
Hal-hazırda ölkəmizdə magistr təhsili almağa maraq böyükdür. Gənclərin çoxu da həm keyfiyyətli təhsil həm də gələcəkdə karyera üçün xaricde magistr tehsili almağa daha çox üstünlük verirlər. Elə buna da magistr təhsili almaq istəyənlərin sayı bakalavr təhsili almaq istəyənlərin sayından çoxdur.
Seçim edərkən universet və dövləti ele seçmək lazımdırki gələcəkdə aldığınız diplom sizin üçün perspektivli iş imkanları yaratsın.
Dünyanın ən inkişaf etmiş və gözəl, qədim tarixə malik ölkələri və şəhərlərinin yerləşdiyi Avropa, bu gün beynəlxalq tələblər tərəfindən seçilən təhsil mərkəzlərindən biridir.
Bununla yanaşı bu gün texnologiya və iş imkanları ilə seçilən ABŞ, Kanada, Çin və Yaponiyaya tələbələrin marağı və müraciəti yüksəkdir. İxtisas və universitetdən seçərkən gələcəyi düşünüb son dərəcə ehtiyatlı olmaq lazımdır.
Xaricde magistr tehsili haqqında
Xaricde magistr tehsili üçün əvvəlcə bakalavr diplomu almalısınız. Bakalavr diplomu aldıqdan sonra bəzi imtahanlar verilməlidir. Magistr təhsilini ingilis dilində almaq istəyənlər TOEFL və İELTS imtahanları verməlidilər. Türkiyə universitetləri isə ALES imtahanı tələb edir. Bəzi ABŞ və digər Avropa ölkələrinin universitetləri GMAT və GRE imtahanları tələb edirlər.
Xaricde magistr tehsili almaq istədiyiniz ixtisas bakalavr ixtisasınızla ya eyni olmalı yada ki ona yaxın bir ixtisas olmalıdır. Bəzi istisna hallar ola bilər ki sizin bakalavr ixtisasınızla magistr ixtisasınız fərqli ola bilər. Bunu bəzi universitetlər qəbul edir. İxtisas dəyişmə bəzi ölkələrdə olur. Məsələn Böyük Britaniya, ABŞ və digər İngilisdilli ölkələrdə. Ixtisas dəyişimi üçün mütləq bir il pre-master oxumalısınız.
Belə bir şeydə ola bilər ki siz gərək MBA təhsili alasınız MBA (master of businesses administration) – iqtisadiyyat və menecmet sahəsində magistr dərəcəsidir. Gərək bu sahədə təhsil alasınız.
Xaricde tehsil üçün bank hesabı və büdcənizdə pul olması mütləqdir. Məbləğ isə universitetə görə dəyişir.
Xaricde magistr tehsilini təqaüd proqramı ilə də ala bilərsiniz.
Xaricdə magistr təhsili üçün lazım olanlar sənədlər aşağıdakılardır :
- Müəyyən qədər büdcə-bu sizin müraciət edəcəyiniz proqrama görə dəyişir.
- Ümumivətəndaş pasportu ( xarici passport)
- Diplom (master və PhD nazmizədlər üçündür)
(təhsilin son ilində olanlar üçün arayış)
- Orta Təhsili Bitirmə Haqqında Sənəd (Attestat) (bakalavr namizədlər üçün)
- Transkript (diploma əlavə)
- Motivasiya məktubu
(tədris planı/məqsədin izahatı/tədqiqat təklifi)
- Tövsiyə məktubu (recommendation letter)
- Xarici dil sertifikatı ( İELTS, TOEFL) (əgər təhsilinizi ingilis dilində almısınza bəzi hallarda sertifikata ehtiyac olmaya bilər)
Qeyd :Tələbənin müraciət edəcəyi ölkədən, universitetdən, təqaüd proqramından asılı olaraq siyahıya əlavələr oluna bilər).
Xaricdə magistr təhsili zamanı bəzi universitetlərdə tədris olunacaq ixtisasa və ya ingilis dili proqramına görə əlavə ödəniş tələb oluna bilər.
Almaniya 2 Norveçdə tələbələrin pulsuz magistr təhsili almağı mümkündür.