İş tapa bilməyənlər üçün pul qazanmağın yolları 

İş tapa bilməyənlər üçün pul qazanmağın yolları 

Məşhur jurnalist Kris Broqan deyir – “Məqsəd daha çox pul qazanmaq deyil. Məqsəd öz həyat şərtlərinə, xəyallarına uyğun həyat yaşamaqdır.” Bu fikirə dəstək olaraq, müasir dövrdə həyat şərtləri maddi qazancın üzərində qurulub desək, yanılmarıq. Sadəcə bir misal çəkməli olsaq, süni intellektin inkişafı dünyanın bütün ölkələrində insanların yaşayış tərzini tamamilə dəyişdiyini deyə bilərik. Bu adi mağazada sadəcə çörək almağımızdan başlayaraq, sosial mediada paylaşdığımız məzmunlara, bəzən ətrafımız olan davranışlarımıza, karyeramıza, şəxsi inkişafımıza və s. öz təsirini göstərdi. Zamanın və ya inkişafın nəbzini tutmağı bacaranlar isə baş verən bütün dəyişiklikləri, yenilikləri öz xeyrinə dəyişməyi bacardı. Təbii ki, bütün bunların hamsının kökündə sadəcə pul dayanır desək, doğru səslənməz. Yəqin ki, əksəriyyətimiz də təsdiqləyər ki, hadisələrin axarını dəyişən böyük qüvvələrdən biri də pul vəsaitləridir. Bəs gəlin görək, sürətlə dəyişən cəmiyyətimizdə daha rahat şərtlərlə pul qazanmağın hansı yolları var?

Dünya üzrə insanların karyera qurmağa başlaması dolayı yolla desək pul qazanmağa start verməsi fərqli yaş aralıqlarına təsadüf edir. Təbii ki, bu amil yaşadığın ölkədən, həyat şərtlərindən və s.-dən asılı olaraq dəyişir. İstənilən halda hərkəs xəyal etdiyi həyatı yaşamaq üçün fərqli yolları sınaqdan keçirir. Bəziləri 17-18 yaşlarından özünü müxtəlif sahələrdə sınamağa başlayar, bəziləri o yaşlarda özünü inkişaf etdirər, bir çoxları illərlə sevmədiyi işdə çalışaraq sonda öz biznesini qurar və s. Xarakterlər, hədəflər, qarşımıza çıxan şanslar fərqli olduğu kimi karyera yolumuz da eyni nöqtələrdə kəsişə bilsə də, hamımızın öz yolu var. Odur ki, zaman və məkan anlayışı olmadan bizi xəyallarımıza doğru aparan yolun bütün xərclərini qarşılamaq üçün ən doğru qərarları verməyə çalışmalıyıq. Əgər çalışdığınız işdə əməkhaqı sizi qane etmirsə, xərcləriniz çoxdursa, daha çox pula ehtiyacınız varsa və ya digər səbəblərdən dolayı əlavə gəlir mənbəyi axtarırsınızsa bu məqaləmiz məhz, sizin üçündür. İlk olaraq bildirək ki, frilans çalışaraq, müxtəlif investisiyalar yatıraraq, təcrübə və ya məsləhətlərinizi paylaşaraq, elektron ticarətlə məşğul olaraq və s. kimi istiqamətlərə yönələrək gəlirinizi artıra bilərsiniz. Gəlin görək, yönələ biləcəyimiz hansı işlər, pul qazanmaq yolları var?

İnvestisiya ilə maraqlananlar üçün pul qazanmağın yolları

İnvestisiya puldan pul qazanmaq sənətidir. İlkin olaraq investisiya yatırmaq, cari bazar şərtləri haqqında araşdırma apararaq hansı növ sərmayə yatırımına yönəlmək istədiyinizə qərar verin. 

Qiymətli kağızların alışı

Dünya fond bazarı səhmlər, istiqrazlar, veksellər kimi qiymətli kağızların emitentlər və alıcılar arasında ticarətinin baş tutduğu sistemdir. Burada yuxarıda adları çəkilən müxtəlif maliyyə alətlərinə sərmayə yatıraraq qısa zaman ərzində onları öz gəlir mənbəyinizə çevirə bilərsiniz. Qiymətli kağızlar bazarı nisbətən daha az risklərlə sizə böyük məbləğlər vəd edir. Qeyd edək ki, ölkəmizdə müxtəlif banklara, şirkətlərə müraciət edərək onlara məxsus qiymətli kağızlara sahib ola bilərsiniz. Bu sizin minimum halda sabit gəlir qazanmağınızı təmin edir.

Forex bazarına qoşulmaq

Forex qlobal valyuta bazarı hesab olunur. Həftə sonları istisna olmaqla, bu sistemdə dünyanın bütün ölkələrinin valyutaları ilə 24 saat ərzində alış-satış proseslərini həyata keçirə bilərsiniz. Birja ilə müqayisədə daha az zaman sərf edərək gəlir qazanmağı təklif edir. Burada xarici valyutalara, qızıla, nəhəng şirkətlərin səhmlərinə, sənaye və ya kənd təsərrüfatı məhsullarına və s. kimi geniş çeşiddə alətlərə investisiya ayıra bilərsiniz. Məsələn, qızıl, almaz kimi qiymətli metalları adi mağazalardan alıb passiv gəlir mənbəyinə çevirməkdənsə Forex bazarlarında investisiya yatıraraq əldə etməyiniz daha effektivdir.

Daşınmaz əmlakın alışı

Yaşadığınız regiondan asılı olaraq ətrafınızda və ya gələcək illərdə nüfuzunun artacağını düşündüyünüz ərazilərdə daşınmaz əmlak əldə olunması atıla biləcək uğurlu addımlardandır. Mənzil qiymətlərinin getdikcə bahalaşdığını nəzərə alsaq, hazırda əldə olunacaq mənzilə xərcləyəcəyiniz pulu bir neçə il sonra ikiqat şəkildə geri ala bilərsiniz. 

Kriptovalyuta bazarı

Bildiyiniz kimi, son illərdə kriptovalyuta bazarı kifayət qədər populyarlaşıb. Bitcoin və Ethereum kimi bazarın nəhəng adları ilə yanaşı, minlərlə altkoin bazar həcminin artmasına şərait yaratdı. Ancaq unutmaq olmaz ki, sözügedən bazarın qazananları olduğu kimi qurbanları da az deyil. Buna görə də ilkin mərhələdə kriptovalyuta bazarını araşdırıb daha sonra qoşulmaq tövsiyə edilir.

Dizayn bacarıqları olanlar üçün pul qazanmağın yolları

Günümüzdə dünyanın bir tərəfindən digər ucundakı insanlarla ünsiyyət yaratmaq mümkün olduğu kimi, pul qazanmaq imkanları da əlçatandır. Beləliklə, onlayn şəkildə dizayn bacarıqlarınızı tətbiq edərək müəllifi olacağınız bir çox işlər sayəsində gəlirinizi artıra bilərsiniz. Gəlin, ətraflı tanış olaq.

Geyim, ayaqqabı, çanta və s. dizayn edərək

Yaradıcılıq qabiliyyəti yüksək olan şəxslərdənsinizsə, müxtəlif saytlar vasitəsi ilə öz xəyal gücünüzü geyimlərin, ayaqqabı, çanta və ya digər məhsulların üzərinə köçürə bilərsiniz. Fərqliliyi sevənlər üçün bu cür dizayna sahib məhsullar unikal hesab olunur ki, onlar bu halda böyük miqdarda məbləğlər ödəyir. Bu kimi işlərinizi həm də sosial media hesablarınız vasitəsi ilə də nümayiş etdirə bilərsiniz. Ancaq təyinatı üzrə hazırda fəaliyyət göstərən bir çox saytlarda həm dizaynlarınızı hazırlayıb, sata bilərsiniz. Bu kimi saytlara ThreadTrove.com, ChicCanvas.com, VivaVestures.com, CoutureCanvas.com, StyleSphere.com, ModishMingle.com, TailoredThread.com və s. misal göstərmək olar.

Qrafik dizaynla məşğul olmaq

Qrafik dizayn bacarıqları zamanla müxtəlif proqramlarda işləyərək inkişaf etdirilə bilən istiqamətlərdəndir. Müasir dövrdə bu yöndə olan sonsuz sayda frilans işlər mövcuddur. Canva, Photoshop, Corel Draw və s. kimi proqramlarda işləməyi öyrənərək ölkədaxili və ya xarici iş elanlarına müraciət edə bilərsiniz. Qarşı tərəfin sizin əl işlərinizi görmək istəyəcəyinizi nəzərə alaraq, özünüz üçün portfolyo yaratmağı unutmayın. Əlavə olaraq qeyd edək ki, Motion Dizaynerlik də məsafədən işləyə bilmək şərtlərinə uyğun gələn sahələrdəndir. Bu istiqamət üzrə də özünüzü inkişaf etdirib, gəlirlərinizi artıra bilərsiniz.

Özəl məhsullar hazırlamaq

Tarix boyu insanlar tərəfindən onlara qarşı atılan xüsusi addımlar, hədiyyələr, geyimlər və s. yüksək qiymətləndirilib. Beləliklə, siz öz bacarıqlarınıza uyğun geyimlər, əşyalar və s. hazırlayaraq satışa çıxara bilərsiniz. Məşhur “Parfumer” serialında insanları öldürərək onların dərisindən bənzərsiz qoxuya sahib ətir hazırlayan cinayətkara dedektiv “İnsanlar onları heçvaxt atmadıqları addımlara təşviq edən ətiri niyə almağa belə maraqlıdılar?” sualını ünvanlayanda cinayətkar bu cür cavab verir. “Kim sevilmək istəməzki?”. Odur ki, bu istiqamətdən yola başlayaraq insanların ən çox sevdiyi məhsullara üstünlük verib bank hesabınızdakı rəqəmlərin sayını artırmağınız mümkündür.

Ticarət etməyi sevənlər üçün pul qazanmağın yolları

Müxtəlif əl qabiliyyətinin, bacarıqlarının olması bəzən pul qazanmaq üçün kifayət etmir. Bunun üçün satış bacarıqlarına və ya siyasətinə sahib olmaq yaxud bunu inkişaf etdirmək də vacibdir. 

Affiliate marketinq vasitəsi ilə satış etmək

Günümüzdə onlayn alış-verişin populyarlaşdığı dövrdə affiliate marketinq internetdə ən məşhur pul qazanmaq üsullarından birinə çevrildi. Əməliyyatlar satıcı, satış ortağı və müştərilər arasında baş verir. Belə ki, məhsulun sahibi reklam və marketinq xərclərindən xilas olduğu halda, satış ortağı müvafiq məhsulu reklam edərək pul qazanır. Müştərilər isə bu sistem sayəsində endirim və kampaniyalardan yararlanmaq şansı qazanır. Bu işlə məşğul olmaq istəyənlər fəaliyyətə bloq açmaqla başlaya bilər. İlk olaraq reklam etmək istədiyiniz məhsulları, xidmətləri, ümumilikdə istiqaməti müəyyənləşdirin. Daha sonra isə bu istiqamətdə bloq açaraq, oxucuların diqqətini çəkəcək məzmunlar yaratmağa başlayın.

Dropshipping

Dropshipping pul xərcləmədən gəlir qazana biləcəyiniz ticarət sistemidir. Belə ki, topdansatışçılardan ucuz qiymətə aldığınız məhsulları öz saytınızda və ya hərrac saytlarında baha qiymətə sataraq, qazanc əldə edirsiniz. Bu ticarət sisteminə qoşularkən hər hansısa məhsulları alıb özünüzə baza yaratmaq tələb olunmur. Yəni satacağınız məhsul üçün öncədən depozit tələb edilmir. Bir növ vasitəçi rolunu oynayırsınız. Dropshipping şirkətinin məhsul kataloqundan bəyəndiyiniz məhsulu saytınıza əlavə edərək, qiymət təyin edirsiniz. Müştəri müvafiq məhsulu sifariş verdikdən sonra şirkətə topdansatış qiymətini ödəyərək müştərinin ünvanını əlavə edirsiniz. Şirkət satılan məhsulu müştəriyə göndərir ki, siz isə öz növbənizdə bu satış faizinizi qazanırsınız.

İkinci əl əşyaları satmaq

İstifadə etmədiyiniz geyimləri, kitabları, aksesuarları, əşyaları və s. müxtəlif saytlara yerləşdirərək onları qazanc mənbəyinə çevirə bilərsiniz. Bunun üçün müvafiq məhsulların keyfiyyətli şəkillərini çəkmək, onlar haqqında ətraflı məlumat vermək kifayətdir. Əgər satışlarınız ölkədaxili olacaqsa pulsuz kuryer xidməti təklif edərək satışınızı artıra bilərsiniz. Gardrops, ModaCruz, Tap.az, Lalafo, Trendyol və s. kimi saytlar bu kimi işlərdə köməyinizə çatacaq. 

Yazmağı sevənlər üçün pul qazanmağın yolları

Deyirlər bütün insanlar dünyaya özünəməxsus bacarıqları ilə birgə göz açır. Az yaşlardan bu kimi qabiliyyətlərini kəşf edənlər öz karyera yoluna elə buradan başlayır. Bəzilərimiz isə sonradan bunun fərqinə varırıq. Yazı qabiliyyəti olan şəxslər üçün isə zamanın və məkanın fərqi yoxdur. İstənilən situasiyada onlara sadəcə bir kompüter və ya smartfon kifayət edir ki, öz qabiliyyətlərini okeanın o tayına belə nümayiş etdirə bilsinlər. Gəlin, pul qazanmağı düşüncələrin məhsulu ilə qazanmağın yollarına birgə nəzər salaq.

Bloq açmaq

Əgər müxtəlif mövzularda yazmaq bacarıqlarınızın olduğunu düşünürsünüzsə vaxt itirmədən bloq səhifə açmağınız mütləqdir. Burada müəllifi olduğunuz məqalələri yayımlayaraq özünüzə oxucu kütləsi toplamağınız mümkündür. Yazıları hazırlayarkən isə Google-nin axtarış sisteminə, mövzular üzrə ən çox axtarılan axtarış sözlərinə uyğunlaşdırmaq mütləqdir. Bloqunuzda müxtəliflər reklamlar yerləşdirərək və ya digər təklifləri dəyərləndirərək pul qazana bilərsiniz.

Frilans şəkildə məqalələr yazmaq

Yazı qabiliyyətiniz varsa frilans şəkildə müxtəlif şirkətlər, sahibkarlar və s. üçün məqalələr hazırlayıb təqdim edə bilərsiniz. Upwork, Fiverr, Freelancer, Bionluk və s. kimi saytlarda qiymət təklifinizi qeyd edərək buna uyğun məqalə sifarişləri götürün.

Tərcümə etmək

Bildiyiniz xarici dillər üzrə müxtəlif məqalələri tərcümə edərək, bu qabiliyyətinizi pula çevirin. Upwork, Fiverr, TranslatorsCafe, Translate.com və s. kimi saytlar bu istiqamətdə dəyərləndirə biləcəyiniz platformalardandır.

Müsabiqələr, yarışlar üçün sualların tərtibi

Müxtəlif mövzularda orjinal suallar hazırlayaraq bunu onlinetestmaker.net, sorusat.com, cubics.technology və s. kimi saytlarda sata bilərsiniz.

Sosial medianı aktiv istifadə edənlər üçün pul qazanmağın yolları

Günümüzdə sosial mediadan istifadə səviyyəsi inanılmaz dərəcədə yüksəkdir. Instagram, Facebook, Linkedin, Tiktok, Youtube və s. kimi platformalar vasitəsi ilə müxtəlif məhsulları sata yaxud insanlara öz xidmətlərinizi təklif edə bilərsiniz. Buraya hansısa məhsulların, məkanların, qidaların sadəcə vizaul, video vasitəsi ilə reklamından tutmuş, podkast yayımına, canlı video paylaşımına qədər bütün paylaşım formaları daxildir. Özünüz üçün bir istiqamət seçib oradan yola çıxa bilərsiniz.

Yuxarıda sadalananlarla yanaşı pul qazanmağın saysız üsulları vardır desək yanılmarıq. Bu sizin kreativliyinizə, bacarıqlarınıza, bəzən bazarı düzgün qiymətləndirməyinizə bağlıdır. Əgər ümumiyyətlə heç bir fəaliyyətlə məşğul olmadan pul qazanmaq istəyirsinizsə bu biraz işləri çətinləşdirir. Ancaq təbii ki, xəyalınız varsa onun ardınca getmək üçün axtarıb tapa biləcəyiniz ən azı bir yol mütləq var. 

Passiv gəlir əldə etməyin (pul qazanmağın yolları) hansı üsulları var?

Passiv şəkildə gəlir əldə etməyin bir çox yolları mövcuddur. Ancaq bu sizdən müəyyən qədər zaman, səbr və ilkin məbləğ tələb edir. Belə ki, başlanğıcda məbləğ yatırımı edərək gözləmə mövqeyinə keçməyiniz tələb olunur. Məsələn, müxtəlif banklara pul, zinət əşyaları və s. kimi əmanətlərinizi yerləşdirərək faiz gəlirləri əldə edə bilərsiniz. Gəlir faizi yerləşdirdiyiniz məbləğin miqdarından yaxud əşyanın dəyərlilik səviyyəsinə görə dəyişir. Ölkəmizdə fəaliyyət göstərən bütün banklar vətəndaşların əmanətlərini qəbul edir. Təbii ki, ən yüksək faiz gəliri vəd edən banka yönəlməyiniz sizin xeyrinizə olacaqdır. Eyni zamanda banklar haqqında araşdırma apararaq risk dərəcəsini də qiymətləndirməyiniz önəmlidir. Ümumi olaraq passiv gəlir qazanmaq formalarını sizilə paylaşırıq.

  • Banklara əmanət yerləşdirərək
  • Qiymətli kağızlar əldə edərək
  • Alış-veriş zamanı kəşbek vəd edən müxtəlif bank kartlarını əldə edərək
  • Müxtəlif mobil tətbiqlər yaradaraq
  • PDF materialları yaradaraq
  • Müəllifi olduğunuz şəkil və ya videoları sataraq
  • Dropshipping vasitəsi ilə
  • Evinizi, maşın və ya başqa əşyaları kirayə verərək
  • Sosial media hesablarınıza reklamlar qəbul edərək və s.

Passiv fəaliyyət fonunda gəlir əldə etmək üçün yuxarıda sadalanan və siyahıda olmayan yüzlərlə metod mövcuddur ki, vəziyyəti, real şərtləri düzgün dəyərləndirdikdə hədəflədiyiniz nəticələrə rahat şəkildə çata bilərsiniz. Bunun üçün cari zamana uyğun araşdırmalar aparmaq, ölkə üzrə şirkətlər barəsində, onların kampaniyaları haqqında, ümumilikdə elan edilən müxtəlif layihələri dəyərləndirmək və s. effektivdir. 

Nəticə

Son olaraq qeyd edək ki, daimi gəlir mənbəyini formalaşdırmaq üçün ilkin mərhələdə özünüinkişaf mütləqdir. İnkişaf etmək istədiyiniz hər hansısa peşəni seçərək, eyni zamanda, həmin istiqaməti müasir dövrün ən sevilən kəşflərindən biri olan uzaqdan işləmək versiyası ilə uyğunlaşdırmaq sizin üçün ən perspektivli addımlardan olacaqdır. Hazırda müxtəlif saytlar fəaliyyət göstərir ki, onların sayəsində yüzlərlə ixtisasa dair onlayn kurslardan yararlanaraq lazımi bilik və bacarıqları əldə edə bilərsiniz. Eyni zamanda müxtəlif xarici dilləri öyrənməyə çalışmaq da işlərinizi asanlaşdıracaq. Bütün bunlar pul qazanmağın yolları istiqamətində hədəflədiyiniz nəticələrə çatmağı təmin edəcək.

Həmçinin oxu – Uğurlu biznes qurmaq üçün hansı addımlar atılmalıdır?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button