Bahar yorğunluğu nədir və sağlamlığınız üçün təsirləri
Bəlkədə hamınız üçün “bahar” oyanış təbiətin, heyatın canlanması deməkdir. Amma demək olar ki çoxumuz bahar yorğunluğundan xəbərsizik.
Bahar yorğunluğu nədir, əlamətləri nələrdir?
Bahar yorğunluğu mövsümi yorğunluqdur və bahar ilk gəlişi ilə yaranır. Bahar yorğunluğu günəş şüalarının düşməsi ilə qızan dənizlərdən daha çox suyun buxarlanması və bununla bərabər ortaya çıxan rütubət artımından yaranır. Yaz və isti keçən bahar aylarında istilik və yüksək rütubət bir aya gəlincə narahat edici gün yaşayırıq.
Bahar yorğunluğu ilk olaraq Amerikada 1850ci ildə ortaya çixib. 20 ci yüzilliyin əvvəllərində bahar yorğunluğu, uydurma bir xəstəlik olaraq qəbul edildi.
Bəs bahar yorğunluğunun əlametleri hansilaridi?
Bəlkədə əksəriyyətimiz bu əlamətləri hiss edib ciddiyə almırıq. Ama mütləq bunlara diqqət edilməlidi. Bunlar:
- yorğunluq,
- yuxu pozuntusu,
- iştah pozulması,
- əsəb,
- depresiyadır.
Gün ərzində yorğun hiss etdiyiniz üçün heç bir bir iş görmək istəməz və özümüzü halsız hiss edərik. Və ancaq yatmaq istəyirik.
Bahar yorğunluğu həmçinin diqqət pozğunluğu da yaradar. Və bu bizim iş və məktəb heyatimiza mənfi təsir göstərir. Ama bu əlamətlər “bahar yorğunluğu” heçdə hamıda rast gəlinməz. Kimiləri özlərini baharda yorğun və halsız hiss etsədə bəziləri isə baharda özlərini çox gümrah və enerjili saxlayar.
Biz bu yorğunluğa mövsümü də desək bu dönəmlərdə uzun çəkən yorğunluğa diqqət eləmək, ciddi yanaşmaq lazımdır. Bu zamanlarda yaxşə və yetərli qidalanmamaq, vitamin və mineral əksikliyi, təzyiq, ürək və infeksion xəstəliklər, siqaretin daha çox istifadəsi yorğunluğu artiran səbəblərdir.
Bəs bahar yorğunluğu necə keçər?
Bunun üçün yeməkdə az və tez-tez yemək prinsipinə keçmək lazimdi. Metoblizmamiz bu zaman daha tez-tez ve yaxşi işləyəcək.
Xəmir və ağir- yağli yeməklərdən uzaq durmaq lazimdi. Bunun əvəzində qoz, fındıq, kişmiş istifadəsini çoxaltmaq lazəmdır. Və təbii ki, mütləq qidamızda bol vitaminli meyvə və tərəvəzi artirmalıyıq.
Xüsusi ilə tərkibində B və C vitaminləri olan terevezləri gündəlik qidalanmamizda artirmaliyiq.
Gündəlik 2-3 litr su içilməlidir. Əsasəndə yatmadan əvvəl və yuxudan duran kimi bədənimizin su ehtiyyatini artırmalıyıq.
Yuxu rejimimizə mütleq diqqət etməli, hergün eyni vaxtda yatib eyni vaxtda oyanmalıyıq. Yuxu bahar yorğunluğundan qurtulmaq üçün ən gözəl yoldr.
Bol bol günəşlənməyə və idman etməyə diqqət edin. Əgər içki içirsinizsə azaltmağa çalışın. Çünki içki şüur altı problemləri ortaya çıxararaq vəziyyəti daha çıxılmaz edə bilər.
Strees və ona səbəb olacaq sebeblerdən uzaq durun.
Bahar yorğunluğu keçici bir hal ola bilər, ancaq diqqət edilməz və uzanarsa, başqa xəbərlərin başlanğıcı ola bilər. Buna görə də özünüzdə narahatlıq hiss etsəniz dərhal həkimə müraciət edin.
Bedeninizin və ruh sağliğinizin göstərdiyi narahatciliqlar qansızlıq, infeksionlar, mədə bağırsaq xəstəlikləri, xroniki yorğunluq sindromu, yuxu pozğunluğu ve depressiyanin xeberçisi ola bilər.
Bu ağrıların və problemlərin qarşısını almaq üçün faydalı bitkilərdən istifadə edə bilərsiniz.