Pr nədir?

Pr nədir?

Pr marketinq sahəsi ilə bağlı bir termindir. Pr ingiliscə “Public Relations” termininin qısaltmasıdır, yəni dilimizdə ictimaiyyətlə əlaqələr ifadəsi ilə eyni mənada işlənir. Ümumi olaraq, pr bir marka (brend) və ya biznesin ictimaiyyətdə tanınmasını, yaxşı mənada yayılmasını, imic qazanmasını təmin etmək məqsədilə həyata keçirilən fəaliyyətdir.

Pr və reklamın bizneslər üçün əhəmiyyəti. Pr ve reklam eyni anlayışlar deyil. Pr və reklam anlayışlarını eyniləşdirmək olmaz, lakin bunlar çox yaxın anlayışlardır və demək olar ki, eyni məqsədə istiqamətlənirlər.

Pr bizneslər üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, yaradılmaqda olan, eləcə də illərlə fəaliyyət göstərən şirkətlərin həm digər şirkətlər (həmçinin rəqib şirkətlər) arasında nüfuzunun artmasına, imicinin formalaşmasına, xidmətlərinin və həmin xidmətlərin (və ya məhsulların) güclü tərəflərinin təqdim olunmasına – ictimaiyyətdə rəğbət bəsləniləcək bir şirkət olaraq tanınmağa xidmət edən reklam/marketinq işlərinin əsasını təşkil edir.

Pr termininin yaranma tarixi

1900-cü ildən başlayaraq pr termini bəsit formada da olsa işlənməyə başladı. Ivy Lee adlı şəxs 1906-cı ildə bu termini dünya ədəbiyyatına daxil edə bildi. Qeyd etdiyimiz tarixlərdən etibarən artıq firmalar müştərilərə ünsiyyətə, ictimai münasibətlərə diqqət yetirməyə başladılar.

Pr və reklamın ferqi nedir? – Pr və reklam arasındakı fərqlər. Əgər reklamda birbaşa fərdlərə, kütləyə yönələn mesajlar verilirsə, pr-la bağlı işlərdə bu mesajların kütləyə birbaşa çatdırılmasına yox, dolayı yollarla kütlənin bu ünsiyyət prosesinin bir parçası olmasına diqqət edilir. Pr işləri reklamdan daha çox rəğbət və hörmət qazanmaqdadır. Bəzən insanlara elə gəlir ki, reklam işləri, ümumiyyətlə reklamlarda daha çox qabarıqlıq (qeyri-səmimilik) mövcuddur. Ancaq pr daha sağlam təməllər üzərində qurulur və burada maddi qazancdan daha çox müştərilərlə, kütlə ilə düzgün ünsiyyətin qurulması və yönləndirilməsi məqsədi yer tutur.

Əgər reklam işlərində maddi qazanc əldə etmək məqsədi rol oynayırsa, pr və ictimaiyyətlə əlaqələr fəaliyyəti xalq arasında daha çox danışılan, imic qazanan, rəğbətlə qarşılanan işlərə (uzun müddət xatırlanacaq) imza atmaqdır.

PR necə həyata keçirilir? PR ve ictimaiyyetle elaqeler vezifesi

Pr necə həyata keçirilir:

  • Effektiv xəbər dəyərində olan məlumatların yerləşdirildiyi (dərc olunan) – flayer, kitabça, jurnal və s. kimi vəsaitlərin yayılması
  • Qəzet, tv, eləcə də sosial şəbəkələr və s.-də elanlar, müxtəlif kontentlər
  • Sosial media kanallarından aktiv istifadə

Pr mütəxəssisləri qurumlar üçün ictimaiyyətlə əlaqələr prosesini ən yaxşı şəkildə təşkil etməyə və idarə etməyə müvəffəq olmalıdırlar. Onlar hər bir halda hər hansısa şirkətin, əməkdaşın (şəxsin, rəhbərin) və s. fəaliyyətini digital kanallarda və kütlənin qarşısında ən effektiv şəkildə çatdırmağa yönələn işləri həyata keçirirlər. Onlar kriz idarəsini də yaxşı bacarmalıdırlar. Qısacası, bir pr və ictimaiyyətlə əlaqələr mütəxəssisi bu və ya digər qurumun (şirkətin və s.) işlərini, məqsədlərini ən yaxşı şəkildə ifadə edən, ən kritik anlarda belə kütlənin müsbət reaksiyasını almağa çalışan (buna nail olan), müştərilərlə və digər insanlarla münasibətdə şirkətin manefələrini unutmadan imic formalaşdıra bilən bir mütəxəssis olmalıdır. Bu işdə insanlarla ünsiyyət, insan psixologiyasından xəbərdar olmaq, eyni zamanda bir o qədər səbirli və kriz anlarında idarəetməni düzgün həyata keçirə bilən biri olmaq çox vacibdir.

Təbii ki, pr-da da sosial medianın gücü əvəzsizdir. Sırf bununla əlaqədar müasir dövrümüzdə Digital PR adlanan anlayış da inkişaf etmişdir. Bu anlayış pr-la əlaqəli sırf internet üzərində görülən işlərin məcmusunu ifadə edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button