İntellektual Suallar – Biliyini test et
İntellektual suallar ilə düşüncə gücünüzü test ədə bilər və özünüzü inkişaf etdirə bilərsiniz. Bu suallara cavab tapmaq üçün biraz vaxt sərf etməli olacaqsınız.
1️⃣ Məntiqi sual – Eynşteyn tapmacası
Bu sual Albert Enişteyn sualıdır. Bu sual çox adam tərəfindən bilinən məşhur mətiq testidir. Dünyada yaşayan insanların sadəcə 2%-i bu saulın cavabladığı deyilir.
Küçədə 5 ev var. İngilis qırmızı evdə yaşayır. İspan olanın iti var.Yaşıl rəngdəki evdə qəhvə içirlər. Ukraynalı olan çay içir. Yaşıl olan ev sağ tərəfdən Ağ evin yanında yerləşir. İlbiz sahibi “Old Gold” siqareti çəkir”Kool” siqareti sarı olan evdə çəkilir. Mərkəzdə yerləşən evdə süd içirlər. Norveçli olan isə birinci evdə yaşayır.”Chesterfield” siqaretini çəkənin qonşusu tülkü saxlayır. At saxlayan evin qonşusu isə “Kool” siqareti çəkir. “Lucky Strike” siqaretini çəkən, portağal şirəsi içir. Yapon olan isə “Parliament” siqareti çəkir. Norveçli Göy evin yanında yaşayır.
Kim suyu içir? Kim Zebra saxlayır? Beş evdən hər biri fərqli bir rəngə boyanılıb və onların sakinləri fərqli millətdəndir və müxtəlif içkiləri içirlər, müxtəlif heyvanlar saxlayırlar və Amerika siqarlarının fərqli markalarını çəkirlər. Əlavə bir qeyd isə: 6-cı bənddə, “sağ tərəfdə” dedikdə, oxucuya görə sağ tərəf nəzərdə tutulur.
2️⃣ Məntiqi sual -2 – Lampa məsələsi
Bu sual isə məşhur bir şirkətin iş müsahibəsi zamanı namizədə verdiyi məntiq testidir. Müraciət edənin məntiqini yoxlamaq üçün bu suala cavab verməlidir.
Bir koridorda, üç elektrik düyməsi var və bunlardan biri içəridəki otağın lampasını yandırır. Qapı bağlı olduğu üçün düymələrə bastığınızda lampanın yanıb yanmadığını görmək və ya test etmək mümkün deyil.
Lampanın olduğu otağa sadəcə 1 dəfə girərək hansı düymənin lampanı yandırdığını necə bilərik?
3️⃣ Məntiqi suallar – Su məsələsi
Sualların cavabları:
1️⃣ Yapon Zebr saxlayır; Norveçli Su içir.
Evlər | 1 | 2 | 3 | 4 | 5 |
Rənglər | Sarı | Göy | Qırmızı | Ağ | Yaşıl |
Milliyət | Norveçli | Ukraniyalı | İngilis | İspan | Yapon |
İçkilər | Su | Çay | Süd | Portağal şirəsi | Qəhvə |
Siqaretlər | Kool | Chesterfield | Old Gold | Lucky Strike | Parliament |
Heyvanlar | Tülkü | At | İlbiz | İt | Zebra |
2️⃣ 2 – ci sualın cavabı
Egər bütün düymələrə bassanız və ya hər hansı birinə basıb digərlərinə basmazsanız, dəqiq olaraq hansı düymənin lampanı yandırdığını tapa bilməzsiniz. Ona görə də, düymələrə soldan sağa doğru 1-2-3 şəklində nömrələyin. 1-ci düyməyə basıb digər ikisinə basmadan 10 dəqiqəyə qədər gözləyin. Ardından, 1-ci düyməsini bağlayıb sadəcə 2-ci düyməyə basıb tez otağa daxil olun.
- Əgər lampa yanarsa, demək ki cavab 2-ci düymədir.
- Əgər lampa yanmasa, amma lampa istidirsə, demək ki cavab 1-ci düymədir.
- Əgər lampa yanmasa, və lampa soyuqdursa, cavab 3-cü düymədir.
3️⃣ Sualın cavabı
5 litrlik bir qabı doldurmaqla başlayın. Bu qabdakı suyu, 3 litrlik qaba doldurana qadar tökün. Beləliklə, böyük qabda 2 litrlik su qalmış olacaq. 3 litrlik qaba qoyduğunuz suyu boşaldın və əlinizdə qalan 2 litrliyi, 3 litrlik kiçik qaba qoyun. 5 litrlik qabı təkrar doldurub, kiçik qaba 3 litrliyi tamamlayacaq şəkildə doldurun. Beyləliklə, əlinizdəki böyük qabda tam 4 litr qalacaq.
Daha çox maraqlı suallar üçün səhifəyə keçib baxa bilərsiniz.
➡️ Daha çox İntellektual suallar və cavabları aşağıdakılardır.
1️⃣ Həkiminiz sizə 3 dərman verərsə və hər yarım saatdan bir qəbul etməyinizi tövsiyə edərsə, bütün dərmanları bitirmək üçün nə qədər vaxt lazımdır?
2️⃣ Bəzi aylarda 30, bəzilərində is 31 gün var; bəs hansı ayda 28 gün var?
3️⃣ Bir fermerin 17 qoyunu var idi. Sürüdə bir epidemiya var idi, doqquzu ağır xəstələndi, qalanları öldü. Fermerin neçə qoyunu var?
Sualların cavabları:
- Bir saat. Birinci həbi, yarım saat sonra ikinci, yarım saat sonra üçüncünü uddunuz: cəmi 1 saat.
- Hər bir ayda 28 gün var.
- 9 canlı qoyun qaldı.