Karqo şirkətləri və qiymətləri

Karqo xidməti

Karqo xidməti dedikdə quru, su və hava yolu vasitəsilə yüklərin daşınması nəzərdə tutulur. Kargo – karqo xidməti həm ölkədaxili, həm də ölkə xaricində olan bir proses kimi həyata keçirilə bilər. Bu sahədə ixtisaslaşmış karqo sirketlerinin köməyi ilə insanlar xarici ölkələrdən olan sifarişlərini, həmçinin ölkə daxilində təcili şəkildə istədikləri əşyaların çatdırılmasını təmin edə bilirlər.

Karqo şirkətləri

Karqo şirkətləri, əsasən, ən sürətli çatdırılma, ən sərfəli qiymət, etibarlı çatdırılma və s. üstünlüklər üzərindən rəqabət aparmaqdadır.

Təbii ki, müştəri hər zaman ən yaxşını seçmək istəyir. Xüsusilə də o, xarici ölkədən hər hansı bir əşyanı sifariş verirsə, mütləq əmin olmaq istəyir ki, həmin əşya ona heç bir zədə almadan, digər müştərilərin əşyaları arasında qarışmadan və tam keyfiyyətli formada çatacaq. Burada karqo sirketlerinin tətbiq etdiyi “tariflər” məsələsi də müştərini düşündürən suallardan biridir. Axı o nəyisə sifariş edərkən çox pul itirmək istəmir. Tariflərin dəyəri (qiyməti) sifariş olunan əşyanın çəkisinə görə dəyişkən xarakter daşıyır.

Azərbaycan karqo şirkətləri

Ölkəmizdə fəaliyyət göstərən karqo şirkətləri haqqında məlumat, yəqin ki, bütün alış-veriş həvəslisi insanlara maraqlı olardı. Bunların əksəriyyəti paytaxt şəhərimiz olan Bakıda fəaliyyət göstərir. Bakıda olan karqo şirkətlərinin də bir çoxunun çoxlu sayda filial məntəqəsi mövcuddur. Bu, müştəriləri onların olduğu əraziyə ən yaxın seçim olduğu üçün çox məmnun edir.

Azərbaycanda olan karqo şirkətlərinin (əsasən, daha çox müraciət edilən və tanınmış karqo sirketlerinin) adlarını qeyd etmək istərdik:
Məsələn, Starex (https://starex.az/), Limak (https://limak.az/), Jetkargo (https://www.instagram.com/jetkargo.az/?hl=en), Kargofly (https://kargofly.az/), Vadi.az (https://www.vadi.az/) və s. – demək olar ki, tez-tez rastlaşdığımız karqo şirkəti adlarıdır. Bu şirkətlər Amerika, Türkiyə, Çin və s. ölkələrdən, həm də ölkədaxili yük daşınmalarını həyata keçirirlər.

Karqo şirkətləri                           XidmətlərTariflər
     StarexTürkiyə, Amerika və Çindən çatdırılma, kuryer xidməti, adresə çatdırılma və s.0.98 $-dan başlayaraq
     KargoflyTürkiyədən çatdırılma və kuryer xidməti0.89 $-dan başlayaraq
     LimakƏsasən, Türkiyədən, Amerikadan çatdırılma1.00 $-dan başlayaraq
     Vadi.azXarici ölkələrdən çatdırılma, online kuryer sifarişi, Azərpoçt sifarişi və s.0.99 $-dan başlayaraq
    JetkargoTəcil sifariş xidməti, VİP daşınma, Premium daşınma və digər xidmətlər0.95 $-dan başlayaraq

Sifariş etmək istədiyiniz məhsulu sifariş vermək üçün tələb olunan ən sadə detal karqo şirkətinin saytında qeydiyyatdan keçərək istifadəçi hesabı yaratmaq və daha sonra istifadəçi kimi sifariş əməliyyatını həyata keçirməkdən ibarətdir. Siz məhsulu sifariş etdiyiniz andan etibarən bağlamanı əldə edəcəyiniz ana qədər həmin məhsulun gətirilmə prosesini bu saytlar (və ya onların app-ləri) vasitəsilə izləyə bilirsiniz. (Məsələn, “yerli anbardadır”, “gömrük yoxlanışındadır”, “filial məntəqəsinə çatdırıldı” və digər məlumatlar).
Nəticədə, insanlar internet vasitəsilə, həm də xarici ölkədən rahatlıqla alış-veriş həyata keçirmiş olurlar.

Bu kargo sirketleri ünvana çatdırılma xidmətini də təklif edərək müştəri məmnuniyyətini tam təmin etməyi qarşısına məqsəd qoya bilər. Filiala getmək istəməyən müştərilər sırf bu xidməti təklif edən şirkətlərin köməyi ilə bağlamasını istədiyi zaman yaşadığı ünvanda əldə edə bilir.

Karqo – karqo xidməti nə üçün faydalıdır?

Hazırda ətrafınızdakı insanlardan tez-tez eşitdiyiniz ifadələrdən biri də “Türkiyədən  yeni paltar sifariş verdim.” , “Amerikadan neçə aydır almaq istədiyim çantanı sifariş etmişəm.” , ” Trendyol-da endirim var!” və s. kimi cümlələrdir.
Hər kəs endirim sözünü eşitdiyi anda dəyərləndirmək istəyir. Hər kəs istəyir ki, almaq istədiyi məhsulu ən ucuz qiymətə alsın. Az pul xərcləsin və bu az məbləğlə çox şey almağı bacarsın. Beləliklə, bu məsələlər aktual olduqca karqo şirkətlərinin də rolu gündən-günə artmış olur.
Türkiyədən Azərbaycana karqo – Türkiyədən sifaris, Amerikadan karqo xidməti, Trendyol sifarişləri indiki zamanda hamı üçün əhəmiyyət kəsb edən mövzulardandır. Əhalinin bir qrup hissəsi istəyir ki, baha qiyməyə gördüyü brend məhsulları xarici ölkədən sərfəli qiymətə sifariş etsinlər və ya burada tapa bilmədiyi brend məhsulları xaricdən rahatlıqla əldə edə bilsinlər. Çünki hamı hər istədiyi vaxt xarici ölkəyə yollana bilmir.

Karqo sirketlerinin rolunu artıran bir digər məsələ də kuryer xidmətidir. Belə ki, sosial şəbəkələr vasitəsilə ticarət fəaliyyətini həyata keçirən kifayət qədər çox sayda online bizneslər var. Onlar ölkədaxili bölgələrdən olan və ya şəhər daxilində çox uzaq məsafədə yaşayan müştərilərinə bu kargo şirkətlərinin kuryer xidməti vasitəsilə çatdırılmanı həyata keçirir.

Karqo xidmətlərindən maksimum şəkildə faydalanmaq üçün ən sərfəli tariflərlə və ən etibarlı çatdırılmanı təmin edən karqo şirkətini seçdiyinizdən əmin olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button