Kitablar necə yaranir? sualının cavabı ✅

Kitablar, gündəlik həyatımızda yer tapmış, həyatın içindən dərs almağımız lazım olan bir çox şeyi bizə öyrədən mətbəə məhsullarıdır. Əldə etdiyimiz kitab oxuma alışqanlığı sayəsində həm zəkamız işiqlanar, həm də həyata, yaşama dair bir çox bilgiyə sahib oluruq. Bəzi hissələrinin həyatdan götürülməsi, nəsihətlər verilməsi, xəyal gücünün genişləndirilməsi insamı kitab oxumağa yönləndirir. Bundan əlavə kitab nəşrinin keyfiyyətidə kitab oxumağa yönəldən səbəblərdəndir. Kitab məzmunun oxunaqlı olması və yaxşı bir şəkildə nəşr edilməsi kitabın əksiksiz olması nöqtəsində çox önəmlidir. 

 Kitabların yaranmasında bir çox amillər mühüm rol oynamışdır. İlk amillərə əlifba və yazının meydana gəlməsini göstərmək olar. Təbii ki kitab yaranmasında ən mühüm amil yazı materialının olmasıdır. Yazı yazmaq üçün ilk zamanlar material kimi daş, gil lövhələr, metal, ağac və s.dən istifadə edirdilər. 

Eramızdan əvvəl I – II əsrlərdə yazı materialı kimi kağız yarandı. Kağız yarandıqdan sonra kitablar əl yazma şəklində hazırlanırdı. Xətti gözəl olan insanlar əl ilə kitab yazırdılar. Bu həm uzun çəkirdi həm də zəhmət tələb edən bir iş idi. 

Bəs kitablar necə yaranır? 

Zaman keçdikcə insanların mütaliə etməyə matağının artması kitab çapının çeydana gəlməsinə şərait yaratdı. Və getdikcəl yazma kitablar sıradan çıxmağa başladı. 

Kitab çapı ixtirasını alman alimi İohann Qutenberqin adı ilə bağlıdır. 

Keçmiş ilə müqayisədə kitab çapının bugünki şərtlərdə asan olduğunu görmək olar. Texnologiyanın inkişafı ilə birgə artıq professorların, akademiklərin, hətta bu mövzuya maraq göstərib, kitab məzmunu hazırlayan insanların işləri də səliqəyə salınaraq kitab şəklinə salınıb nəşr edilir. 

Bütün bunlar uyğun qiymət qarşılığında reallaşır. 

Kitabların yaranmasında ən önəmli mövzulardan biri yazının keyfiyyətidir. Yazı prosesi nəşrə göndərilən kitabın mövzu hissəsinin düzgün olacaq şəkildə nəşr prosesinə hazır hala gətirilməsidir. 

Kitab çapı mərhələsində kitabın iç səhifələrində 80 qr ağırlığında 1.pulpa kağız istifadə edilir. Kitabın üz qabığının daha qüvvətli olması üçün 300 qr ağırlığında Amerikan Bristol kağız istifadəsinə üstünlük verilir. Kitabın üz qabığına sellofon tətbiqidə edilir. Sellofon tətbiqi sayəsində kitablar daha cəlbedici, təsiredici və parlaq görüntüyə sahib olur. Sellofon tətbiqindən əlavə stil seçimində vərəq, lak da istifadə edilir. Lakin bu tətbiqlər xərclərin artmasına səbəb ola bilər. Qabığ çapa hazır hala gətirildikdən sonra cildləmə mərhələsinə gəlir. Kitab cildləmə mərhələsində mövzu tikişli yada Amerika cildi seçilə bilər. Əgər mövzu tikişli seçimi etsəniz xərclərinizdə artım ola bilər.

Kitab çapında edilən qrafik dizayn tətbiqləri kitabın vizuallığını artırır. Müştərinin tələbinə görə qrafik dizayn tətbiqi çap müəssəsində edilə bilər. Kitab çapında seçilən qrafik dizayn xərclərin artmasına səbəb ola bilər. Qrafik dizayn və başqa proseslərin edilməsindən sonra kitab çap edilir və cildləmə işi edilərək müştəriyə təslim edilir. Kitab çapını yüksək miqdarda tələb etsəniz xərciniz az olar. 

Kitabın yaranma mərhələləri

Kitab çapı üçün əvvəlcə nəşr ediləcək kitabın ölçüsünə diqqət edilməlidir. Daha sonra kitabın səhifələrinin sayını dəqiqləşdirmək lazımdır. Səhifələrin sayı dəqiqləşdirildikdən sonra növbədə yazı tipi, redaksiya, layihə və korreksiya var. Bu mərhələrdə korrejtor çap ediləcək kitabı ikinci dəfə yoxlanışdan keçirir. Məzmun hissəsində yazı səhvi olursa qələm ilə aydın hala gətirilirki yazını yazan bu səhvləri rahat şəkildə düzəldə bilsin. Mətbəədə birlikdə çalışdığınız dizayner kitabın üz qabığını sizinlə birlikdə dizayn edir. Kitabın üz qabığına istənilən rəsim, fərqli şəkillər, illustrasiya əlavəsi və rəngləndirmə işləri edilir. Kitabın yazı tipi, redaksiya, korreksiya, redaksiyası, üz qabığı hazırlığı bitdikdən sonra çap mərhələsinə keçilir. Kitabın yazı tipi son dəfə gözdən keçirilir. Çapa göndərilən kitabda incələmə vaxtı bəzi çatışmazlıqlar olduğu halda kompüterdə düzəliş edilərək son düzəlişə gedilir. 

Mətbəəyə göndərilən kitabın daxili çapı edilir. İç hissənin çapı bitdikdən sonra kitabın üst hissəsi konikləmə deyilən prosesdən keçirilir. Sonra kitab iç formalara ayrılaraq qatlanır. Formalara ayrılmış səhifələr ard arda sıralanır. 

Kirabın üz qabığı fərqli bir maşında hazırlanır. 

Kitabın kəsim və digər prosesləri bitdikdən sonra üz qabığı kitaba üstünə əlavə edilir. Üz qabığı kitaba tikildikdən sonra son hazırlıqlar edilir. Və kitab paketlənərək müştəriyə təslim edilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button