Overdraft nədir? Overdraft kreditin hansı üstünlükləri var?
Overdraft nədir? Overdraft kreditin hansı üstünlükləri var?
Müasir dövrdə insanların qarşılaşdıqları maliyyə çətinliklərini aradan qaldırmaq üçün bir çox üsullar mövcuddur. Müxtəlif maliyyə institutlarının, qurumlarının (banklar, bank olmayan kredit təşkilatları, lizinq şirkətləri və s.) həyata keçirdiyi kampaniyalar, təqdim etdiyi xidmətlər, məhsullar sayəsində maliyyə problemləri həll olunur. Buraya taksit, kredit kartlarını, güzəştli kredit kampaniyalarını və s. aid etmək olar. Banklar tərəfindən müştərilərə ayrılan kredit növləri hazırda bütün dünyada maliyyə ehtiyaclarının zamanında qarşılanması baxımdan uğurlu hesab olunan mənbələrdən biridir. Banklar tərəfindən təqdim olunan kredit növlərindən biri də “Overdraft”lardır.
Overdraft nədir?
Müştərilərin cari hesablarında kifayət qədər pul vəsaitinin olmadığı və ya ümumiyyətlə balansda vəsaitin mövcud olmadığı təqdirdə onlar üçün banklar tərəfindən qarşılıqlı razılaşma əsasında kredit məbləğinin təyin edilməsi təmin olunur. Müvafiq prosedur Overdraft olaraq adlandırılır. Overdraft kreditlərini debet plastik kart sahibi və ya overdraft kredit kart hesabı olan fiziki şəxslər əldə edə bilər. Daha açıq şəkildə desək, kart sahiblərinə balansda olan vəsaitdən əlavə pul xərcləmək şansı yaradılır. Bu qəfil yaranan əlavə xərclərdən qurtulmaq, kiçik biznes sahiblərinə yeni yatırımlar həyata keçirmək və s. üçün effektiv metodlardan biridir.
Overdraft üzrə əməliyyatlar
Overdraft nədir? Overdraft üzrə hansı əməliyyatlar həyata keçirilir?
İlk olaraq müvafiq banka yaxud kredit təşkilatına, xidməti təklif edən maliyyə qurumuna yaxınlaşaraq və ya mümkündürsə onlayn şəkildə overdraft xidmətinin aktivləşdirilməsi lazımdır. Daha sonra isə krediti təklif edən tənzimləyici qurum tərəfdən overdraft kredit məbləği üzrə maksimum hədd müəyyənləşdirilir. Kreditin limiti orta aylıq əməkhaqqı əsasında, müştərinin hesabları üzrə dövriyyəsindən asılı olaraq və ya bankın tətbiq etdiyi səviyyəyə uyğun müəyyən edilir. Adətən bir il müddətinə qüvvədə olur. Müddət bitdikdə isə müvafiq maliyyə qurumu ilə əlaqə saxlamaq lazımdır. Müvafiq məbləğin əldə olunması zamanı buna paralel olaraq, vəsaitin geri ödənilməsi prosesinin təyin olunmuş tarixlərə qədər həyata keçirilməsi tövsiyə olunur. Əks halda əldə olunan məbləğin üzərinə faiz dərəcələri tətbiq olunur. Bu isə əldə olunmuş vəsaitdən daha çox borcun ödənilməsinə gətirib çıxarır. Overdraft müştəri tərəfindən bir neçə dəfə, tam və ya qismən, təyin olunmuş müddət və məbləğ çərçivəsində istifadə oluna bilər.
Overdraft krediti ilə adi kreditin fərqi
Overdraft nədir? Overdraft krediti ilə adi kreditin fərqi nədir?
Overdraft kreditlərinin rəsmiləşdirilməsi nisbətən daha asan başa gəlir. Tətbiq olunan faiz dərəcələri isə digər kredit növləri ilə müqayisədə nisbətən yüksək olur. Əsas səbəblərdən biri olaraq isə, girovun olmaması fonunda kreditin ödənilməməsi riskinin aktuallığıdır.
- Bəzən bəzi banklar illik faizsiz overdraft kreditləri təklif edə bilir. Məsələn, Kapital Bankı misal çəkmək olar.
- Unibank ilk dəfə istifadə edən müştərilərinə komissiya tətbiq etmir.
- VTB Bank Azərbaycanda overdraft üzrə limit müştərinin tələbatını nəzərə almaqla fərdi qaydada müəyyənləşdirilir.
Bundan başqa, müştərinin hesabına daxil olan bütün məbləğlər borcun ödənilməsinə xərclənir. Bəzən overdraftdan istifadə üçün güzəşt müddəti verilir. Bu zaman müddətində isə bankın kredit siyasətindən asılı olaraq, kreditdən istifadəyə görə faiz tutulmaya bilər.
Overdraft krediti əldə etməyin üstünlükləri
Overdraft nədir? Overdraft krediti əldə etməyin hansı üstünlükləri var?
- Həm hüquqi şəxslər, fiziki şəxslər, həm də fərdi sahibkarlar üçün ən qısa zamanda zəruri olan vəsaiti əldə etmə imkanı
- Əməkhaqqı, kommunal və s. kimi xərclər üçün istifadə edilə bilməsi
- Rəsmiləşdirilmə prosesi olduqca asandır
- Girov tələbi yoxdur
- Faiz dərəcələri istifadə olunan günə və məbləğə uyğun hesablanır
- Borc avtomatik olaraq silinir və limitdən təkrar istifadə imkanı mümkündür
- Biznes sahiblərinə ehtiyac olan limit üçün müraciət imkanı
Overdraftın növləri
Overdraft nədir? Overdraftın hansı növləri var?
Overdraft ödənişləri ən çətin məqamlarda pul vəsaitlərinin əldə olunmasını təmin etməsi baxımdan əlverişlidir. Müxtəlif banklarda və ya kredit təşkilatlarında təklif formalarına görə overdraftların bir çox növləri mövcuddur.
Maaş əsasında ayrılan overdraft: Borcalanların kredit verən banklarda əmək haqqı hesabı varsa, o zaman onlar əmək haqqı məbləğinin iki və ya hətta üç misli limitinə uyğun overdraft krediti əldə edə bilər.
Əmanət hesabında əsasında ayrılan overdraft: Banklar tez-tez əməliyyatlar aparan aktiv əmanət hesabları olan müştərilər üçün overdraft kreditlərini əldə etmək şansı yaradır.
Kapital əsasında ayrılan overdraft: Borcalan müvafiq kapitalı girov obyekti olaraq təqdim edərək, overdraft vəsaitini əldə edə bilər. Ancaq vacib məqamlardan biri budur ki, overdraft səviyyəsi həmin səhmlərin bazar dəyərindən xeyli aşağı olur.
Ev sahibləri üçün ayrılan overdraft: Ev sahibləri mülk dəyərinin 40-50%-nə qədər pul vəsaitini əldə edə bilərlər.
Depozit əsasında ayrılan overdraft: Borcalan müddətli depozitin müəyyən faizi qədər overdraft krediti əldə edə bilər. Ümumiyyətlə, bu cür kreditlər üzrə faiz dərəcəsi müddətli əmanətlər üzrə investisiya gəlirindən 2% yüksəkdir.
Limitli və limitsiz overdraft : Müştərilər öncədən bankla overdraft kredit məbləğinin razılaşdırılmış məbləğdə yəni limitli, yaxud bunun əksinə olaraq limitsiz məbləğdə əldə olunmasına nail ola bilərlər.
İnkassasiya əsasında ayrılan overdraft : Stabil gəliri və bank hesabına müntəzəm olaraq pul yatırılan müəssisələrə verilir.
Yuxarıda sadalananlarla yanaşı overdraft kreditlərin müxtəlif növləri tətbiq oluna bilər ki, bu isə banklardan və ya kredit təşkilatlarının, maliyyə qurumlarının siyasətindən asılı olaraq dəyişə bilər. Adətən şirkətlər overdraft xidməti üzrə təklifləri barədə məlumatları müntəzəm olaraq rəsmi saytlarda və ya sosial media hesablarında paylaşırlar.
Azərbaycanda hansı banklardan overdraft krediti əldə etmək olar?
Overdraft nədir? Overdraft kreditin hansı üstünlükləri var?
Ölkəmizdə fəaliyyət göstərən banklar müxtəlif şərtlər daxilində müştərilərə overdraft kredit məhsulunu təqdim edirlər.
- Access Bank
- Azərbaycan Sənaye Bankı
- Bank of Baku
- Kapital Bank
- Unibank
- Paşa Bank
- Rabitəbank
- Turanbank
- VTB Bank Azərbaycan
- Yelobank
- Ziraatbank Azərbaycan
Bankların overdraft krediti üzrə şərtləri
- Qeydiyyat
- Əmək stajında fasilələrin mövcudluğu
- Bank tərəfindən işlədiyiniz müəssisəyə xidmət göstərilməsi
- Borcalanın digər kreditlərinin olub-olmaması və s.
Nəticə (Overdraft nədir?)
Son olaraq qeyd edək ki, ölkəmizdə müştərilərə müxtəlif maliyyə təşkilatları tərəfindən rəsmi qanunvericiliyin tələblərini pozmadan, overdraft kreditlərinin əldə olunması üçün münbit şərait yaradılır. Overdraftlar haqqında qanunvericilik tənzimləmələri isə “Aktivlərin təsnifləşdirilməsi və zərərin Ödənilməsi üçün ehtiyatların yaradılması Qaydalarında” öz əksini tapır. Nəzərə almaq lazımdır ki, istənilən halda maddi vəsaitlərə ehtiyac yarandığı halda bu kimi məhsullardan yararlanmaq faydalıdır. Məsələn, müxtəlif biznes sahibləri, hüquqi və ya fiziki şəxslər üçün müvafiq məbləğin əldə olunması mövcud çətinlikləri ən qısa zamanda aradan qaldırmağa yaxud yeni layihələrin həyata keçirilməsini stimullaşdırmağa kömək edir. İlkin məqamda müxtəlif maliyyə təşkilatlarının təklif etdiyi kredit məhsulunu araşdırmalı, şərtlərlə tanış olunmalı, daha sonra əldə etmək daha məqsədəuyğundur.
Həmçinin oxu – Merçendayzer nədir?