Google Tag Manger Nədir?

Google Tag Manager – adından da göründüyü kimi saytınız üzərindən taqları idarə etmək üçün bir Google alətidir. Bu alətlə saytınıza Google Analytics, Search Console,  Ads taqlarını, Facebook Pixel və digər bir necə analiz  alətlərinin taqlarını  proqramistinizə ehtiyac qalmadan özünüz əlavə edə bilərsininiz.

Sayt üzərində taq əlavələrindən başqa bu alətin mobil tətbiqləriniz ( Android və İOS ) üçün də isitfadəsi mümkündür. Əgər saytınız e-ticarət saytıdırsa,  daha çox köməyinizə gələn Tag manager sizin online satışınızı, istədiyiniz hər hansısa “event”-i, yəni müştərinin etdiyi hər hansı sizə vacib olan prosesi izləyinizə köməklik göstərir.

Google Tag Manager sayta necə əlavə edilir?

Bunun üçün isə sadəcə Tag manager hesabı yaradıb, kodlarını sayta əlavə etməlisiniz. Bu hissədə özünüz edə bilmirsinizsə, proqramistə ehtiyac olacaq  🙂
Google-un öz paylaşdığı bu linkdəki məlumatlar sizə bu prosesdə köməklik göstərəcəkdir.  Tam anlayış üçün isə aşağıda xüsusi məqamları təkrar olaraq paylaşıram.

    1.  İlk Olaraq  Google Tag Manager səhifəsinə keçid edirsiniz.
    2. tag manager installation
      bu hissədən saytınız üçün tag manager yaratmaga başlayırsınız.
    3. Göstərilən məlumatları daxil edib davam edirsiniz.
      google installation 2
    4. Sonrakı səhifədə qaydalarını qəbul edirsiniz və təsdiqləyirsiniz.
    5. tag manager install 3 1
      Çıxan bu kodların üstəkini saytınızın  <head> taqlarının arasına,  aşağıdakını isə <body> taqına əlavə etməlisiniz.

Vugar Bunyatzade

Təcrübələrini, öyrəndiklərini və analizlərini sizinlə paylaşmaq istəyən Rəqəmsal marketinq mütəxəssisi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button