Türkiyədə təhsil haqqında bu məlumatları bilirsinizmi?

Avropa və Asiyanı birləşdirərək qədimiliyi, müasirliyi, qonaqpərvərliyi ilə əsrarəngiz Türkiyə! Dörd dənizlə əhatələnməsi ruhunuzu oxşayan bir tələbəlikdən xəbər verir. İsti kofeni, yaxud sərin içkini, qulaqcıqlarını, kitabını götürüb hüzur dolu sahillərdə, küçələrdə gəzmək, düşüncələrə dalmaq, bədii əsərlər oxumaq, dostlarınla zaman keçirmək insana böyük zövq verir. Hələ filmlərdən izlədiyin tələbəliyi yaşamaq, böyük holdinqlərdə təcrübə keçmək də var. Təbii ki, qardaş ölkənin üstünlüklərini sayıb-sayıb bitirmək çətindir. Odur ki, bu dəfə sizə Türkiyədə təhsil haqqında vacib məlumatlardan bəhs edəcəyik. 

Türkiyədə bakalavr təhsili almağın hansı formaları var?

  • Tək attestat sənədiylə
  • Kollec diplomuyla
  • YÖS, SAT və s. kimi imtahan nəticələriylə
  • Dövlət proqramı ilə
  • Müxtəlif təqaüd proqramları ilə
  • Tək attestat sənədiylə bakalavr təhsili almaq üçün Türkiyənin əksər nüfuzlu universitetlərinə müraciət etmək mümkündür. Bu zaman sizdən türk və ya ingilis dilinə dair dil bilikləri tələb olunacaq. Zəruri sənədlərlə birgə həmin imtahan nəticələrini də təqdim edərək tələbə adını qazana bilərsiniz. Həm dövlət həm də özəl universitetlərə qəbullar həyata keçirilir. 
  • Kollec diplomu ilə müraciətlər zamanı isə öncə diplomunuzun Türkiyə Milli Eğitim Bakanlığı (MEB) tərəfindən tanınması vacibdir. Bunun üçün, kollec diplomunun əslini və türk dilinə tərcümə olunmuş versiyası MEB-ə təqdim edilir. Təsdiq olunduğu təqdirdə “önlisans” proqramlarına müraciət edərək “önlisans” (subbakalavr) proqramını bitirib daha sonra “lisans” (bakalavr)  proqramlarına müraciət edə bilərsiniz.
  • YÖS və ya SAT imtahanı ilə qəbullar zamanı isə müvafiq imtahanlardan uğurla keçmək kifayətdir. Burada türk və ya ingilis dilindən bilikləriniz sınaqdan keçirilir. Nəticə müraciət edəcəyiniz universitetlərədn, ixtisaslardan asılı olaraq sizdən YÖS, SAT, TOEFL və s. kimi imtahan nəticəsi tələb oluna bilər. 
  • Xaricdə təhsilə dair dövlət proqramı isə gənclərin nüfuzlu universitetlərdə bakalavr, magistr və doktorantura olmaqla bütün tədris pillələri üzrə təhsil almasını dəstəkləyir. Ancaq tədrisin sonunda məzunların ölkəyə geri qayıdaraq 5 il ərzində çalışması tələb olunduğu üçün, bu məqamı mütləq diqqətdə saxlamaq lazımdır. 
  • Müxtəlif təqaüd proqramları sayəsində namizədlər şanslarını yoxlaya bilər ki, bu da Türkiyədə onların təhsil haqqı daxil olmaqla digər xərclərinin də qarşılanması deməkdir. Son dövrlər ən çox müraciət olunan təqaüd proqramları arasında Türkiyə bursları, TUBİTAK, ERASMUS təqaüd proqramı yer alır. 

Yuxarıda qeyd olunan bütün təhsil formaları geniş ixtisas və universitet seçimləri təqdim olunur. Təhsil almaq istədiyiniz istiqamətləri seçərək bu yolda uğurla addımlaya bilərsiniz.

Türkiyədə magistr təhsili almaq üçün şərtlər necədir?

Xarici tələbələrin Türkiyədə magistratura təhsili alması üçün bakalavr diplomunun təqdimatı kifayət edir. Namizədlər sərbəst şəkildə özləri və ya etibar etdikləri xaricdə təhsil şirkətləri vasitəsi ilə qeydiyyatdan keçə bilərlər. Hər universitetin qeydiyyat və müraciət tələbləri fərqlidir. Buna görə də, hansı universitetdə və ixtisas üzrə təhsil almaq istədiyinizi müəyyənləşdirərək həmin ali təhsil ocaqlarının tələb və şərtləriylə tanış olmağınız faydalıdır. Əsasən universitetlər tərəfindən tələb olunan sənədlər aşağıdakı kimidir.

  • Pasport və pasportun notariusda türk dilinə təsdiq edilmiş nüsxəsi
  • Referans məktubu
  • Bakalavr təhsilini Türkiyədə tamamlayan tələbələr diplomunun əslini və notarial təsdiq edilmiş türkcə tərcüməsi
  • Transkript və notariusda türk dilinə təsdiq edilmiş nüsxəsi
  • Avropa Birliyinə üzv dövlətlərdən alınmış bakalavr diplomunun diploma əlavəsi
  • Fotoşəkil
  • Dil imtahan sertifikatı

Türkiyədə doktorantura təhsili almaq üçün şərtlər necədir?

Nüfuzlu Türkiyə universitetləri azərbaycanlı tələbələr üçün doktorantura pilləsi üzrə də təhsil almaq şansı yaradır. Həmçinin müxtəlif təqaüdlərdən də yararlana bilərsiniz. Doktorluq dərəcəsi almaq bir qədər böyük zəhmət, araşdırma tələb etsə də, bu istiqamətdə ən yaxşı Türkiyə universitetlərində təhsil almaq elmi dərəcələrinizin yüksəlməsinə gətirib çıxaracaq. Aşağıdakı sənədlər tələb olunur.

  • Bakalavr diplomu və ya arayış 
  • Transkript
  • Xarici pasport – Türk dilinə tərcümə olunmuş və notariusdan təsdiq olunmuş versiyası. Əgər xarici pasportunuz yoxdursa, şəxsiyyət vəsiqəsi ilə müraciət etmək mümkündür. 
  • ALES, YDS, TYS, GMAT, GRE, İELTS və ya TOEFL kimi imtahan nəticələri (müraciət etdiyiniz universitet və proqramın tələb etdiyi hər hansısa imtahan nəticəsi)
  • Fotoşəkil – 4 ədə 3×4, 4 ədəd 4.5×6 
  • CV formaları – Europass formatda 
  • Referans məktubu 
  • Motivasiya məktubu

Türkiyənin tələbə yönümlü şəhərləri hansılardır?

Yüksək səviyyəli təhsili, universitetləri, xarici tələbə axını, geniş təcrübə imkanları, göz oxşayan rəngarəngliyi, təqaüd proqramları, universitet şəhərcikləri, münasib təhsil haqqı və s. ilə Türkiyənin tələbə dostu statusunu qazanan şəhərləri vardır. Burada yerləşən universitetləri mütləq şəkildə dəyərləndirə bilərsiniz.

  • 1. Eskişehir
  • 2. Ankara
  • 3. Antalya
  • 4. Çanaqqala
  • 5. İstanbul (Asiya)
  • 6. Ədirnə
  • 7. Aydın
  • 8. Tekirdağ
  • 9. İstanbul (Avropa)
  • 10. Muğla

Türkiyədə mavi diplom vəd edən universitetlər hansılardır?

Mavi diplom bakalavr və ya magistr təhsilinizin Avropa Birliyinə daxil olan ölkələrdə etibarlı olduğunu göstərən sənəddir. Buraya İsveç, İtaliya, Macarıstan, Rumıniya, Çexiya, Danimarka, Xorvatiya, Estoniya, Latviya, Litva, Fransa, Almaniya, Avstriya, Bolqarıstan, Belçika, Malta, Polşa, Portuqaliya, Hollandiya, İrlandiya, İspaniya, Lüksemburq, Finlandiya və s. daxildir. Bu o deməkdir ki, adları çəkilən ölkələrdə istəyinizə uyğun olaraq karyera qurmağınız üçün heç bir maneə yaranmaycaq. Mavi diplom və Türkiyədə təcrübə imkanları təklif edən universitetlərlə tanış olaq.

  • Adıyaman Universiteti
  • Adnan Menderes Universiteti
  • Afyon Kocatepe Universiteti
  • Akdeniz Universiteti
  • Ankara universiteti
  • Anadolu Universiteti
  • Ardahan Universiteti
  • Atatürk Universiteti
  • Atılım Universiteti
  • Bahçeşehir Universiteti
  • Balıkesir Universiteti
  • Başkent Universiteti
  • Biləcik Şeyx Edebalı Universiteti
  • Bilkent Universiteti
  • Çanaqqala Onsekiz Mart Universiteti
  • Çukurova Universiteti
  • Dokuz Eylül Universiteti
  • Dumlupınar Universiteti
  • Düzce Universiteti
  • Ege Universiteti
  • Erciyes Universiteti
  • Fırat Universiteti
  • Qazi Universiteti
  • Qaziantep Universiteti
  • Gümüşhane Universiteti
  • Hacettepe Universiteti
  • İnönü Universiteti
  • İstanbul Aydın Universiteti
  • Karadeniz Texniki Universiteti
  • Kırıkkale Universiteti
  • Kocaeli Universiteti
  • Koç Universiteti
  • Marmara Universiteti
  • Mersin Universiteti
  • Medipol Universiteti
  • Muğla Sıtkı Koçman Universiteti
  • Namiq Kamal Universiteti
  • Niğde Universiteti
  • Okan Universiteti
  • Dokuz May Universiteti
  • Ordu Universiteti
  • Orta Şərq Texniki Universiteti
  • Özyeğin Universiteti
  • Pamukkale Universiteti
  • Sabancı Universiteti
  • Sakarya Universiteti
  • Süleyman Dəmirəl Universiteti
  • Trakya Universiteti
  • Uludağ Universiteti
  • Uşak Universiteti
  • Yaşar Universiteti

Türkiyədə təhsil haqqları necə dəyişir?

Qardaş ölkənin universitetləri Avropayla müqayisədə daha sərfəli təhsil haqqları təklif edir. 500 manatdan başlayaraq təhsil haqqları hər universitetə, ixtisasa görə dəyişir. İldə iki dəfə ödəniş etməyə şərait yaradılır. Ümumilikdə yataqxana xərcləri 100-150 manat, yaşayış xərcləri isə 450-500 manat arası təşkil edir. Təbii ki, bu qiymətlər təhsil alacağınız şəhərə, həyat tərzinizə görə fərqlənə bilər.

Türkiyədə təhsil almağın üstünlükləri nədir?

Bənzərsiz təbiəti, müasir şəhərləri, uzun illərə söykənən tarixi, Avropa və Asiyaya açılan pəncərə olması sayəsində Türkiyə əsl gəncliyin ölkəsidir desək yanılmarıq. Eyni zamanda buradakı universitetlərəd tələbə olmaq bir çox üstünlüklər qazandırır.

  • Yüksək səviyyəli təhsil
  • Beynəlxalq diplom
  • İngilis və ya türk dilində tədris
  • Geniş karyera fürsətləri
  • Müasir universitet şəhərcikləri
  • Münasib təhsl haqqı və s.

Xaricdə təhsil xəyallarınızı gerçəkləşdirmək üçün Türkiyə ən ideal ölkələrdəndir. Ölkə və universitetləri yuxarda sadalanan üstünlükləri və daha çox ilə birgə karyeranızda böyük izlər buraxacaq.

Türkiyədə təhsil üçün ən çox verilən suallar

Türkiyədə təhsil almaq üçün nə etməli?

Təhsil almaq istədiyiniz universiteti, ixtisası seçdikdən sonra tək attestat sənədiylə bakalavr, təkçə bakalavr diplomu ilə isə magistr təhsili ala bilərsiniz.

Türkiyədə təhsil üçün dil bilikləri tələb olunurmu?

Bəli, türk və ya ingilis dili üzrə dil biliklərinizin olması əsas şərtdir.

Türkiyədə təhsil haqqları nə qədərdir?

Qardaş ölkənin universitetləri Avropayla müqayisədə daha sərfəli təhsil haqqları təklif edir. 500 manatdan başlayaraq təhsil haqqları hər universitetə, ixtisasa görə dəyişir. İldə iki dəfə ödəniş etməyə şərait yaradılır. 

Türkiyə diplomları tanınırmı?

Bəli, Türkiyənin rəsmi dövlət qeydiyyatında olan bütün universitetlərinin diplomları beynəlxalq səviyyədə tanınır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button