Kimdir?

Mevlana kimdir?

Mevlana adı heçbirimizə yad deyil. Həyatını tam olaraq bilməsəkdə şeirlərini, sözlərini yaxşı bilirik. 

Mövlana və yaxud da tam adı ilə Mövlana Cəlaləddin Rumi 30 sentyabr 1207ci ildə dünyaya gəlib, 17 dekabr 1273 – cü ildə 66 yaşında vəfat etmişdir. Mövlana, şeirləri 13-cü yüzillikdən bugünə kimi gələn ən önəmli şairlər arasında yer alır. Əsərlərinin tərcüməsi isə xüsusilə Azərbaycan, Türkiyə, ABŞ, Cənubi Asiyada geniş yayılaraq oxunur. 

Mevlana kimdir? Mevlana haqqinda

Mevlana, din alimi, fəlsəfəçi, dözümlülük simvolu kimi qəbul edilən elm insanıdır. Konyaya gəldiklərində hələ 11 yaşında idi. Ancaq yaşıdları kimi 11 yaşında bilgidən yoxsul deyildi.  Atasının üzərinə düşməsi, onun yaşına görə bilgili olmağına səbəb olmuşdur. 

Anası Bəlx əmiri Rüknəddinin qızı Möminə Xatun ;nənəsi Xarəzmşahlar xanədanlığından Fars şahzadəsi Məlikə – i Cihan Emetullah Sultandır. 

Atası “alimlərin sultanı”  adı ilə tanınmış, Məhəmməd Bahəddin Veled: babası Əhməd Xətib oğlu Hüseyn Xətibidir. Atasına Sultanül Üləma ( alimlərin sultanı) adının verilməsini qaynaqlar Türk ənənəsi ilə açıqlayırlar. 

Reklama klikləyin.

Etnik mənsubiyyəti mübahisəli olub, Fars, Tacik və ya Türk olduğu istiqamətində fikirlər var. 

Atası vəfat etdikdən sonra 24 yaşında akademiyada dərs demişdir. Əsərlərinin çoxu fars dilində yazılmışdır. Çox nadir olan əsərlərinin bir hissəsini Türkcə, Rumca, Ərəbcə yazmışdır. 

Mevlananın həyatı

Elm insanı olaraq həyatınında böyük dəyişimlərə hər zaman icazə verən  Mevlana üçün dönüş nöqtəsi Şəms Təbrizi ilə görüşməyi olmuşdur. Vəfat etdiyi 1273-cü ilə qədər Şəms ilə olan duyğularını hər zaman dilləndirmiş, elminin çoxunun ona borclu olduğunu dilə gətirmişdir. 

Eyni zamanda dərindən üzüntü hiss edən Mevlana, Şəms ilə daha çox vaxt keçirə bilmədiyinə görə hər zaman şikayətlənmişdir.

Mevlana Şəmsin ölümündən sonra uzun illər hərkəsdən uzaq qapalı həyat yaşadı. Özünü insanlardan təcrid elədi. Sonra kı illərdə Səlahəddin Zərkubi və Hüsaməddin Çələbi Şəms Təbrizinin yerini doldurmağa çalışdı. 

Mevlana yazdığı Məsnəvi adlı əsərində öz adını Məhəmməd ibn Muhammed bin Hüseyn el – Belhi şəklində verilmişdir. Burada yer alan Məhəmməd adı atasının, babasının adı, Belxi isə  doğulduğu şəhər olan Bəlxə nisbətdir. Ləqəbi isə Cəlaləddindir. “Əfəndimiz” mənasındakı “Mövlana” adı onu ucaltmaq məqsədi ilə söylənilmişdir. Digər ləqəbi olan “Xudavəndigar” isə Mevlanaya atası tərəfindən verilmişdir və “sultan” mənasına gəlməkdədir. Mevlana doğulduğu kəndə görə Bəlxi şəklində anıldığı kimi, həyatını davam etdirdiyi Anadoluya görə Rumi də deyilir. 

Cəlaləddin Ruminin rəbbinə olan bağlılığı ələ alınaraq rəbbinə duyduğu sevgi ilə ön plana çıxmışdır. 

Onu və düşüncələrini bir formaya salmaq, məhdudiyyət qoymaq, məhdudiyyət qoymaq, müəyyən hissəyə salmaq səhv olur. Çünki özü 66 illik həyatı boyunca Müsəlmandan Qeyrimüsəlman hər kəsə toxunabilmiş,kim olursa olsun hər kəsi qucaqlayan bir insandır. 

Belə ki əsərləri onlarca dilə çevrilmiş, arxasında buraxdığı səma ənənəsi UNESCO İnsanlığın Qeyri-maddi Mədəni irs nümayəndəliyi siyahısına girmiş və hər il edilən Şəbi-i Arus mərasimləri universal bir ölçü qazandı. 

Mevlanaya görə sevgi

Mevlanaya görə sevgi, bizim bildiyimiz mənada dünyəvi bir sevgi deyildir,sadəcə ilahi sevgidir.  Ondan başqasına aşiq olmaq sadəcə keçici bir həvəsdir. Tanrı dünyanı sevgiyə görə yaratmışdır ona görə də hərşeyin təməlində sevgi vardır. Mevlanaya görə həqiqi sevgi qarşılığı olmayan sevgidir. 

Sevgiyə görə paltarı yırtılan, əsəbdən və ayıbdan təmizləndiyini, sevginin bütün xəstəlimlərin həkimi, kibir və əzəmətin dərmanı olduğunu, torpaqdan yaradılan bədənin sevgi ilə ucaldığını söyləyən Mevlana :insanların hirs tamah, kibir, qısqanclıq və kin kimi pis xasiyyətlərdən ancaq İlahi sevgi ilə təmizləndiyini qeyd etmək istər. Cəmiyyətdə İlahi sevgi ilə mənəvi alemi tanıyanlar çoxluq olarsa axsaqlıqlar düzələr, sakitlik hakim olar. 

    Sevənlər en sonda bir yerdə görüşməzlər. Onlar ən başından bəri bir birilərinin içindələr. 

  • Mevlana

Mevlananın düşüncələrini və özündən sonra gələn Mevləlilik təriqətinin əsas aldığı inanc sistemi Təsəvvüf inancıdır. Təsəvvüf üçün mistisizmin İslamda qarşımıza çıxan xəyali deyə bilərik. Təsəvvüf inancına görə büten canlılat yaradanın surətidir,ondan bir parçadır. Kainatda olan bütün şeylər onun yansımasıdır. Allahdan başqa yaradan yoxdur, o əzəli və əbədidir,insan da Allahdan gəlmişdir və yenədə oma dönəcəkdir. Təsəvvüf inancı bu mütləq gerçəyə görə bir həyat sürdürməyi gərəktirir və üç təməl düşüncəyə dayanır:Zikr, səbr və şükür. 

Mevlana üçün yaşamağın əsil məqsədi yaradılışın təməli olan Tanrıya çatmaqdır. Ona görə də həyat, ilahi olanın bir parçasıdır və hər zaman ona geri dönməyə çalışır. 

Mevlanaya görə, Allah öz sənət və sifətini göstərmək istəyincə dünyayı, öz şəxsini göstərmək istəyincə Adəmi yaratmış. Ona görə də hər insan yaradanın bir parçasıdır və dəyərlidir. Mevlanaya görə, insan nöqsan bir varlıq olduğu üçün səhv edə bilər. Əsas olan səhvi qəbul edib, peşman olmaq və doğru yola yönəlməkdir. 

Bir günah işlədiyində həmən tövbə et
İnsan suya düşdüyü üçün deyil
Sudan çıxa bilmədiyi üçün boğulur.Mevlana 

Mevlanaya görə ölüm pis bir şey deyildir,bir sonda deyildir. Onun üçün ölüm, yenidən doğma və gerçək olmaqdır. Ruhun əsil çıxdığı yer olan Tanrıya qavuşmasıdır. O, Allahı,ona qovuşacağı günü səbirsizliklə gözləyən bir sevgili yerinə qoyar. Hətta ölümündən sonra, müridləri tərəfindən ölüm günü Şebi-Arus yəni Toy gecəsi olaraq anılmağa başlar. 

Ölüm günüm düğün günümdür. – Mevlana 

Mevlananın əsərləri

Mevlananın ən önəmli əsəri 1268-ci ildə tamamladığı Məsnəvisidir. Təxminən 4 ildə katibi, dostu və sirdaşı Çələbi Husaməddin tərəfindən farsca olaraq qələmə alınan Mesnevi, əslində klassik doğu ədəbiyyatında, kəndinə xas bir nəzm şəkli olan bir şeir növünün ümumi adı. 

Mevlananın digər əsərləri özünün müxtəlif mövzularda söylədiyi şeirlərin toplusu Divan-ı Kebir yəni ” Böyük Dəftər”-dir.

Başqa Səlcuq hökmdarlarına dövrün aparıcı şəxslərinə nəsihət üçün, ondan soruşulan dini və elmi mövzularda amıqlayıcı bilgilər vermək üçün 147 ədəd məktubdan yaranan Mektubat

Mevlananın müxtəlif məclislərdə etdikləri söhbətlərin, oğlu Sultan Vələd tərəfindən toplanması ilə meydana gətirilmiş, cənnət və cəhənnəm, dünya və axirət, mürşid və mürid, sevgi və səma kimi mövzuların olduğu Fihi ma Fih

Adından da aydın olduğu kimi Mevlananın Yeddi Meclisinin, Yeddi Xütbəsinin qeyd edilməsindən meydana gəlmiş olan Meclisi-i Seba (Yeddi Məclis). 

Həyatını “Xamdım, Bişdim, Yandım”  sözləri ilə özətləyən Mevlana 17 dekabr 1273-cü ildə Bazar günü rəhmətə getdi. 

Mevlana ölüm gününü yenidən doğuş günü olaraq qəbul edirdi. O öldüyü zaman sevdiyinə yəni Allahına qovuşacaqdı.

  Mevlananın 7 nəsihəti 

  • Cömərdlik və yardımsevərlil mövzusunda axar su kimi ol
  • Şəfqət və mərhəmətdə günəş kimi ol
  • Başqalarının günahını örtməkdə gecə kimi ol
  • Hidt və əsəbdə ölü kimi ol
  • Təvazökarlıq və alçaqkönüllülükdə torpaq kimi ol
  • Dözümlülkdə dəniz kimi ol
  • Ya olduğun kimi görün, ya da göründüyün kimi ol.

Dopinqçi

Devdoping.az saytı üçün bütün maraqlı məlumatları sizlər üçün axtarıb, araşdırıb yeni məqalə halına salaraq paylaşırıq. Əgər yazılar sizin üçün faydalı oldusa rəy yazaraq fikirlərinizi bildirə bilərsiniz.

Əlaqəli mövzular

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button