Xaricdə Təhsil

Türkiyədə Tehsil haqqında əsas məlumatlar

Təhsil millətin gələcəyidir”. 

Elə buna görə də keyfiyyətli təhsil almaq üçün ən yaxşı təhsil müəssisələrini araşdırıb seçməliyik. Bugün ölkəmizdə keyfiyyətli təhsil verən təhsil müəssisələri çoxdur. Amma çox gənc xaricdə təhsilə daha çox üstünlük verir. Ən çoxda qardaş ölkə Türkiyədə təhsil almaq istəyi çox yüksəkdir. Bunun bir çox səbələri var. 

Nəyə görə gənclər Türkiyədə tehsilə daha çox üstünlük verir?  Çünki :

  • Türkiyədə təhsil sistemi son illərdə çox sürətlə inkişaf edib. 2013 cü – ildə Dünyanın 100 ən yaxşı reputasiyalı Universiteti siyahısında ilk Top 50-də Türkiyənin OTDÜ- təhsil ocağıda yer alıb. 
  • Türkiyədə Dövlət Universitetlərində illik olan təhsil haqqi bizdə və başqa Avropa Universitetilərindəki təhsil haqqından azdır. 
  • Türkiyədə yaşayış həmçinin gediş-gəliş asandır. Türkiyə ilə məsafəmiz çox yaxındır. 
  • Azərbaycan vətəndaşları üçün viza yoxdur

Şərtlərin belə rahat olmasına görədə tələbələrin əksəriyyəti Türkiyədə təhsilə üstünlük verirlər. Türkiyədə təhsil almaq üçün bir sıra imtahanlar verməlisiniz. Universitetlər özəl və ya dövlət olmaqla iki yerə bölünür. 

Türkiyədə təhsil qiymətləri və xərcləri nəqədərdir? Ətraflı növbəti məqalədə oxuya bilərsiz: Türkiyədə təhsil

edumaster

Türkiyədə təhsil almaq üşün Universitetlərin hər birinin özünün ayrıca şərtləri var. Əgər Bakalavr təhsili almaq istəyirsizsə əvvəlcə  SATı, TQDK, YÖS imtahanı verməlisiniz. 

Magistr təhsili şərtləri və imtahanları fərqlidir. Universitetlərin bəziləri yalnız ortalama balı ilə, bəziləri isə TOEFL, GRE kimi imtahanlar tələb edirlər. Türkiyədə tibb, mühəndislik və digər sahələr üzrə təhsil alanlar çoxluq təşkil edir. Əsasən Tibb sahəsi üzrə Türkiyə universitetləri ilk sıralarda yer tutur. 

Türkiyədə təhsil almaq üçün ən yaxşı universitetlər aşağıdakılardır :

Turkiyede Dövlət universitetləri 

  • Orda Doğu Teknik Universiteti 
  • İstanbul Teknik Universiteti 
  • Yıldız Teknik Universiteti 
  • Boğaziçi Universiteti 
  • İzmir Yüksək Teknoloji Enstitüsü
  • Hacettepe Universiteti 
  • Ankara Universiteti 
  • Cerrahpaşa Universiteti 
  • Marmara Universiteti 
  • Gazi Universiteti 
  • Ankara Yıldırım Beyazit Universiteti 
  • Anadolu Universiteti 
  • Dokuz Eylül Universiteti 
  • Muğla Sıtkı Koçman Universiteti 
  • Atatürk Universiteti 

Türkiyədə Özəl Universitetlər 

  • Koç Universiteti 
  • Sabancı Universiteti 
  • Bahçeşehir Universiteti 
  • İstanbul Bilgi Universiteti 
  • Özyegin Universiteti 
  • Acibadem Universiteti 
  • Medipol Universiteti 
  • TED Universiteti 
  • Yeditepe Universiteti 
  • Kadir Has Universiteti 
  • Üsküdar Universiteti 
  • Başkent Universiteti 
  • İstanbul Gelişim Universiteti 
  • İstanbul Kültür Universiteti 
  • İstanbul Aydın Universiteti 

Bu Universitetlərin hər birində siz keyfiyyətli təhsil ala bilərsiniz. Amma ümumilikdə ən yaxşı Top 10 luq hazırlasaq yəni Türkiyənin 10 ən yaxşı sözünü demiş universitetlərinın siyahısını belə vermək olar:

  • Orta Doğu Teknik Universiteti 
  • Koç Universiteti 
  • İstanbul Teknik Universiteti 
  • Sabancı Universiteti 
  • Hacettepe Universiteti 
  • Bilkent Universiteti 
  • İzmir Yüksək Texnologiyalar İnstitu
  • İstanbul Bilgi Universiteti 
  • Özyeğin Universiteti

Əlaqəli məqalə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button