Türkiyədə təhsil haqqında
Türkiyə şərqlə qərbin qovuşduğu yerdə yerləşir. Əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkədir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur: Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir.
Türkiyə BMT, NATO, BVF və Dünya Bankının üzvü, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, QDİƏT, İƏT və G-20 kimi təşkilatların qurucu üzvüdür. Hal-hazırda Türkiyə dövləti böyüyən iqtisadiyyatı və diplomatik təşəbbüsləri sayəsində regional güc olaraq qəbul edilir.
Türkiyədə turizm sektoru, demək olar ki, ildən ilə daha da inkişaf edir və iqtisadiyyatın vacib hissələrindən biridir. Bu sahədə olan inkişaf sayəsində minlərlə turist Türkiyə dövlətinə səyahət edir.
2018-ci ildə beynəlxalq turist ziyarətlərinin sayına görə 45.8 milyon xarici turist ilə dünyada 6-cı yeri tutdu.
Qüdrətli Türkiyə dövlətinin üstün cəhətlərindən bir qismini sadaladıq. Ən vacib sahələrdən olan təhsil sahəsində də yetərli irəliləyiş əldə edən Türkiyə dövlətinə xarici tələbə qəbulu ildən-ilə artmaqdadır.
Təhsil millətin gələcəyidir.
Elə buna görə də keyfiyyətli təhsil almaq üçün ən yaxşı təhsil müəssisələrini araşdırıb seçməliyik. Doğma vətənimizdə çoxlu mükəmməl təhsil verən universitetlər var. Amma bir çox gənclər xaricdə təhsilə üstünlük verir. Ən çox üstünlüyü də Türkiyəyə verirlər. Çünki Türkiyədə təhsilin bir çox üstün cəhətləri var.
Bəs nəyə görə gənclər Türkiyədə təhsilə üstünlük verirlər?
Türkiyədə təhsil sistemi son illərdə sürətlə inkişaf edib. 2013-cü ildə dünyanın 100 ən yaxşı reputasiyalı Universiteti siyahısında ilk Top 50-də Türkiyənin OTDÜ- təhsil ocağında yer alıb.
Türkiyədə Dövlət Universitetlərində illik təhsil haqqı bizdə və başqa Avropa universitetlərindəki təhsil haqqından azdır.
Türkiyədəki yaşayış və oraya gediş-gəliş asandır. Çünki arada məsafə çox azdır. Azərbaycan vətəndaşları üçün viza tələb olunmur.
Şərtlərin belə rahat olmasına görə də tələbələrin əksəriyyəti Türkiyədə təhsilə üstünlük verirlər. Türkiyədə təhsil almaq üçün bir sıra imtahanlar verməlisiniz.
Universitetlər özəl və ya dövlət olmaqla iki yerə ayrılır.
Türkiyədə təhsil almaq üçün Universiteti hər birinin özünün ayrıca şərtləri var. Əgər bakalavr təhsili almaq istəyirsinizsə, əvvəlcə SAT, TQDK və YÖS imtahanı verməlisiniz.
Türkiyə universitetlərində magistr təhsili almaq üçün şərtlər və imtahanlar fərqlənir.Universitetlərin bəziləri yalnız ortalama balı ilə, bəziləri isə TOEFL, GRE kimi imtahanlar tələb edirlər. Türkiyədə tibb, mühəndislik və digər sahələr üzrə təhsil alanlar çoxluq təşkil edir. Əsasən tibb sahəsi üzrə Türkiyə universitetləri ilk sıralarda yer tutur.
Türkiyədə təhsil almaq üçün ən yaxşı universitetlər aşağıdakılardır :
Turkiyede Dövlət universitetləri
- Orta Doğu Teknik Universiteti
- İstanbul Teknik Universiteti
- Yıldız Teknik Universiteti
- Boğaziçi Universiteti
- İzmir Yüksək Teknoloji Enstitüsü
- Hacettepe Universiteti
- Ankara Universiteti
- Cerrahpaşa Universiteti
- Marmara Universiteti
- Gazi Universiteti
- Ankara Yıldırım Beyazit Universiteti
- Anadolu Universiteti
- Dokuz Eylül Universiteti
- Muğla Sıtkı Koçman Universiteti
- Atatürk Universiteti
Türkiyədə Özəl Universitetlər
- Koç Universiteti
- Sabancı Universiteti
- Bahçeşehir Universiteti
- İstanbul Bilgi Universiteti
- Özyegin Universiteti
- Acibadem Universiteti
- Medipol Universiteti
- TED Universiteti
- Yeditepe Universiteti
- Kadir Has Universiteti
- Üsküdar Universiteti
- Başkent Universiteti
- İstanbul Gelişim Universiteti
- İstanbul Kültür Universiteti
- İstanbul Aydın Universiteti
Bu universitetlərin hər birində siz keyfiyyətli təhsil ala bilərsiniz. Çünki Türkiyədə təhsil son illər yüksək naliyyətlər əldə eləmiş, xeyli inkişaf etmişdir. Amma ümumilikdə ən yaxşı 10 universiteti sizlərə təqdim edirik.
- Orta Doğu Teknik Universiteti
- Koç Universiteti
- İstanbul Teknik Universiteti
- Sabancı Universiteti
- Hacettepe Universiteti
- Bilkent Universiteti
- İzmir Yüksək Texnologiyalar İnstitu
- İstanbul Bilgi Universiteti
- Özyeğin Universiteti
Türkiyədə oxumaq üçün ən yaxşı şəhərlər
Türkiyədə təhsil almaq üçün şəhər seçimi çoxdur. Təbii ki, bu tələbənin seçiminə , maraqlarına, ehtiyacına görə dəyişə bilir. Lakin seçim zamanı tələbələrin ən çox üstünlük verdikləri şəhərlər bunlardır:
- İstanbul
- Ankara
- İzmir
- Bursa
- Eskişehir
Bu şəhərlərdən başqa Antalya, Konya, Adana, Qaziantep və Diyarbəkir kimi şəhərlər də tələbələrin üstünlük verdiyi təhsil mərkəzləridir.
Türkiyə Ali Təhsil Sistemi
1981-ci ildə Türkiyə ali təhsil sistemini tamamilə yenidən qurmuş, çox qısa
müddətdə modernləşmiş və sürətlə genişlənmişdir. Türkiyədə bir çox universitet fəaliyyət göstərir ki, bunlardan bəziləri dövlət, bəziləri isə özəl universitetlərdir. Türliyədə yerləşən dövlət universitetləri dövlət tərəfindən maliyələşdirilir və özəl ali məktəblər isə özəlləşdirilir, yəni xaricdən maliyyə və təhsil haqları hesana əldə edilən gəlirdən asılıdır.
Türkiyənin Ən Yaxşı Ali Məktəbləri
Türkiyə universitetləri təhsil üçün ən yüksək səviyyədə müasir texnologiya ilə təchiz olunmuşdur. Bu universitetlər ən yüksək səviyyədə tibbi laboratoriyalara malikdir və universitet mühiti təhsilin keyfiyyətinin beynəlxalq standartlarına uyğun təşkil olunması üçün əlverişlidir.
Qeyd edək ki, Türkiyədə universitet ödənişləri və yaşayış xərcləri əksər Avropa ölkələri və Amerika Birləşmiş Ştatlarından daha ucuzdur və Türkiyə universitetlərini də fərqləndirən əsas məqamlardan biri də məhz budur.
Universitetlərdə yüksək təhsilin təmin edilməsi üçün peşəkar təhsil işçiləri çalışır. Savadlı, təhsildə öz sozünü demiş müəllim və professor heyəti vasitəsilə tələbələrə keyfiyyətli təhsil təqdim edilir və tələbələrə rəqamsal bacarıqları əldə etmək üçün bir çox imkanlar təqdim edir. Türkiyə universitetlərində dünyanın müxtəlif millətlərindən olan bütün ixtisaslar üzrə ən yaxşı professorlar var.
Türkiyədə təhsil almaq haqqında düşünürsünüz və hələ də tərəddüt edirsinizsə, oaradakl təhsilin üstünlüklərini sizlərin diqqətinə çatdlrmaq istəyirik:
- Yüksək səviyyəli təhsil
- Nüfuzlu universitetlər
- Geniş ixtisas seçimi
- Beynəlxalq diplom
- Geniş karyera fürsətləri
- Münasib təhsil haqqı
- Sərfəli yaşayış xərcləri
- Rəngarəng şəhərlər
- Yeni dostlar və s.
- Türkiyə universitetlərinin diplomları tanınırmı?
- Günümüzdə qardaş ölkənin universitetlərinin əksəriyyəti beynəlxalq standartlara cavab verdiyi üçün diplomlar da rəsmi formada tanınır. Bu isə dünyanın bir çox ölkəsində karyera qurmağınıza təminat verir.
Türkiyədə təhsil almaq istəyənlər nələrə diqqət etməlidir?
Türkiyədə təhsilini davam etdirmək istəyən şagird və tələbələr hər il artır. Həm bakalavr, həm də magistr üzrə minlərlə insan Türkiyədə təhsil almağa üz tutur. Burada təhsil almağın üstün cəhətləri çoxdur və bu müsbət cəhətlərdən yararlanmağa , öz gələcəklərini sağlam təməllər üzərində qurmağa çalışan gənclərimiz çoxdur. Türk犀利士 iyədə təhsil zamanı diqqət edilməli bir neçə məqam var ki, onları da diqqətinizə çatdırmaq istəyirik.
Türkiyədə təhsil almaq istəyənlər artdıqca bu sahədə xidmət göstərən şirkətlər də artır. Amma bu şirkətlərin hamısı doğru məlumat verməyə bilər. Türkiyədə təhsil almaq üçün hansısa şirkətə müraciət edirsinizsə, mütləq şirkəti araşdırın.
- Çalışın hazırlıqlara ən gec 9-cu sinifdən başlayın. Bu həm sizin reytinqli universitetlərə qəbulunuza zəmanət olacaq, həm də təqaüd qazanma şansınızı yüksəldəcək. Bu səbəbdən nə qədər tez başlasaz o qədər rahat olar sizin üçün.
- İnsanların sizə dedikləri özəl universitetlər pisdir, tanınmır kimi fərziyələrə inanmayın. Dünyanı ən reytinqli universitetləri həmişə özəl universitetlər olub. Türkiyədə də ən yaxşı universitetlər özəl universitetlərdir. Koç, Sabancı, Bilkent və s. Dövlət universitetlərinin də təhsil sahəsində inkişaf edənləri vardır.
- Universitetlərin saytında gördüyünüz keçid balları o demək deyil ki, sizin o qədər balınız varsa qəbul olacaqsınız. Xüsusilə dövlət universitetlərində keçid balı qədər və ya ondan bir az yuxarı balınız olarsa, qəbul mümkün olmur. Çünki müraciət çox olur və sizin balınız digərləri ilə nisbətdə rəqabətə davam gətirmir. Bu səbəbdən müraciət zamanı diqqətli olmağınızda fayda var.