Motivasiyanı yaratmaq yoxsa axtarmaq lazımdır?

Hər bir insanın həyatında müəyyən məqsədləri və o məqsədləri həyata keçirmək üçün atdığı addımlar vardır. Lakin, həyatımızda bir nailiyyət əldə etmək üçün başladığımız yolda diqqətlə irəliləməliyik. Heç bir şey asanlıqla əldə edilə bilən xüsusiyyətə malik deyildir və bu nailiyyətlərin hamısı mental və psixoloji güc tələb edir. Bir yola başlayarkən o yolu uğurla başa çatdırmaq üçün müəyyən xüsusiyyətlər olmalıdır, hansı ki, bu xüsusiyyətlər, əslində, bizi psixoloji baxımdan tərbiyələndirən və tənzimləyən qüvvəyə malikdir. 

Həyatımı sadəcə mən dəyişdirə bilərəm. Kimsə məni dəyişdirə bilməz.

Carol Burnett

Yaşamımızda rastlaşdığımız problemlər, hadisələr bizi xarakteristik perspektivdən qidalandırır. Yəni, həyatımızda yaşadığımız bir çox şeylər, əslində, biz fərqinə varmadan bizə müvafiq xüsusiyyətlər qatır. Lakin, o xüsusiyyətləri öz içimizdə tənzimləyib, onu gələcək həyatımızda necə istifadə edəcəyimiz tamamilə bizim əlimizdə olan, bizdən aslı bir qərardır. Burada, anlamağınız gərəkən bir nüans vardır ki, yaşanılan bütün təcrübələr və bütün atılan addımlar hər bir insana müxtəlif psixoloji-xarakteristik xüsusiyyətlər qatar, amma bu xüsusiyyətin yaxşı və ya pisə istifadəsi və dönüşdürülməsi şəxsin özündən aslı qalar.

Daha aydın nümunəyə nəzər yetirmiş olsaq; əldə etmək istədiyimiz bir uğur var və bu uğur uzun və qəliz yoldan ibarətdir. Başladığımız işin kontentindən aslı olmadan, hər bir iş həyatımızda müvafiq çətinliklər yarada bilər və çətinliklər bizi həvəsdən, motivasiyadan sala bilər. Baxın, tələyə düşdüyümüz məqam da budur, əslində; bizə motivasiya verən başladığımız iş getdiyimiz yolda əngəllər qarşımıza çıxarırsa, bu zaman, motivasiyamızı haradan qidalandıracağıq?

Motivasiya Ruhunuzdadır, Beyininizdədir

Motivasiyanızı qidalandıracağınız bir lokasiya varsa, o da özünüzsünüz. İşin real tərəfi, o işə başlayan sizsiniz, o işi istəyən və sizə o istəyi yaradan təxəyyülünüzdə canlandırdığınız nəticədir. Yəni, konkret bir anlayışa deyil, öz içinizdə qurduğunuz nəticəyə, xəyala bağlı şəkildə həvəsinizi qidalandırır, ona görə o yolu qət edirsiniz. Yəni, siz əslində, o istəyi içinizdə yaradarkən artıq, xəyalınızda qurduğunuz nəticələri ilə birlikdə motivasiyanızı da yaratmış olursunuz. Geriyə qalan tək aşılması gərəkən problem isə o motivasiyanı mütəmadi ayaqda tutmaqdır.

Motivasiya sozleri

Başlıqda və yuxarıdaki paraqrafda qeyd etdiyimiz kimi, motivasiyanı yaradan beyniniz və ruhunuzdur, fəqət onun tarazlıqda saxlanılması üçün sizə başqa amillər də lazımdır. Amillər ətrafınızda axtaracağınız konkret varlıqlardan ibarət deyil. Ələlxüsus, siz istəklərinizi ətrafınızda olan konkret varlıqlardan aslı tutmamalısınız. İstəyi yaradan sizsinizsə, o istək üzərində hegemonluğa hakim olan da sizsiniz. Bu zaman, o istək üçün qidalandırdığınız motivasiyanı öz içinizdə yaratmalısınız.

Yazının ilkin paraqraflarında qeyd etdiyimiz gündəlik yaşantımıza aid bir nümunə var idi; Rastlaşdığınız hadisələr və hadisələrin psixoloji təsiri nəzdində sizə qatdığı xarakteristik xüsusiyyətlərin tənzimlənməsi, dəyişdirilməsi və dönüşdürülməsi. Bir mövzu ilə əlaqədar uğur əldə etmək üçün qət etdiyiniz yolda qarşınıza çıxan əngəllər sizim həyatınızda qarşı-qarşıya qaldığınız müvafiq problemlərdir, hansı ki, bu problemlərdən təcrübələr çıxarmalısınız. Unutmayın ki, qarşınıza çıxan problemlərin böyüklüyü ona baxma tərzinizə görə dəyişir. İlkin növbədə şüuraltınızı bacara bildiyiniz qədər kontrol altına almalısınız ki, psixoloji cəhətdən özünüzü idarə edə biləcək qüvvəyə sahib olmağı bacara biləsiniz. Qısa bir anladımla:

Əngəllər təcrübədir. Özünüz özünüzdə avtoritarlıq qurmalısınız. 

Hal belə olduqda isə, problemlərin nəticəsi sizə səbr, əzm, kontrol, intizam olaraq geri qayıtmalıdır. Bu, təcrübələrdən tənzimlədiyiniz xarakteristik xüsusiyyətlər sayılır. Sadalanan xüsusiyyətlərin içinizdə var oluşu isə, qət etdiyiniz yolda kontrol və tarazlıq yaradır, psixoloji aspektdən artıq içinizdə motivasiyanı yaratmış olurusunuz.

Motivasiya Reseptdir

Nəhayət, təxəyyülümüzdə yaratdığımız nəticə, getdiyimiz yollarda qarşımıza çıxan hadisələrə reaksiya nəzarəti, reaksiya kontrolu sonunda əldə edilən təcrübələrdən qazanılan xüsusiyyətlərin tənzimlənməsi və bu qarışımın cəmindən içimizdə yaratdığımız motivasiyanın mənbəyi elə özümüzük. Ətraf-mühitdə axtarılan motivasiyalar keçici təsirə malik ikən, zehni və ruhi özünü tərbiyələndirmə nəticəsində qalıcı effektlər əldə edə bilərik. 

Hərşeyin başlanğıcı, davamı və sonu özünüzsünüz. Hərşey sizinlə başlayar və sizinlə bitər.

Müəllif: Günay Axundzadə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button