Motivasiya

Hər gün bir qurbağa yeməliyik.

Məşhur yazar Mark Twain‘ə görə hər səhər bir qurbağanı yemək çox faydalıdır çünki, bu gün ərzində başımıza gələcək ən pis şey o olacaqdır. Əslində bu deyim günümüzü daha faydalı etmək üçündür.

Burada yeməli olduğumuz qurbağa, o gün içərisində etməli olduğumuz ən çətin, zəhlətökən, etməmək üçün minlərlə bəhanə tapa biləcəyimiz işdir. Mütəxəssislərə görə ilk öncə çətin işlə başlamaq, enerjimiz yerində olarkən onu tamamlamağa və gün ərzində “təxirə salma” problemi yaşamağımıza əngəl olacaqdır. Mark Twain tövsiyyəsinə belə davam etmişdir: ”Əgər yeməli olduğunuz iki qurbağa varsa böyük olanla başlayın.

Əgər işin qurbağa yeəkdirsə, ən yaxşı vaxt onu səhər etməkdir. Əgər işin iki qurbağa yeməkdirsə, ilk olaraq ən böyüyündən başlamalısan.

Mark Twain

turkiyedetehsil.biz

Bu səhər qurbağanı yedinizmi yoxsa hələ də tullanmağını izləyirsiniz?

Bu mövzu izləyicimiz Abutalıb Həsənov tərəfindən göndərilib. Təşəkkürlər.

Daha çox motivasiya edici sözlər üçün bu səhifəyə göz atın: https://devdoping.az/motivasiya-edici-statuslar/

Əlaqəli məqalə

17 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button