Kreatinin nədir? Kreatinin İnsan Bədəni Üçün Faydaları

Kreatinin nədir? Kreatinin İnsan Bədəni Üçün Hansı Faydaları Var?

İnsan orqanizmində gündəlik olaraq müxtəlif maddələr mübadiləsinin və ümumilikdə proseslərin gedişatının düzgün şəkildə icra olunması insan sağlamlığının başlıca meyarlarından biridir. Bunun üçün isə, qida rejiminə əməl etmək, həyat tərzinin düzgün təşkili, müntəzəm olaraq idmanla məşğul olmaq və s. diqqətdə saxlanılmalı olan məqamlardır. İnsan bədənindən hər ötən saniyədə davamlı olaraq müxtəlif maddələr həm qəbul olunur, həm də xaric olunur. Təbii ki, istənilən halda kiçik hüceyrələrin bölünməsindən tutmuş, digər prosedurlara qədər bütün proseslərin orqanizm üçün faydalılıq dərəcəsi yüksəkdir. Bu dəfəki məqaləmizdə insan bədəni üçün əhəmiyyətli hesab olunan maddələr kompleksi olan Kreatinindən danışacağıq.

Kreatinin nədir?

Kreatinin sintezi insan orqanizmi üçün böyük rola sahib, tərkibi azotlu birləşmələrdən ibarət kompleksdir. Əzələ və zülal mübadiləsində istehsal olunan kreatin adlı fosfatın parçalanması nəticəsində əmələ gələn və bədənin əzələlərə enerji vermək üçün istifadə etdiyi maddə toplusudur. Böyrəklər və qaraciyər tərəfindən xaric edilən kreatin qanda insan bədənindən və əzələ kütləsindən asılı olaraq müəyyən nisbətlərdə olur. Daha çox əzələ kütləsi olan insanlarda kreatinin miqdarı da daha yüksəkdir.

Kreatinin Hansı Faydaları Var?

Kreatinin nədir? Kreatinin Hansı Faydaları Var?

Kreatinin əzələlərin bərpasına kömək edən hüceyrə siqnallarını və bədəndəki əzələ kütləsini artırır. İdmanla məşğul olarkən, hüceyrələrdəki əsas enerji mənbəyi olan adenozintrifosfat turşusunu sürətlə yeniləyərək, yorğunluğun qarşısını alır. Bədənin enerji ehtiyacı ödənildikdən sonra, əmələ gələn kreatinin böyrəklərdə süzülür və sidiklə xaric edilmək üçün qanla daşınır. Beləliklə, kreatinin səviyyəsi böyrəklərin tullantıları nə qədər effektiv şəkildə təmizlədiyini göstərir. Böyrəklərdə prosedurlar sağlam şəkildə icra olunduqda, kreatinin səviyyəsi də normal miqdarda olur. Böyrəklərdə funksiyaların ardıcıllığı pozulduqda isə, kreatinin səviyyəsi yüksəlir ki, orqanizm tullantıları lazımi səviyyədə təmizləyə bilmir.

Kreatinin Dəyəri Nəyi Göstərir?

Böyrəklərdə prosedurların ardıcıllığı və böyrək çatışmazlığının əlamətləri kreatinin səviyyələri əsasında müəyyən edilir. Test nəticələrini qiymətləndirərkən şəxsin yaşı, cinsi və çəkisi kimi faktorlar da nəzərə alınmalıdır. Kreatinin səviyyəsini ölçmək üçün əldə olunan qan nümunəsi laboratoriyada araşdırılır. 

Kreatinin nədir? İnsan Orqanizmində Normal Şəraitdə Kreatinin Səviyyəsi Nə Qədər Olmalıdır?

Kreatinin səviyyəsi insan bədəndəki əzələ kütləsindən asılıdır. Sıx əzələ kütləsi olan insanlarda kreatinin dəyəri də daha yüksək olur. Kişilər üçün normal səviyyə qadınlarla müqayisədə nisbətən daha yüksək miqdardadır. Uşaqlarda isə həm kişilər, həm də qadınlar üçün normal dəyərdən aşağı səviyyədə təşkil edir. Kreatinin normal dəyəri kişilərdə təxminən 0,6-1,3 mq/dL, qadınlarda isə 0,5-1,1 mq/dL olaraq bilinir. 

Kreatinin nədir? Kreatininin Səviyyəsi Yüksək Olduqda Nə Baş Verir?

Kreatinin səviyyəsinin yüksək olması qanın azalması, təzyiqin aşağı düşməsi və müxtəlif infeksiyaların meydana çıxması ilə müşahidə edilə bilər. Bundan başqa, sidik kisəsi daşları, sidik kisəsi kütləsi, ümumilikdə böyrəkdə yaranan problemlər və ya bəzən istifadə edilən dərmanlar kreatininin səviyyəsini artıra bilər. Yüksək kreatinin təkcə böyrək xəstəliklərindən yox, başqa xəstəliklərdən də qaynaqlana bilər. Bu halda müvafiq problem müalicə üsulları ilə öz həllini tapdıqda, kreatinin səviyyəsi normallaşır. Əgər yüksək kreatinin böyrək xəstəliklərindən qaynaqlanırsa, müalicə nefroloqlar tərəfindən davam etdirilməlidir. (Nefrologiya böyrək sağlamlığı və xəstəlikləri ilə məşğul olan tibb sahəsidir.) Ümumilikdə qan, sidik analizlərinin götürülməsi, ultrasəs müayinələri sayəsində kreatinin səviyyəsini müəyyən edərək, zəruri olan müalicə metodlarını tətbiq etmək lazımdır. 

Kreatinin nədir? Yüksək Kreatinin Səviyyəsinin Əlamətləri Hansılardır?

Kreatininin səviyyəsi yüksək olduqda ürəkbulanma və ya qusma ilə yanaşı, aşağıdakı simptomlar da müşahidə olunur:

  • Tez-tez sidiyə getmə, ağrı və sidikdə qan
  • Təzyiqin yüksəlməsi
  • Yorğunluq
  • Sinə ağrısı
  • Əzələlərdə kramplar
  • Dərinin quruması
  • Nəfəs almaqda çətinlik
  • Bədəndə ödəm əmələ gəlməsi
  • Əllərdə və ayaqlarda şişlərin yaranması və s.

Kreatininin Səviyyəsini Necə Aşağı Salmaq Olar?

Bol su istehlakı qanda kreatinin səviyyəsini azalda bilər. Lakin bu azalma böyrəklərin daha yaxşı işləməsini təmin etmir. Odur ki, kreatinin səviyyəsi müvafiq həkim tərəfindən tövsiyə olunan müalicə metodlarına uyğun olaraq azaldıla bilər. Yüksək kreatininin səviyyəsinin müalicəsi əsas səbəbdən asılı olaraq dəyişir. Düzgün müalicə planı hazırlamaq üçün yüksək kreatinin səbəbi müəyyən edilməli və ona uyğun müalicə tətbiq edilməlidir. Böyrəklərdə yaranan problemlərdən dolayı, yüksək kreatinin səviyyəsi inkişaf edərsə, antibiotik müalicəsi tətbiq olunur. Əgər yüksək təzyiqdən qaynaqlanırsa, dərmanlarla kreatinin səviyyəsini azaltmaq mümkündür. Odur ki, istənilən halda həkim müayinəsinə müraciət etmək faydalı olacaqdır.

Kreatinin nədir? Kreatininin Səviyyəsini Təbii Üsullarla Necə Aşağı Salmaq Olar?

Kreatinin səviyyəsini azaltmaq üçün nəzərə alınmalı olan məqamlar aşağıdakılardır:

Protein qəbulunun azaldılması

Tədqiqatlar göstərir ki, yüksək protein qəbulu kreatinin səviyyəsini artırır. Xüsusilə qırmızı ət, süd məhsullarının istehlakını azaltmalı, tərəvəzli qidalar, mərcimək şorbası kimi alternativlərə yönəlmək faydalıdır.

Lifli qidaların qəbulu

Lifli qidaların istehlakı xroniki böyrək xəstəliyi olan şəxslərin kreatinin səviyyəsinin aşağı salınmasında əhəmiyyətli rola sahibdir. Bu kimi qida mənbələrinə aşağıdakıları aid etmək olar.

Meyvələr: armud, çiyələk, alma

Tərəvəzlər: yerkökü, çuğundur, brokoli

Paxlalılar: mərcimək, noxud, lobya

Taxıl növləri : yulaf ezmesi, arpa, qarabaşaq, bulqur

Bol su istehlakı

İnsan orqanizmi uzun müddət su istehlakını həyata keçirmədikdə, kreatinin səviyyəsi arta bilər. Odur ki, bu vacib nüansı diqqətdə saxlayaraq, gün ərzində ehtiyac olan qədər maye qəbuluna riayət etmək vacibdir. 

Kreatinin nədir? Kreatininin Səviyyəsi Aşağı Olduqda Nə Baş Verir?

Adətən insan orqanizmində kreatininin səviyyəsi yaş artıqca azalmağa doğru gedir. Eyni zamanda, kreatinin səviyyəsinin aşağı düşməsi qida qəbulu normalarına əməl etmədikdə, müxtəlif xəstəliklərdən də qaynaqlana bilər ki, bu zaman müvafiq tədbirlər görülməlidir. Adətən böyrək və qalxanabənzər vəzi kimi xəstəliklər müalicə olunduqda kreatinin səviyyəsi də nizama düşür. Kreatininin aşağı səviyyəyə düşməsi əzələ zəifliyinə, məşqlərdə performansın azalmasına, böyrək problemlərinə, bədəndə su balansının pozulmasına səbəb ola bilər.

Aşağı Kreatinin Səviyyəsinin Əlamətləri Hansılardır?

  • Çəki itkisi
  • Bədənin zəifləməsi
  • Başgicəllənmə, ürəkbulanma, qusma
  • İştahsızlıq
  • Yorğunluq
  • Sidik miqdarının azalması
  • Dərinin quruması
  • Bədəndə ödəm əmələ gəlməsi və s.

Kreatininin Səviyyəsini Necə Yüksəltmək Olar?

Kreatinin səviyyəsini artırmaq üçün əsasən qida rejiminə xüsusi diqqət yetirmək vacibdir. Eyni zamanda, idman edərək bu balansı qorumaq mümkündür. Əzələ kütləsini artırmaq üçün məşq proqramlarına əməl etmək tövsiyə olunur. Pəhrizlə birlikdə kreatinin qəbulunu artırmaq və orqanizmin kifayət qədər miqdarda protein qəbul etməsini təmin etmək lazımdır.

Kreatinin nədir? Kreatininin Səviyyəsini Təbii Üsullarla Necə Yüksəltmək Olar?

Bədəndəki keratin səviyyəsini artırmaq üçün bəzi qida növlərini balanslı şəkildə istehlak etmək lazımdır. Keratin səviyyəsini artırmaq üçün aşağıdakı məhsulların istehlakı məqsədəuyğundur.

Kələm

Brokoli

Soğan və sarımsaq

Qaraciyər

Balıq

Süd və qatıq

Qanda Kreatinin Səviyyəsi Hansı Həddə Çatdıqda Təhlükəlidir?

Qandakı kreatinin səviyyəsi kişilərdə 1,2 mq/dL, qadınlarda isə 1,1 mq/dL-dən yuxarı olduqda insan orqanizmi üçün təhlükə mənbəyi ola bilər. 

Nəticə (Kreatinin nədir?)

Kreatinin ifrazının insan orqanizmi üçün olduqca böyük əhəmiyyətə sahib olduğunu nəzərə alsaq, onun orqanizmdə səviyyəsini nizamda saxlamağın vacibliyini unutmaq olmaz. Dərinin, xüsusilə dırnaqların və saç köklərinin sağlam olması üçün keratinin normal səviyyədə olması vacibdir. Yuxarıda qeyd olunan qidaların qəbulunu nəzarətdə saxlayaraq, həmçinin, idman edərək və ya müntəzəm olaraq həkim müayinəsinə gedərək sağlamlığınızın qeydinə qala bilərsiniz. Unutmayın ki, sağlamlıq insan həyatı üçün olduqca əhəmiyyətlidir. 

Həmçinin oxu – Overdraft nədir?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button