Proqramlaşdırma dilləri hansılardır? Onlar haqqında geniş məlumat

Proqramlaşdırma dili nədir? Proqramlaşdırma dilləri müəyyən  bir problemi həll etmək üçün komputer dilindən istifadə edən və müxtəlif tapşırıqlar üçün hazırlanmış elektron cihazları bir birinə uyğun şəkildə yerinə yetirməyə imkan verən maşın əmrləri yaratmaq üçün istifadə olunan dillərdir. Əmri verən şəxsə proqramçı deyilir. 

Proqramlaşdırma dili proqramçı üçün bir alqoritmi ifadə etmək üçün nə istədiyini komputerə izah etmək üçün standart bir üsuldur.

Proqramlaşdırma dilləri proqram təminatına komputerin hansı məlumatları işləyəcəyini, məlumatların necə saxlanılacağını və ötürülməsini və hansı şərtlərdə hansı əməliyyatların aparılacağını izah etməyə imkan verir. 

Proqramlaşdırma dilləri  2020

İndiyə qədər 150-dən çox proqramlaşdırma dili hazırlanmışdır. Bunlardan bəziləri Paskal, Basic, Visual Basic, C, C#, C++, Java, Javascript, Cobol, Perl, PHP, Python, Ada, Fortran, Delphi və Swift, Go, R və s. 

Proqramlaşdırma dilləri 3 səviyyədə araşdırılır. 

  1. Yüksək səviyyəli Proqramlasdirma dilleri:

Söz danışıq dilinə yaxın olan proqramlaşdırma dillərinə yüksək səviyyəli proqramlaşdırma dilləri deyilir. Visual Basic, Paskal və s.dillər.

2. Aralıq dillər:

Maşın dilinə və ya danışıq dilinə çox yaxın olmayan dillərə aralıq səviyyəli proqramlaşdırma dilləri deyilir. C, C++(C plus), C#(C Sharp), Java və s.dilləri.

3. Aşağı səviyyəli dillər:

Aşağı səviyyəli dillər maşın dilinə yaxın olan proqramlaşdırma dilləridir. Aşağı səviyyəli proqramlaşdırma dillərindən adətən yüksək səviyyəli peşəkar proqramçılar istifadə edir. 

Bundan əlavə proqramlaşdırma dillərini 2 qrupa bölmək olar:

1.Prosedur proqramlaşdırma dilləri( Pascal, Basic). 

2.Obyekt yönümlü proqramlaşdırma dilləri(C++, Java, Smaltalk). 

Hər hansı proqramlaşdırma dilini istifadə etmək üçün lazım olan kompilyatordur. Kompilyator olduqdan sonra siz öz proqramınızın mətn redaktorunda (məsələn Notepad) yaza bilərsiniz. 

Bir birindən daha məhşur olan proqramlaşdırma dilləri çoxdur. 

Proqramlaşdırma dillərini bilməyiniz sizə iş tapmaqda da çox böyük kömək edər. 

Azərbaycanda developerlərin hansı proqramlaşdırma dilindən daha çox istifadə etdiyini öyrənmək üçün sorğu keçirilmişdir. 370 developer arasından yalnız 303-ü sonda verilən tapşırığı doğru yerinə yetirmişdir. 303 yerli developer arasında keçirilən sorğuya əsasən iştirakçıların 56%-i Javascriptdən istifadə edir. Həmin statiskaya əsasən developerlərin 51.8%-i PHP proqramlaşdırma dilindən istifadə edir. Sorğu iştirakçılarının 53%-i SQL-dən istifadə edir. Bu dil demək olar ki verilənlər bazasında işləmək üçün lazım olan köməkçi dildir. Azərbaycanda üçüncü proqramlaşdırma dili olaraq isə ən çox Java istifadə olunur. 

Keçirilən sorğuya əsasən proqramçılardan daha çox proqramlaşdırma dillərində web layihə yaratmaq tələb olunur. Müştərilərin istəklərinə əsasən Azərbaycanda tələb olunan proqramlaşdırma dilində 1ci yerdə 57.1%lə PHP-dir. Ən çox tələb olunanlar arasında Java da ön sıralarda gəlir. Azərbaycanda olan IT kurslarının çoxu Java proqramından dərs verir. 

Proqramlaşdırma dilləri - proqramlasdirma dili java
Java proqramlaşdırma dili

Azərbaycanda proqramçılar arasında sorğuya əsasən proqramçıların ən çox öyrənməyə maraqlı olduğu dillər Java və PHP-dir. 

Developerlərin maraq göstərdiyi digər dil isə Python-dur. Sorğu iştirakçılarının 38.9%-i bu dili öyrənmək istəyir. Sorğuda ən çox öyrənilməsi lazım olan dil Javadır. PHP göstəriciləri isə sorğuda aşağıdır. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button