mövzusu:Bir vaxtlar Ktoqrad şəhərində Qrinç adlı bir adam yaşayırdı. Tüklü və yamyaşıl olduğuna görə heç kim onu sevmirdi. Qrinç ktoviçlərdən inciyir və bütün küləklərin əsdiyi dağda tənha yaşamağa başlayır. Mağarasında oturan Qrinç bütün dünyaya qəzəbli idi. Ən çox da Milada nifrət edirdi. Ktoqradın bütün əhalisi ürəkdən əylənərkən, Qrinçin həmişə pis əhval-ruhiyyəsinin barometri qorxunc bir şey göstərdi. Hər Milad onun üçün dəhşətli bir işgəncəyə çevrilirdi. Və bir gün dağın qəzəbli sakini bu bayramı birdəfəlik bitirməyə qərar verir. Qayğısız ktoviçlilər şirin yuxudaykən, xain Qrinç Milad bayramını şəhər sakinlərindən oğurlamaq qərarına gəlir.

8) Milad Tətili filmi / National Lampoon’s Christmas Vacation

yeni il filmi 7

Mövzusu: Griswolds ənənəvi ailə bayramına hazırlaşır. Lakin Klark, arvadı Ellen və onların 2 uşağı üçün işlər o qədər də asan deyil. Klarkın şansının gətirməməsi qonaqları ilə davam edir. Amma Miladdan tezliklə qazanclı çıxacağına inanır.

9) Yeni İliniz Mübarək filmi / Happy New Year

yeni il filmi 6

Mövzusu:Təcrübəsiz rəqqaslardan ibarət qrup beynəlxalq rəqs müsabiqəsində iştirak edir. Amma onların məqsədi qalib gəlmək deyil, Dubay bankını qarət etməkdir.

10) Ailə başçısı / The Family Man (2000)

yeni il filmi 2

Mövzusu:Cek Kempbell həyatda iş, uğur və puldan vacib heç nə olmadığını düşünən iş adamıdır. Heç vaxt ailə həyatı qurmayıb. Bir səhər yuxudan duranda özünü 13 il əvvəl ayrıldığı sevgilisi ilə evli və 2 uşaqlı bir ailə başçısı kimi görür. Köhnə iş həyatına qayıtmağa çalışarkən həyatın mənasının çox fərqli olduğunu anlamağa başlayır.

Bənzər yazılar:

Maraqli Kinolar – Mütləq İzlənməli 10 Maraqli Kino ✔︎
Maraqli Hekayeler | Maraqlı Hekayələr Burada ✔︎

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button