Rəqəmsalda ödənişli alətlərin daha ucuz və Ödənisiz istifadəsi

Bu məqaləni yazmaq biraz riskli və düzgün olmasa da, mənə yazılan çox saylı istəklərdən sonra istədim ki “public” olaraq bu məlumatları sizlərlə də bölüşüm. Ən çox etdiyim araşdırmalardan biri rəqəmsal marketinqdə hansı alətlərin daha istifadəyə yararlı olması və nə qədər demək üzücü olsa da maddi tərəfdən daha sərfəli olması idi.

Rəqəmsal marketinqə yeni başlayanların, bəzi kiçik büdcəli agentliklərdə, layihələrdə işləyənlərin bu alətləri alması üçün marketinq büdcəsi olmur və bu başa düşüləndir. Reallıqda böyük şirkətlər üçün də vəziyyət endiri :). Nəysə.. Keçək əsas məsələyə.

Hansı alətləri ödənişsiz istifadə edə bilərik?

SEO və Google reklamları üçün analiz apara biləcəyiniz və ən uyğun alətlər Ahrefs, Semrush, Moz kimi alətləri ödənişsiz istifadə imkanınız mümkündür.

  • Ahrefs alətinin istifadəsi

Bu alət qlobal olaraq ən çox tanınan şəxsi təcrübələrimə görə nəticələrinə daha çox etibar edilən alətlərdəndir. Ahrefsi 1 həftəlik sadəcə 7$ ilə yoxlayaraq istifadə edə bilərsiniz. Öyrənmək üçün ən ideal seçimdir. Pulsuz olaraq isə öz saytlarınızı sadəcə kod və ya eyni gmail üzərindən Google Searc Console ilə inteqrasiya edərək istifadə etmək olar. Note: Bundan başqa aylıq olaraq daha ucuza istifadəsi də mümkündür ki, məqalənin sonunda qeyd edəcəyəm.

  • Şəkildə pulsuz olaraq saytınıza uyğun verdiyi məlumatların bir hissəsini görə bilərsiniz.
ahrefs analiz

Rəqəmsal marketinq sahəsində çalışırsınızsa, bu alət haqqında məlumatınız var deməkdir. Hətta faydalı blogları və videoları ilə də məşhurdur. Bu alət də öz saytında rəsmi olaraq sizə 7 günlük ödənişdiz istifadə imkanı verir. Bunun üçün hər dəfə yeni kart məlumatları və mail əlavə etmək lazmdır. ( Kartda mütləq yoxlanış üçün 1$ olmalıdır ).

Aşağıda verəcəyim və rəsmi olmayan link ilə isə referal keçid edib 1 aylıq ödənişsiz olaraq istifadə edə biləcəksiniz. Eyni qayda ilə hər dəfə yeni mail və kart istifadəsi lazımdır. Bunlar sizə bezdirici görünəcəksə ən sonda yazacağım yolları istifadə edə bilərsiniz. ( Lazımlı link ).

  • Moz və digər alətlər də eyni bunlar kimidir. İndi əsas alətləri qeyd etdim maraq və rəyləriniz olarsa, digərlərini də bu listə bir bir əlavə edəcəm.

Aylıq olaraq daha ucuza necə istifadə etmək olar?

Gəldik əsas məsələyə tam düzgün olmasa da bu yolları sizin üçün ( öyrənib, test edə biləsiniz deyə ) qeyd etməyi faydalı gördüm. Bəzi yoldaşlara bunu qonaqlıq qarşılığında edirdim amma siz bir rəy və paylaşmaqla ödəmiş ola bilərsiniz 🙂

Bu yol rus, türk və hindistanlı yoldaşlarımızın daha çox istifadə etdiyi, qurduğu sistemlər üzərindəndir. Texniki olaraq sizə hər bir alət üçün keçid imkanı verir və müəyyən ödənişlərlə bunları əldə edə bilərsiniz. Burada tək SEO və reklam yox digər digital alətlərin, platformaların girişi üçün də imkanlar mövcuddur. Mən 2-3 il əvvəl karantin günlərimi bu saytlarla daha əyləncəli və faydalı etmişdim. Ümid edirəm sizə də faydalı olar.

aletler

Aşağıdakı linklərdən istifadə edərək alətləri aylıq olaraq daha ucuz qiymətlərlə əldə edə bilərsiniz. Yuxarda qiymətlər üçün də skrin paylaşmışam. ( düzü rupi ilədir amma çox deyil 😀 )

Türkiyə üçün: Analizaraclari com

Qlobalda isə çoxdur, istifadə etdiyim: groupseotool. com

Vugar Bunyatzade

Təcrübələrini, öyrəndiklərini və analizlərini sizinlə paylaşmaq istəyən Rəqəmsal marketinq mütəxəssisi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button