Barmaqların Adları. Əl Barmaqları Haqqinda Melumat ✅

Barmaq insanlarda və bəzi heyvanlarda əllərin və ayaqların son hissəsini təşkil edən, düyünləri olan, hərəkət etdirilə bilən, uzun orqanların hər birinə verilən addır. Sağlam bir insanın cəmi 20 barmağı, 5-i sağ əldə, 5-i sol əldə, 5-i sağ ayağında, 5-i sol ayağında və hər barmaq ucunda fərqli ölçü formada  meydana gəlmə ehtimalı olan dırnaq adlanan sümüklü bir quruluş var. Buna anadan gəlmə yüksək saya ümumi adı Palidakti və ya altıbarmaqlıq deyilir. 

Sağlam bir insanda bütün barmaqlar tərpənib, bükülə bilər. İnsan bədənində barmaqların hərəkət etməsini təmin edən iki əsas əzələ quruluşu bə digər hərəkətləri təmin edən aurı əzələ quruluşu vardır. 

Barmaqların adları Şəkilləri ilə

Bir çox mədəniyyətdə hər barmağa fərqli ad verilir. Bizim dilimizdə barmaqlara verilən adlar belədir: (soldan başlayaraq) 

  1. Birinci barmaq: Baş barmaq 
  2. İkinci barmaq :  Şəhadət barmağı
  3. Üçüncü barmaq: Orta barmaq
  4. Dördüncü barmaq: Üzük barmağı
  5. Beşinci barmaq:  Çeçələ barmağı
Barmaqların Adları

Hansı barmaq hansı orqanla əlaqəlidir? – Yapon metodu. 

1️⃣ Başbarmaq 

Mədə və dalaqla əlaqəlidir. 
Fiziki simptonları əzələ və çiyin ağrıları, diş ağrısı, həzm problemləri. 

2️⃣ Şəhadət barmağı

Böyrək və sidik kisəsi ilə əlaqəlidir. 
Fiziki simptonları :qarın sancısı, dəri problemləri, baş ağrısı, əsəbilik. 

3️⃣ Orta barmaq

Öd və qaraciyər orqanı ilə əlaqəlidir. 
Fiziki simptonları :qan dövranı, menstrual ağrı,görmədə zəiflik, yorğunluq, miqren, frontal baş ağrısı problemləri. 

4️⃣ Adsız barmaq 

Ağciyər və qalın bağırsaqla əlaqəlidir. 
Fiziki simptonları :qulaqlarda küy, tənəffüs problemləri, astma, dəri xəstəliyi, həzm problemi

5️⃣ Çeçələ barmaq

Ürək və nazik bağırsaqla əlaqəlidir. 
Fiziki simptonları :ürək xəstəliyi, boğaz ağrısı, qarında köp, sümük ağrıları. 
Bunları bildikdən sonra, özünüzü narahat biss etdikdə, müəyyən qədər problemi aradan qaldıra bilərsiniz. 

Əlimizdəki barmaqların adları

Barmaqlar haqqında məlumat

Baş barmaq – digər barmaqlara nisbətən qalın və qısadır. Elm adamları baş barmağın barmaq olub olmamasınl müzakirə edir. Ancaq baş barmağın digər barmaqlarla eyni sümük quruluşu vardır. 

Şəhadət barmağı – Baş barmaqla orta barmaq arasındadır. Ən çox istifadə olunan barmaqdır. 

Orta barmaq – İşarət barmağı ilə adsız (üzük barmağı) barmaq arasında yerləşir. Ən uzun barmaqdır. 

Üzük barmağı – Orta barmaqla çeçələ barmaq arasında yerləşir. Bu adın səbəbi evli cütlüklərin üzüklərini bu barmağa taxmasıdır. Evli cütlüklərin üzüyü bu barmağa taxmalarının səbəbi Latın Avropa inancına əsaslanır. Bu inama görə, üzük barmağındakı damarların biri ürəklə əlaqəlidir. 

Çeçələ barmaq  – Bu adın səbəbi kiçik və incə barmaq olmasıdır. Ən sonuncu barmaq olub, üzük barmağının yanındadı. Çeçələ barmağın fəqli mədəniyyətlərdə fərqli mənaları vardır. 

Məsələn bizim ölkəmizdə çeçələ barmağı göstərmək, bəhsə girmək mənasına gəlir. İngiltərə mədəniyyətində isə çay içərkən çeçələ barmağı stəkana toxundurmamaq ədəb qaydasıdır.

3 rəylər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button