İdeyadan Məqsədə doğru

Hər gün minlərlə fikir, ideya beynimizdən keçir və biz onları tutub “saxlamadığımız” üçün başqa beyinlərin qonağı olaraq həm ideyaları, həm də məqsədləri olurlar. Mövzunu iki hissəyə bölüb aydınlaşdırmağa çalışaq.
1. ideya və onun yarandığı “ocaq” haqqında
2. onu məqsədimizə çevirmək haqqında
.

Beynimiz bir idea mühərrikidir. İlk  olaraq bu mühərrikin qayğısına qalmalı, işləməsinə və düzgün idealarla bizi hərəkətə keçirməsinə diqqət etməliyik. Məlum olduğu kimi beyin yeniliklərin vurğundur. Monotonluqla arası o qədər də yaxşı deyil. İnkişaf üçün dəyişikliklər, yeniliklər lazımdır. ”Bütün inkişaflar komfort zonadan kənarda baş verir” fikri heç də təsadüfi deyil. Ona görə əksərən bəzi “motivatorlar” hamını karantindən çıxmağa səsləyirmiş kimi “komfortdan kənara” səsləyirlər. Lakin burada diqqət yetirilməli məqamlar var ki , bəzən onlar görməzlikdən gəlinir. Çoxumuz yəqin ki, “The Shawshank Redemption” filmini izləmişik. Adını unutduğum yaşlı adam uzun sürən məhbus həyatından sonra əfv olunur və azadlığına  qovuşur.İllərdir təzyiq altında yaşayan qocanın azadlığı onun üçün illərdir arzusunda olduğu yeni bir zona idi. Lakin rejissor incə məqamı göstərir-azadlığıyla,y eni zona ilə barışa bilmir və həyatına qəsd edir. Şəxsi inkişafda da eyni proseslə qarşılaşa bilirik. Komfort zonamızı tərk edərək yeni zonaya düşürük və bu zaman inkişafımızı düşündüymüz zaman, əksi baş verir. Deməli,komfort zonamızı tərk edərkən növbəti mühit üçün tədarüklü olmalıyıq.Əks təqdirdə bizi Qorxu gözləyir, bu isə inkişaf =0 olur. Əgər bunun da düzgün analizin etməsək növbəti zona vəhşət zonası olacaqdır ki, burada Qorxu =maxsimum olur, inkişafdan isə söhbət belə gedə bilməz.

İdeadan Məqsədə doğru addımlama mərhələsində diqqət olunmalı məqamlardan biri də məqsəd qoymamışdan əvvələl bu ideanın, fikrin sənə uyğun, yoxsa tam əksi olduğunu müəyyənləşdirməkdir. 80% gəncimizin bu gün uğursuz olmasının səbəbi məqsədinin universitetə girmək olduğu halda, bunun hansı universitet və hansı ixtisas olmasının fərqinə varmadan  “Uğur”-deyə qiymətləndirməsidir. Sadəcə daxil olmaq,”oxumaq” və diplom almaq. Gələcək kariyerasına bu oxuduğu ixtisasın aid olmadığı və ya faydasız olacağını isə sonda başa düşür.Bura da maraqlı bir texnika diqqətnizə çatdırmaq istərdim. Texnikanı türkiyəli mütəxəssis ortaya qoyduğu üçün adını elə o dildə də təqdim etmək istərdim. “Aptal Çita sendromu.” Çitalar quruda yaşayan heyvanlar arasında sürət rekorduna sahibdirlər. Onlar gecə zəif görürlər.Buna görə də çitalar gündüz ovlanırlar. Ovdan öncə uzun müddət şikarını izləyir,enerjisinin 42%-ni 3 saatlıq bir yürüşə-ovunu tapmağa və onu izləyib- incələməyə sərf edir.Burada ovunun dəyişməsi riski də vardır,çünki ovunu başqa “ovçular” da ovlaya bilər. Şikarını müəyyən etdikdən sonra kalori hesabatı aparır və ovunun itirdiyi bu enerjiyə dəyib dəyməyəcəyinə qərar verir.Daha sonra küləyin əks istiqamətində,ovuna nisbətdə daha  yüksək mövqedə qərarlaşır. Qısa məsafədə tez sürət yığa bildiyi üçün hədəfinə olduqca yaxınlaşır. Gizlənir və gözləyir. Ovunun günlük rutinlərini müəyyən edir,nə zaman müdafiəsinin zəiflədiyini,suya nə vaxt yaxınlaşdığını müəyyən edir. Bütün bunlara rəğmən çita uğurlu ov şansnın sadəcə 10% olduğunu bilir və yaxşı bir hesablama aparır. Nə qədər enerjim var?Gördüyüm şikar nə qədər məsafədədir ,izlənildiyinin fərqinə varandan sonra nə qədər uzağa qaça bilər? Onu tutmaq üçün nə qədər enerjim var,əgər alnmasa növbəti ov üçün nə qədər enerjim var?Xülasə,bir çita bütün bunlari bilərək, hər gün və hər an hesablama aparır. Bunu etməyən “aptal çitalar” isə həyatda qalmazlar. Bəzən biz də “aptal çita” sendromuna tutuluruq,mövcud ideaların, fikirlərin,məqsədlərin bizə uyğun olduğunu dəqiqləşdirmədən, SWOT analizi, VISA kimi dəyərləndirmələri aparmadan hədəflərimizə doğru qaçırıq. Reallaşmadıqda isə ya tamamən ruhdan düşür, ya mövcud enerjimizin hamsını sərf edir, ya da növbəti raund üçün heç nə saxlamırıq. Deməli, bəzən bizlər də “aptal çita”lardan oluruq. Lakin onlardan fərqimiz-  biz bədənən,fiziki olaraq deyil pisxoloji olaraq ölürük.

Aristotel deyir ki,insan “teleologik” orqanizmdir.

Yəni məqsədlə hərəkətə gələn orqanizmdir. İdeyamız olduqda və onun bizə uyğun olduğunu müəyyən etdikdən sonra, artıq onu məqsədə çeviririk. Növbəti əsas məsələ bu məqsədə getmək yolunda bizi gözləyənlər, bizim onlara yanaşmamız, nə qədər hazırlıqlı olmağımızdır. Məqsədə gedən yolda lazım olan əsas məsələrdən biri motivasiyadır. “Bəzi” motivatorlar ancaq motivasiya hissəsinə fokslanır, lakin yaran problemlər də, elə o motivasiyanın düşməsi zamanı onu necə həll etmək,bərpa etmək lazımdır?kimi vacib suallar açıq qalır. Yalnız motivasiyanın olması ona bənzəyir ki, bizim maşınımızın ancaq “qaz” vermək üçün pedalı var. Bəs enişli-yoxuşlu yollarda ,sərt döngələrdə biz necə edəcəyik? Bunu   tənzimləmək üçün bizə əyləc lazımdır.Məqsədlərimizə doğru gedən yolda bizə motivasiyamızın düşdüyü , yaxud münasib  olmayan mühitlərdə həddindən çox olmasını daxili intizamımız idarə edir. Uğurlu nəticə üçün bunların vəhdətinə mütləq ehtiyac vardır. Bu olmasa müəyyən müddət tavan edən o motivasiyanı qoruyub saxlamaq da mümkün olmayacaqdır.

Hər bir insanın dəyərini müəyyən edən faktorlardan biri də onun məqsədlərinin aliliyidir.

Onların  ucalığı və bu yolda atdığmız addımlar nail olmasaq belə bizə yeni bir xarakter qazandırır , yeni dəyərlər qatır. Məqsədlərimizə nail olmaq üçün etməli olduğumuz vacib işlərdən biri onları plan şəklində kağız üzərinə köçürməkdir.

B.Treysi bu haqda belə deyir: “Kağız  üzərinə yazılmayan məqsəd barıtsız güllə kimidir.” 

Onları kağıza transfer etməklə sanki can verir, toxuna,dəyişə inkişaf etdirə bilirik. 2006-cı  ilin yeni ilində Amerikada  “USE today” qəzeti məqsədlərin yazılması ilə bağlı sorğu keçirir. Növbəti ildə məqsədlərini yazanlarla qeyd etməyənlərin uğurları  arasında ciddi fərq olduğunun şahidi olurlar. Növbəti il üçün məqsədlərini yazanların 44%-i , yazmayanların isə yalnız 4%-i uğur qazanmışdır. Məqsədlər nə qədər böyük olsa da, onları kiçik hissələrə bölərək çatmaq olar. Buna fili parçalama texnikası da deyirlər.

“Məqsədlərinizi parçalasanız ən ağlasığmazlarına belə nail olarsınız”

Henri Ford


Biz məqsədlərimizin, hədəflərimizin ailiyini müəyyən etdikdən və buna inandıqdan sonra ona gedən yolda hər çətinliyə dözə biləcəyik.Mühit   güclü bir axını olan çay kimidir. Əgər başa düşsək ki,sahilə çıxmasaq, yeni inkişaf zonasını formalaşdırmasaq burda boğulacağıq, o zaman axına qarşı olsa belə üzəcəyik. Mühitə və kütlə pisxologiyasına-axına qarşı  gedərək yeni hədəflərə, yeni və ali məqsədlərə doğru inamla addımlamağı arzu edirəm.

Müəllif: Hüseynli Aqşin

2024 qeyri is gunleri almaniya pulu alman pul vahidi az büdcə ilə biznes qurmaq Azərbaycanın görməli yerləri beden dili biznes qurmaq üçün ideyalar bədən dili bədən dili psixologiyası cfa imtahani haqqinda cfa nedir dropshipping haqqinda dropshipping haqqında dropshipping nedir dunya pullari dövlətlərin pul vahidləri evden pul qazanmaq ferdi inkisaf fobiya fobiyalar fobiya ve qorxu fransa pul vahidi fransız frankı Hindistan pul vahidi Hindistan rupisi internetden pul qazanmaq internetdən pul qazanmağın yolları iran pul vahidi maliyye sertifikati motivasiya motivasiya nedir pul vahidleri pul vahidleri haqqinda pul vahidləri qeyri is gunleri qeyri iş günü qrafik dizayner qrafik dizayner nedir qrafik dizayn ixtisası seki gormeli yerler sekinin gezmeli yerleri sheki azerbaijan Yuan haqqında Çin pulu çox pul qazanmaq

3 rəylər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button