Dropshipping nədir?

Dropshipping nədir – dropshipping haqqında

Dropshipping bir e-ticarət formasıdır, hansı ki, burada da məhsulları saxlamaq, stoklamaq və s. – problemləri düşünməyə gərək qalmadan alıcı ilə satıcı arasında əlaqə yaratmaq olur. Dropshipping internet vasitəsilə həyata keçirilən satış növlərindən biri hesab olunur.
Bu bloqda dropshipping haqqında maraqlandığınız sualları, dropshipping necə həyata keçirilir, dropshippinglə çox pul qazanmaq olarmı və digər sualların cavabını tapacaqsınız.

Dropshippingin üstünlükləri nelerdir?

Dropshipping niye elverislidir? Dropshipping-in ustunlukleri:

  • Minimum məbləğlərlə də başlamaq mümkündür ( az məbləğlə sərmayə qoyub başlayırsınız).
  • İşə ayırmalı olduğunuz zaman müddəti də qısa və rahat hesab olunur.
  • Ehtiyacınız olan sadəcə bir kompüter və internet təminatıdır.
  • Fərqli sahələrdən olan təchizatçı ilə eyni anda işləmək mümkündür.
  • Daha çox müştəriyə çatmaq imkanı var.
  • Karqo işləri üçün vaxt itirməyə gərək qalmır (bu kimi prosesləri təchizatçıları idarə edirlər). və s.

Dropshipping-in mənfi tərəfləri:

  • Burada rahat iş qurmaq şəraiti mövcud olduğu üçün dropshippinglə qazanan insan çoxdur və bu o deməkdir ki, dropshipping-də rəqabət güclüdür.
  • Rəqabətdə irəli çıxmaq üçün çox vaxt qiymətləri endirmək lazım gəlir və bu da bəzən gəlirin az olması deməkdir.
  • Müştərilərlə əlaqədə olmaq və onların problemlərini dinləmək təchizatçını, eləcə də sizləri yora bilər və s.

Dropshipping nece heyata kecirilir?

Dropshipping tamamilə online şəkildə həyata keçirilir. Bunun üçün özünüzə xüsusi e-ticarət saytı qura bilərsiniz və ya dropshippinglə məşğul olan saytlarda özünüzə hesab aça (bir növ, mağaza, profil) bilərsiniz. Sonra satmaq istədiyiniz məhsulları müəyyənləşdirirsiniz, bu məhsulları satan təchizatçı ilə razılığa gəlirsiniz, onlarla satışı planlayırsınız. Təbii ki, sonrakı mərhələdə həmin məhsullar haqqında düzgün informasiya əldə etmək, onları müştərilər üçün düzgün tanıtmaq, məhsulların xüsusiyyətlərini, üstünlüklərini və s. təqdim etmək də ən vacib detallardandır.
Dropshipping zamanı sizin olmayan məhsulu öz məhsulunuz kimi tanıyıb, öz məhsulunuz kimi təqdim etməli və satmalısınız. (Hər mənada güvənilir təchizatçılar ilə çalışmağınız çox önəmlidir).

Dropshipping təhlükəlidirmi? İnsanlar dropshippingi qeyri-qanuni fəaliyyət hesab etsələr də, bildirmək istərdik ki, dropshipping-in heç bir qeyri-qanuni tərəfi yoxdur. Onsuz da satış üçün hesab açarkən, sayt üzərindən dropshippingə qoşularkən tamamlamalı olduğunuz təhlükəsizlik şərtləri var. Bunları qəbul etmək isə elə işin qanuni tərəfidir.

Dropshippingdə ən çox satılan məhsullar hansılardır? Bunlar telefon aksesuarları (qulaqlıqlar, siçan (mouse) və s.) elektron əşyalar, müxtəlif gözəllik və baxım məhsulları (krem, şampun, maskalar və s.), kitablar, oyuncaqlar, hobbiləri (kartlar, puzzle, fərqli formatda albom və dəftərlər və s.) yerinə yetirmək üçün lazım olan kiçik əşyalar və s.-dən ibarətdir.

Dropshipping nedir, dropshipping haqqinda
Dropshipping nədir

Aşağıda dropshippinglə məşğul olan platformalardan bir neçəsi qeyd olunub:

  • eBay dropshipping
  • Aliexpress dropshipping
  • Amazon dropshipping
  • Hepsiburada dropshipping
  • Trendyol dropshipping
  • Gittigidiyor dropshipping və s.

Dropshipping məhsulların satışını və ümumi marketinqini həyata keçirdiyiniz bir gəlir qazanma üsuludur və bu qazanc metodu yalnız internet üzərindən çox mürəkkəb bir proses keçmədən gəlir qazanmağınıza yol açır. Siz də bu bloqu oxuyaraq və arzu etsəniz, daha çox araşdırmaq edərək öz dropshipping planınızı qura və həyata keçirə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button