Greencard nədir? Green Card nə üçündür? ✅

Greencard nədir?
Amerika Höküməti hər il yalnız ABŞ vətəndaşı olmayan şəxslər üçün DV Loteriya ( Diversity Visa Lottery) lateriyaları təşkil edir. Loteriya qalibləri ABŞ-da yaşamaq və işləmək hüququ qazanırlar( öz ölkələrinin vətəndaşlığını itirmədən). Rəsmi adı Daimi Yaşayış Kartı ( Daimi Yaşayış izni) olmasına baxmayaraq,greencard adlanır. DV loteriyası greencard qazanmağın 7 yolundan biridir və tamamilə şansa əsaslanır. Dünyada təxminən hər il 50-55 min nəfər bu imtiyaz almaq hüququna malikdir. 

Green card nə işə yarayır? 

Greencardı olan bir şəxs ABŞ vətəndaşı sayılmaz. Yalnız bir ömür boyu yaşayış və iş icazəsi alır. Bu hüquqda həyat yoldaşına və 21 yaşınadək subay uşaqlarına verilir. 

Greencard investisiya, qohumluq, evlilik, iş, sığınacaq və qaçqın, xüsusi immiqrasiya və müraciət yolu ilə əldə edilir. Vəsiqə formasında aldığınız greencard 10 il ərzində etibarlı olur. 10 ildən sonra vəsiqənizi yeniləməlisiniz. 

green card nədir?

Green card səs vermək, məhkəmə də münsiflər üzvi olmaq və ABŞ – da şəxsiyyət vəsiqəsi almaq xaricində eyni haqqlara sahib olmaq deməkdir. Amma siz 5 il sonra Amerika vətəndaşlığı alıb səsvermə hüququna malik ola bilərsiniz. Daimi olaraq orda yaşamaq istəməsəniz əgər, arada( 6 aydan bir) Amerikaya gedib kartınızı aktiv saxlaya bilərsiniz. 

Greencard proqramı ABŞ Dövlət Departamenti tərəfindən 1990 cı – ildə hazırlanıb. Hazırlanma məqsədi isə ABŞ-da immiqrantların müxtəlifliyini artırmaq, eyni zamanda çatışmayan işci qüvvəsini digər ölkələrin vətəndaşları hesabına aradan qaldırmaqdır. Müraciət edənlər arasından hər il 50 000 nəfər şəxs qalib olur və onlar leqal olaraq ABŞ – a köçə bilir. Proqramda seçimlər komputer vasitəsilə təsadüfi aparılır. Qalib gəlmək üçün xüsusi bir kriteriyaları yoxdur. Qaliblər təsadüfi komputer vasitəsilə seçildiyi  üçün yaş, təhsil, iş təcrübəsi, dil biliyi kimi amillər qalib olmaq üçün rol oynamır. 

Green cardı necə əldə etmək olar? 

Bu bir loteriya oyunudur. Hamının da şansı eynidir. Təxminən 100 nəfərdən biri qalib olur. Əgər qalib gəlməsəniz növbəti il üçün yenidən qeydiyyatdan keçməyiniz lazım deyil. Qalib gələnə kimi siz hər dəfə loto da iştirak edəcəksiniz. 

Loteriyada iştirak etmək üçün orta məktəbi bitirməyiniz bəs edir. Əgər orta məktəbi bitirə bilnəmisinizsə son 5 ildə istənilən sahədə 2 il iş təcrübənizin olması kifayət edir. Oyunda iştirak etməyiniz üçün sizin ingilis dilini bilməyinizdə lazım deyil. Dil biliyi və ali təhsil tələb olunmur. Göründüyü kimi greencard üçün şərtlər çox sadədir. Bu da greencardın digər vizalardan üstün cəhətidir. Greencard əldə etmək üçün sizə lazım olan ən əsas şey şansdır. 

Greencard üçün müraciət 

Greencard almaq üçün müraciət online formada olur. Siz Green card təşkilatları və digər şirkətlər vasitəsilə müraciət edə bilərsiniz. Amma bunlar sizin green kart qazanacağınız zaman müəyyən məbləğələr tələb etməkdədir. Ən etibarlısı isə öz rəsmi saytından qeydiyyatdan keçməkdir. Green Cart Müraciət linkinə klikləyərək əsas saytlarına daxil ola bilərsiniz.

Proqramda necə iştirak etmək olar? 

İştirak etmək üçün ərizə formasını və şəklinizi təqdim etməlisiniz (evlisinizsə, həyat yoldaşınızın və 21 yaşına kimi subay uşaqlarınızın da məlumat və şəkillərini təqdim etməlisiniz. 

Greencarda qeydiyyat ödənişli və ödənişsiz olur. Ödənişsiz qeydiyyat odur ki, qalib gəldiyiniz halda bütün xərcləri siz ödəyirsiniz. Ödənişli qeydiyyat isə 50 azn-başa gəlir. Və əgər qalib gəlsəniz bütün xərclər şirkət tərəfindən ödənilir. Ödənişli qeydiyyatdan keçdiyiniz halda qalib gəlməsəniz, ödədiyiniz 50 manatı geri ala bilməzsiniz.

Ödənişli qaliblərə bilet pulu pulsuz verilir. İstədiyiniz ştatda sizə iş və ev (kirayə) tapılmağında, dil kursuna yazılmaq istədikdə və s halda köməklik edilə bilər. Ölkə üzrə hər il nə qədər çox şəxs qeydiyyatdan keçərsə, həmin ölkədə şəxslərin qalib gəlmə ehtimalı da yüksək olur. Və həmin ölkəyə növbəti illərdə daha çox yer ayrılmasına səbəb olur. 

 Greencard proqramında cavablar hər il may ayında elan olunur. Təxminən 18 ay ərzində bir dəfə də olsa Amerikaya getməlisiz. İlk gedişinizdə 1 həftə qalmağınız bəs edir. Əgər bu müddət ərzində Amerikaya giriş etməsəniz greencard qalibi olmağınız ləğv olunur. Əgər müəyyən səbəblərə görə uzun müddət Amerikaya gedə bilməyəcəksinizsə, ABŞ – da miqrasiya idarəsinə ərizə yazıb 2 ilə kimi ABŞ – getməyə bilərsiniz. Ərizə yazdıqdan sonra uzun müddət ABŞ – a giriş etməsəniz belə kartınız aktiv qalacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button