Elon Musk kimdir?

Elon Musk kimdir? sualı insanlar tərəfindən həmişə maraqlı olub. Elon Musk son vaxtlar verdiyi müsahibələrlə Johhny Deep ilə olan mübahisəsi ilə gündəmdən düşmür. 

Elon Musk haqqinda 

Elon Musk kimi tanınan Elon Reeve Musk, 28 iyun 1971 ci ildə Cənubi Afrika Respublikasının Pretoriya şəhərində anadan olmuşdur. 

Elon Musk həm Cənubi Afrika Respublikası, həm Kanada, həm də Amerika Birləşmiş Ştatları vətəndaşıdır. 

Elon Musk biznesmen, mühəndis, ixtiraçı və investordur. 

Elon Musk SpaceX – in qurucusu və Tesla Motors və PayPal-ın ( əsli X.com) təsisçisidir. SpaceX – də CEO və baş dizayner; Tesla Motors – da prezident, CEO və məhsul dizayneri vəzifələrində çalışır. Musk eyni zamanda SolarCity-nin prezidentdir. 

Kraliça universitetindən ayrıldıqdan sonra Pensilvaniya üniversitetində iqtisadiyyat, Wharton məktəbində və Pensilvaniya universitetində Elm və İncəsənət universitetində fizika ixtisası üzrə ali təhsilini davam etdirdi. 

Bakalavr təhsilləri və Tomas Edison, Nikola Tesla, Bill Gates, Steve Jobs, Walt Disney kimi yenilikçilərdən aldığı ilhamla, Musk girmək istədiyi, ” insanlığın gələcəyinə təsir edəcək problemlərdən yaranan” üç sahə aşkar etdi. Bu sahələr internet, təmiz enerji və kosmosdu. 

Musk 1995 ci ildə Stanfordda tətbiqi fizika və materialşünaslıq sahəsində doktorantura təhsili almağa başladı. Ancaq iki gün sonra qardaşı Kimbal Muskla bərabər yeni təşkilatlar üçün onlayın məzmun nəşr proqramı olan Zip2 layihəsinə başlamaq üçün məktəbi buraxdı. 

Kimbal ilə birlikdə New York Times və Chicago Tribune qəzetləri üçün internet şəhər bələdçiləri yaradan Zip2 proqram şirkətini qurdu. Dörd il sonra şirkət Compaq-a satıldıqda Musk 22 milyon dollar qazandı. 

1999cu ildə dünyanın ilk X.com adlı onlayn bankını qurdu. Bir il sonra PayPal ilə birləşdi. PayPal – ın tez böyüməsi böyük ölçüdə Musk-un internetdə yayılaraq böyümə kampaniyasının nəticəsidir. PayPal səhmlərinin yüzdə 11.7-nə sahib olan Elon Musk, 2003 cü ildə şirkəti eBay tərəfindən 1.4 milyard dollara satın alındıqda böyük bir qazanc əldə etdi. 

2001- ci ildə,kosmosa göndərəcəyinə ümid etdiyi rus ballistik raketlərini satın almağa çalışarkən kosmik səyahətləri araşdırmağa başladı. Bunun əvəzinə SpaceX – də öz raketlərini yaratmağa başladı.2002ci ildə SpaceX şirkətini qurdu. Hal-hazirda bu şirkətin CEO – u və CTO-dur. SpaceX raket texnologiyasının vəziyyətini inkişaf etdirməyə fokuslanmış raket vasitələrini inkkşaf etdirən və istehsal edən bir şirkətdir. Şirkət təkrar istifadə edilə bilən raketlərin hazırlanmasında qabaqcıldır. İlk orbital raketi olan Falcon 9-u uğurla yerə endirdi. SpaceX, NASA üçün daşıyıcılıq etmə müqaviləsini qazananda, dəyəri 20 milyard dollardan çox oldu. 

Musk,Marsda şüşə günbəzlər altında bir milyonluq bir kolonyo yaratmaq üçün daha böyük planlara sahibdir. 

2004-cü ildə Musk, elektrikli avtomobilin dizaynına imkan verən Tesla Motors texnoloji startapına maliyyə dəstəyi verdi. 2008 – ci ildə boss olaraq vəzifə aldı və elektrikli avtomobilləri məhşurlaşdırmaq üçün təzyiq göstərməyə davam etdi. 

Elon Muskun 2018-ci ildə rəhbərlikdən istefa verdiyi şirkətin baza dəyəri, 2020-ci ilin yanvarında 100 milyard dollara çataraq məhşur sahibkarın şəxsi sərvətini artırmasına imkan yaratdı. 

Musk daha sonra əmisiuşaqları ilə birlikdə günəş panelləri istehsal edən SolarCity şirkətini qurdu. Şirkət indi Tesla Inc-məxsusdur. 

Yüksək sürətli dəmiryolu səyahətini yaxşılaşdırmağı hədəfləyən Hyperloop One ilə tünel qazmağın daha ucuz yollarını sınayan The Boring Company şirkətini də qurdu. 

Elon Muskun yeni təşəbbüsü insan beyni ilə bağlıdır. 

Musk-un başqa bir təşəbbüsü, kəllə sümüyünə implantlar vasitəsilə insan beynini süni zəka ilə birləşdirməyi hədəfləyən Neuralink şirkətidir. 

Muska görə kosmosun kəşfi insanlığın şüurunu qorumaq üçün deyilsədə, genişlətmək üçün əsaslı bir addımdır. Onun deyişi ilə bir çox planet həyatı insan irqinin həyatda qalmasını təhdid edən şeylərin qarşısını ala bilər.

Muskun məqsədi insanlı kosmik uçuşların maliyyətini onda birinə endirməkdir. 

Uşaq vaxtlarında yaratdığı “blaster” adlı oyunu 500 dollara sataraq ilk gəlirini əldə etmiş bu şəxsin bugünə gəlməsinin səbəbi oxuduğu kitablar idi. O öz müsahibələrinin birində qeyd etmişdir ki, gündə 10 saat kitab oxumaq onun üçün adi məsələdir. Yəni gün ərzində iki kitab oxuyub bitirirmiş. Musk daha çox kosmos və raketlərlə bağlı kitablar oxumağa önəm verirdi. Bununda səbəbi işə götürdüyü mühəndislərlə bütün detalları danışmaq istəməsi idi. 

Elon Musk təhsil, uşaq səhiyyəsi və təmiz enerji sahələrində xeyriyyəçilik fəaliyyətləri göstərən Mask fondunun yaradıcısıdır. Musk 2012-ci ilin aprelində The Giving Pledge – ə qatıldı və sərvətinin böyük bir hissəsini xeyriyyə işlərinə bağışladığını bildirdi. Musk əvvəlcə Warren Buffet və Bill Gates sayəsində məhşur olan bu kampaniyaya Arthur Blank və Michael Moritzdə daxil olmaqla Amerikanın ən zəngin ailələri və fərdlərindən ibarət 12 nəfərlik bir qrupla qatıldı.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button