Su şirkətləri

İçməli su şirkəti

Su gündəlik həyatımızın ən ayrılmaz parçasıdır. Kifayət qədər su içmədən nə sağlam qala bilmək mümkündür, nə də su olmadan gündəlik həyat tərzimizi davam etdirə bilərik. Bütün bunlardan əlavə indiki dövrdə suyun istifadəsinə, xüsusilə də içməli suyun istifadəsinə insanlar xüsusi həssaslıqla yanaşmağa çalışırlar. Plastik şüşələrdəki suyu içməyin zərərli olması, filtrli su istifadəsi, icmeli su satan şirkətlərdən su sifarişi və s. kimi məsələlər öz aktuallığını qoruyur. Şirin su satan şirkətlərin sayı kifayət qədər çoxdur.

Su şirkətləri
Su sirketleri haqqında faydalı bir neçə məlumatı və ən çox müraciət edilən ən yaxşı su şirkətlərini sizinlə paylaşırıq:

1. Şirin Su http://(https://shirinsu.az/)

home image mini

Bakıda evlərə və ofislərə içməli su sifarişini həyata keçirə bilərsiniz. Suların çatdırılması pulsuz şəkildə həyata keçirilir. Şirin Su şirkətinin sularının keyfiyyəti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş və sertifikatlaşdırılmışdır.

2. Damla

124248 a4f5d7f11fb687439892d09f22f2191c 1



“Damla” suları “Damla Group” MMC tərəfindən qablaşdırılır. Damla sularının keyfiyyəti Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi və digər xüsusi qurumlar tərəfindən təsdiq edilmişdir. Supermarketlərdə və marketlərdə asanlıqda əldə edə biləcəyiniz içməli sulardandır.

3. Sirab (https://www.sirab.az/)

Sirab şirkəti Naxçıvan torpağının sərvətlərindən biri olan “Sirab” sularını – təbii və mineral süfrə suyu, qazlı və qazsız sular, böyük qablarda (sifariş üçün nəzərdə tutulan) təbii və mineral sular istehsal etməkdədir.

photo 27975

4. Badamlı http://(https://www.badamli.az/)

Ən məşhur Naxçıvan mineral sularından biri də Badamlı şirkətinin qablaşdırdığı sulardır. Bu sular Azərbaycanda qablaşdırılmış ən qədim mineral sulardan hesab olunur. Badamlı suları 5 mərhələdən ibarət filtrasiya sistemindən keçir və bu suların keyfiyyəti beynəlxalq standartlara cavab verir. Hətta Badamlı şirkəti mobil tətbiq vasitəsilə su sifarişini xeyli asanlaşdırmışdır.

6ea88c3f46b34f887d1329d059ded48a

5. Seylab (https://seylab.az/)

1558565621 6 1000x1000 1


Bu şirkət günəş şüalarının təsirinə məruz qalmadan hazırlanmış və ozonlaşdırılmış içməli suyu təklif edir. Bakıya və Sumqayıt şəhərinə ödənişsiz su çatdırılmasını həyata keçirirlər. Seylab sularının mənbəyi Xaçmaz rayonundan gələn “Şollar2 suyudur. 

6. Kəhrizsu (https://kehrizsu.az/)

60082

Kəhrizsu-dan istənilən ölçüdə su qablarını sifariş edərək su sifarisini həyata keçirə bilərsiniz. İnsan əli dəymədən hazırlanan və ozonlaşdırılmış sular eyni zamanda “Sərin bulaq” və “Dalğa” adı altında istehsal olunmaqdadır.
Qeyd olunan su sirketleri ilə yanaşı Slavyanka, Saf Su, Tovuz Su və s. su şirkətləri ilə sosial şəbəkələr və telefon nömrələri vasitəsilə əlaqə saxlayaraq su sifarişini təmin etmək mümkündür.


Hər gün ən az 1-1.5 litr içməli su içməyi unutmayın. Həmçinin suyun faydalarından yararlanmaq və sağlam bədənə sahib olmaq üçün ən yaxşı su şirkətini seçdiyinizdən əmin olun.
Ümid edirik, yuxarıda qeyd etdiyimiz məlumatlar su sifariş etmək istərkən köməyinizə çatacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button