İxtisas secimi zamanı nələrə diqqət eləmək lazımdır?

İxtisas secimi gənclərin gələcək fəaliyyəti üçün mühüm addımlardan biridir.

İxtisas seçimi gənclərin gələcək fəaliyyət üçün verdikləri ilkin qərardır. Buna görə də işə bundan başlamaq, sonra isə ali məktəbi seçmək lazımdır.

Gənclər, ilk növbədə, bacarıq və potensialını başa düşüb ixtisas seçimini elə etməlidirlər. Həmçinin gənclər ürəyincə olan, sevdiyi ixtisası seçməlidirlər. Amma təəssüf ki, həm potensialını başa düşən, həm əmək bazarının tələbatını dərk edən, həmçinin ürəyinin səsinə qulaq asan gənclər  azdır. Lakin bu keyfiyyətlərdən hər hansı birinin olması, gələcəkdə tələbənin öz üzərində çalışması, fəallığı sayəsində uğur qazanmasına gətirib çıxara bilər.

İxtisas seçmək hüququna yalnız test imtahanında iştirak etmiş və imtahan nəticələri müsabiqə şərtlərini tam ödəyən abituriyentlər malikdirlər.

  İxtisas secimi edərkən çox diqqətli olmalı, yığdığınız bala uyğun diqqətli seçim etməlisiniz.

         Düzgün ixtisas secimi necə edilməlidir?

Mütəxəssislərin fikrinə görə, abituriyentlərin hər biri seçə biləcəyi universitetləri, münasib ixtisasları qabaqcadan dəqiqləşdirib daha sonra düzgün seçim etməlidirlər.

Bununla yanaşı iş dünyasının hansı universitetin məzunlarına daha çox etibar etdiyini də öyrənmək lazımdır. Bu, gələcəkdə məzun olacaq tələbələrə bilik və təcrübə ilə yanaşı, işəgötürən müəssisə tərəfindən verilən müsbət qiymət kimi də dəyərləndiriləcək.

İxtisas secimi zamanı ən önəmli faktorlardan biri də abituriyentin topladığı balın miqdarıdır. Abituriyentlər ixtisaslar seçimi zamanı sıralamanı topladığı bala uyğun olaraq müəyyənləşdirir: Yüksək bal toplayan tələbələrdə ixtisas seçimi çətin olmur. Abituriyent hansı ixtisası öz potensialına uyğun hesab edib seçirsə, həmin ixtisasa qəbul olmaq ehtimalı çox olur. Ballar aşağı düşdükcə abituriyentlər ciddi seçim qarşısənda qalırlar. Xüsusilə də 300-400 bal toplayan abituriyentlər böyük risk altında olur.

Abituriyent 15 ixtisas seçimindən ilk ikisini topladığı baldan bir az yuxarı bal tələb edən ixtisasları yazmalıdır. Bundan sonra isə ideal seçim sırası edilməlidir. Təbii ki burada da əsas olaraq abituriyentin istəyi ön planda olmalıdır.

İxtisas seçimi edərkən nəyə diqqət eləmək lazımdır?

İxtisas seçərkən diqqət edilməli əsas məsələlərdən biri də ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparmasıdır. İxtisas seçimində ən çox istifadə edilən forma ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməkdir.

Abituriyentin ixtisas seçərkən kodlaşdırmada səhv etmək şansı yoxdur. Səhv olan zaman proqram avtomatik olaraq abituriyentə yanlış olması ilə bağlı məlumat verir. Abituriyentə yalnız informasiyaları düzgün təhlil etmək və balına uyğun olaraq ixtisası müəyyənləşdirmək qalır.

İxtisas secimi mərhələsi də abituriyentdən dəqiqlik tələb edir. İxtisas seçimi siyahısında həm dövlət sifarişli, həm də ödənişli ixtisasları seçərkən, diqqətli olmaq lazımdır. İxtisas kodunu daxil edərkən abituriyent ödənişli, yoxsa dövlət sifarişli yer olduğunu bildirən qeydi işarələməlidir. Abituriyentlər həm ödənişli, həm də dövlət sifarişli yerləri seçmək istəyirsə, ikinci dəfə də eyni kodu yazmalı, bu dəfə növbəti təhsil növünü qeyd etməlidirlər.

İxtisas secimi Dövlət İmtahan Mərkəzinin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Prosesi necə həyata keçirməklə bağlı elektron ixtisas seçimi ərizəsində də təlimat yerləşdirilib.

Abituriyentlər elektron ixtisas seçimi ərizəsinə daxil olaraq ixtisasları qeyd edib və “yadda saxla” düyməsini basmalıdırlar. Bubdan sonra ərizəni mütləq təsdiqləmək lazımdır. ” Təsdiq et” düyməsini basdıqdan sonra ekrana ərizənin təsdiq olunduğuna dair bildiriş gəlir. Abituriyent “Çap variantı” düyməsindən istifadə etməklə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin surətini çap edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button