Ramiz Mehdiyev kimdir?

Ramiz Mehdiyev kimdir? Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycanın siyasi xadimlərindən biridir. Hal-hazirda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışır. Bu vəzifəyə 2019-cu ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə təyin olunub. 

Ramiz Mehtiyev Bakı şəhərində 1938-ci il aprelin 17-də anadan olub. Amma uşaqlığının çox hissəsini Naxçıvan şəhərində keçirmişdir. Elə ilk orta təhsilini də burada almışdır. 

Bakı Dənizçilik Məktəbini 1957 ci ildə fərqlənmə ilə bitirmişdir. Burada təhsilini bitirdikdən sonra 1961 ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin ( hal-hazırkı Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olmuşdur. 

1968 ci ildə O, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakultəsinin aspiranturasına daxil olub. 

Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyəti tələbəlik illərində başlamışdır. O siyasi fəaliyyətini tədricən inkişaf etdirmiş dövlət idarəçiliyinin müxtəlif məsuliyyətli mərhələrindən keçmişdir. O dövlət idarəetmə sistemində əsasən ideoloji cəbhədə olmuş və bu istiqamətdə müxtəlif məsul vəzifələrdə çalışmışdır. Topladığı zəngin təcrübə sahəsində mühüm dövlət vəzifələrinin həyata keçirilməsində töhfələr vermişdir. 

Ramiz Mehdiyevin keçdiyi çətin, məsuliyyətli yol, ömrünü dövlətçilik sahəsinə həsr edən bir insanin, gənclər təşkilatının adi üzvündən,məsuı partiya işcisinə, ideoloji katib, Prezident Administrasiyasının rəhbər vəzifəsinə qədər ki bütün çətinlikləri özündə canlı şəkildə əks etdirir. 

Ramiz Mehtiyev 1972 ci- ildə Azərbaycan Dövlət Universitetinin Elmi kommunizm kafedrasında müəlliml kimi fəaliyyətə başlayır. Daha sonra isə burada baş müəllim vəzifəsində çalışır. 

Siyasi fəaliyyətinə 1974 cü ildə başlayır. Həmin ilin may ayında Azərbaycan KP MK aparatında Təbliğat və Təşviqat şöbəsində mühazirəçi vəzifəsinə dəvət olunur. 1976 cı ildən 1978 ci ilə qədər Azərbaycan KP MK Elm və Tədris müəssisələri şöbəsinin müdir müavini vəzifəsində işləyir. 1978-ci ildə isə Azərbaycan KP Bakı Komissarı adına Rayon Komitəsinin birinci katibi seçilir.  Birinci katib vəzifəsində işlədiyi müddətdə Ramiz Mehdiyev özünü partiya işcisi kimi təsdiq etmişdir. O sonra yenidən respublika miqyaslı partiya işinə qaytarılaraq Azərbaycan KP MK-nin Elm və Təhsil müəssisələri şöbəsinə rəhbərlik etməyə başlamışdır. 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Heydər Əliyevin hakimiyyəti illərində onun etimadını qazanaraq məsul vəzifələrə irəli çəkilmişdir. Heydər Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin həyata keçirilməsində məsuliyyətlə xidmət göstərmişdir. 

 Ramiz Mehtiyev 1993 cü ildən fəlsəfə elmləri doktorudur. 

Heydər Əliyev 1994 cü ildə Ramiz Mehdiyevi Prezident Aparatının şpbə müdiri vəzifəsinə təyin edir. 1995 ci ildən isə Prezident Aparatının rəhbəri olur. 

2009 cu ildən isə Respublika Konstitusiyasına dəyişikliklə əlaqədar Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri olur. 2019 cu ilə qədər bu vəzifədə çalışır.

Ramiz Mehdiyev 2001 ci ildə Nyu York EA-nın üzvi seçilib. 2007 ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvi seçilib. 2019 cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuşdur. 

Ramiz Mehdiyev həmçinin ” Fəlsəfə, Sosial, Siyasi Elmlər” jurnalının redaksiya heyətinin sədridir. 

Həqiqi dövlət müşaviri olan akademik 100 dən çox elmi məqalənin müəllifidir. Onun əsərləri milli və sosial siyasi münasibətlər, müasir Azərbaycan dövlət və cəmiyyətin inkişafı və s mövzularla bağlıdır. 

Prezident İlham Əliyev 2008 ci ildə Ramiz Mehdiyevin 70 illik yubileyi ilə əlaqədar onu ” İstiqlal” ordeni ilə təltif edir. 

Ramiz Mehdiyev həmçinin  “ Qırmızı əmək  Bayrağı”, “Dostluq” , “Şərəf”, “Şöhrət”, “Heydər Əliyev” ordenləri, ” Polşa Milli Təhlükəsizlik Bürosunun xatirə medalı” ilə təltif olunub. 

Akademik Ramiz Mehdiyev bu gün də çoxcəhətli elmi, siyasi, ideoloji fəaliyyət yollarında özünün məsuliyyətli missiyasını böyük uğurla davam etdirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button