Napoleon Bonapart Kimdir? ✅

Napoleon Bonapart 1769 cu il 15 avqustda İtaliya əsilli kiçik soylu bir ailənin uşağı olaraq Korsika da anadan olub. Vəkil Karlo Bonabartın və Letizia Ramolinonun 8 uşağından ikincisidir.1779 cu ildə Fransada Brinne hərbi məktəbə pulsuz olaraq başladı. Riyaziyyatfakı uğuru sayəsində 1784 cü ildə Parisdəli hərbi akademiyaya qəbul edildi. Buradan 1785ci ildə topçu zabiti olaraq məzun oldu. 

1789 cu ildə Fransada kı inqilabı dəstəklədi və doğum yeri Korsikaya yayılmasına çalışdı. Napoleon Bonapart 1793 Tulon Qiyamında əskər olaraq ön plana çıxdı. Bununla da tarix səhnəsinə çıxdı demək olar. 

Napoleon 1796 cı ildə İtaliyada Fransa ordusuna başkomandir oldu. 

Güclü iradəyə sahib olan Napoleon 1799 cu ildə Fransada dövlət çevrilişinə cəhd edir və uğurlu olur. Və birinci konsul olur. Beləliklə Napoleon Bonapart bütün ölkədə hakimiyyəti ələ keçirir. Ölkə də diktatura rejimi hökm sürür. Yaranmış əlverişli şəraitdən istifadə edən səmərəli istifadə edən diktatora çevrilən Napoleon dövlət idarəçiliyini kökündən dəyişir. Vətəndaş hüququ, kəndlinin şəxsi torpaq hüququ, emiqrantların və kilsənin müsadirə olunmuş müsadirə olunmuş mülklərini satın alanların hüququnun təminatçısı kimi çıxış edərək 1804 cü ildə vətəndaş məcəlləsini təsis etməklə hakimiyyətini daha da möhkəmləndirir. İnzibati idarəçilikdə islahatlar həyata keçirərək şəhər və kəndlərə merlər təyin edir. Daxili və xarici siyasətdəki uğurlar 1802 ci ildə Napoleon Bonaparta xalq səsverməsi yolu ilə ömürlük konsul olmaq üçün imkan yaradır. 1804cü il mayın 18-də Napoleon Bonapart özünü imperator elan edir. Bu dövr də Fransa Avropada ən güclü dövlətlərdən birinə çevrilir. 

Napolion Bonapart Kimdir və onun haqqında daha ətraflı…

Lüğətində ” məğlubiyyət” olmayan Napoleon dəniz rəqabətində Böyük Britaniyaya uduzub, məğlubiyyətin acılığını dadır. Bundan sonra 1812ci ildə Rusiya ya məğlub olması onun qurduğu imperiyanın süqutunu tezləşdirir. 

Fransa əleyhinə olan müttəfiqlər Parisdə Napoleonu taxtdan əl çəkməyə məcbur edir və Elba adasına sürgün edirlər. Lakin Napaleon buradan qaçaraq 1815ci ildə hakimiyyəti ələ alır. Ancaq 1815 ci ildə yenidən müttəfiqlərə Vaterloo döyüşündə məğlub olub Müqəddəs Yelena adasına sürgün edilir. 

Ölümündən 20 il sonra Napoleon Bonapartın cəsədi 1840 cı ildə ekshüma siya olunanaraq Fransaya gətirilib və özü tərəfindən tikilmiş, amma sağlığında altında keçə bilmədiyi Paris Zəfər Tağından keçirilməklə Əlillər meydanında sarkofaqda dəfn edilib. 

Napoleon Bonapart kimdir

Napoleon Bonapart Avropada işğalçı yürüşlərə 1805ci ildə başlayır. Apardığı uğurlu müharibələrdən sonra qısa zaman ərzində Fransanı qitə də əsas ölkəyə çevirir. Dünya fatehi sayılan Napaleona tabe olmayan arasında Dumanlı Albion, şərqdə isə Rusiya qalmışdı. 

Napoleon Bonapart çox ağıllı, güclü yaddaşa sahib biri idi. O nadir hallarda gülürdü. Napaleon özünü insanlara sevdirməyi bacarırdı,xalq ona qulaq asmağı bacarırdı. 

➡️ Napoleon Bonapart haqqında melumat və tarixi faktlar. 

Moda xətrinə pençək qoluna vurulan 3 düymə Napaleon Bonapartın adı ilə bağlıdır. Bunun maraqlı tarixçəsi var: Soyuqlamış əsgərlər burunlarını qollarına silməsinlər deyə imperator onların hərbi geyimlərinin qoluna düymələrin tikilməsini əmr etmişdir. 

Napaleonun apardığı döyüşlərdə bir çox əsgərlər dişlərini itirdilər. O zaman stomotoloqlar olmadığına görə adi bərbərlər bu vəzifəni öz üzərlərinə götürərək ölmüş əsgərlərin çənə sümüklərini götürür, yaralı əsgərlərdə çənəni əvəzləmək üçün əməliyyat aparırdılar. O zamandan da ” Vaterloo dişləri” adlı bir anlayış yarandı. 

➡️ Napoleon Bonaparta aid sitatlar. 

  • Əmir vermək qədər asan şey yoxdur. Vacib olan, verilən əmrin yerinə yetirilməsini təmin etməkdir. 
  • Ölüm heçbir şeydir amma məğlub və şərəfsiz yaşamaq hərgün ölməkdir. 
  • İnsan, haqlarından daha çox istəkləri üçün vuruşur. 
  • Döyüşüb ölmək qəhramanların, intihar etmək qorxaqların imtiyazıdır. 
  • Zəfər;müharibə də qovalayan, sevgidə isə qaçan kişinindir. 
  • Mənə türklərdən ibarət bir ordu verin, dünyanı əsir alım. 
  • Bir cəmiyyətin inkişafını görmək üçün əvvəlcə o cəmiyyətdəki qadınlara baxın
  • Hər qələbədən sonra peşmanlıq hiss edilir. Peşmanlıq hiss edilməyən tək qələbə cahilliyi məğlub etməkdir. 
  • Səninlə eyni fikirdə olmadıqlarını söyləyənlərdən qorxma, səninlə eyni fikirdə olmayıb, bunu söyləməyə cəsarət etməyənlərdən qorx.
  • Dünya çox əziyyət çəkir. Amma pis insanların şiddətindən deyil, yaxşı insanların səssizliyindən. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button