Qrupların fənləri (2020). Qruplar üzrə fənlər ✅
Universitetə hazırlıq üçün 5 qrup var.
- I qrup
- II qrup
- III qrup
- IV qrup
- V qrup
Şagirdlər artıq aşağı siniflərdən imtahan verəcəyi qrupu seçir və o istiqamətdə hazırlaşmağa başlayır. Bəzəndə qrupu seçərkən şagirdin-abituriyentin bacarığı, qabiliyyəti də nəzərə alınır. Qruplar texniki və humanitar fənnlərə görə qruplaşdırılır. Yəni siz əgər humanitar fənnlərə meyillisinizsə II və III qrupu seçə bilərsiniz. Əgər dəqiq fənnləri daha yaxşı bilirsinizsə, sizdə riyazi məntiq daha güclüdüsə I və IV qrupu seçməyiniz məsləhətlidir. V qrup da imtahan verəcəyiniz fənnlər buraxılış fənnləridir. Əsasən bu qrupa qabiliyyət bacarığı olanlar verir.
Bəzi məktəblər də( pilot məktəblər) şagirdləri seçdikləri qruplara görə ayırır və o istiqamətdə – seçdikləri fənnlər üzrə dərslərə üstünlük verir.
Qruplarin fenleri Siyahısı
Hər qrupa uyğun olaraq aşağıda ona aid fənlər siyahısı qeyd edilmişdir. Buyurub hər biri ilə tanış ola bilərsiniz.
1 ci qrup üzrə fənnlər aşağıdakılardır :
- Kimya
- Fizika
- Riyaziyyat – Buraxılış imtahanı
- İngilis dili – Buraxılış imtahanı
- Azərbaycan dili – Buraxılış imtahanı
Yuxarıda da qeyd etdiyim kimi dəqiq fənnləri – Riyaziyyatı, Fizikanı sevənlərin qrupu.
1 qrup da əsas balı verən yəni üstünlük təşkil edən fənnlər Fizika (200 bal), Riyaziyyatdır (200 bal). Digər fənnlər isə 100 bal hesablanır. Yəni hazırlığa başlayanda bu fənnlərə digərlərindən daha çox diqqət ayırmalısınız. 1 ci qrup ixtisaslarını isə digər səhifəmizdəki siyahıdan baxa bilərsiniz.
2 ci qrup üzrə fənnlər aşağıdakılardır :
- Riyaziyyat – Buraxılış imtahanı
- Azərbaycan dili – Buraxılış imtahanı
- İngilis dili – Buraxılış imtahanı
- Coğrafiya
- Tarix ( Azərbaycan tarixi+Ümumi tarix)
Həm humanitar həm də dəqiq fənnlərin qarışığı olan qrup . Bu qrupa abituriyentlərin daha çox maraq göstərməsinin səbəbi ixtisas baxımından zəngin olmasıdır. Son illərə qədər ikinci qrupda abituriyentlər tarix üzrə yalnız Azərbaycan tarixindən imtahan verirdilər. Artıq bir neçə ildi Azərbaycan tarixinə Ümumi tarixdə əlavə olunub. Yəni ayrı ayrı deyil,bir fənn kimi. Amma Azərbaycan tarixi ilə Ümumi tarixin ayrı ayrı fənnlər olduğunu nəzərə alsaq abituriyentlərin yükü ağırlaşmışdır. Sanki 5 deyil 6 fənndən imtahan verirlər. Bu qrupda üstünlük Riyaziyyat ( 200 bal) və Coğrafiya (200 bal) fənnlərinə verilir. Yəni digər fənnlərə nəzərən bu iki fənndə 1 suala görə bal iki qat hesablanır.Digər fənnlər hər biri 100 bal. Qrupun əsasını Riyaziyyat və Coğrafiya fənləri təşkil etdiyinə görə sizdə Riyaziyyat fənninə maraq və riyazi fənnlərə qabiliyyət, bilik üstün olmalıdır.
3 cü qrup üzrə fənnlər aşağıdakılardır :
- Azərbaycan dili ( Tədris dili) – Buraxılış imtahanı
- Xarici dili – Buraxılış imtahanı
- Riyaziyyat – Buraxılış imtahanı
- Azərbaycan dili ( Tədris dili) – Qəbul imtahanı
- Ədabiyyat
- Tarix ( Azərbaycan və dünya)
III qrup humanitar fənnləri daha tez öyrənənlər üçündür. Əgər ədəbiyyatı, tarixi yəni ümumiyyətlə məsələ həllini deyil, oxumağı sevirsinizsə bu qrup tam sizlikdir.
III qrup həm fənnlərunı həm də ixtisaslarına görə biraz ağırdır. Yəni yaxşı ixtisas seçmək üçün qəbul balınız yüksək olmalıdır.
3 cü qrupda əsas fənnlər Azərbaycan dili ( Tədris dili) hər iki imtahan üzrə 200 bal
Tarix ( Azərbaycan və ümumi) qəbul imtahanı 200 bal formasında hesablanır. Digər fənnlərin hər biri 100 bal hesablanır.
4-cu qrup üzrə fənnlər aşağıdakılardır:
- Azərbaycan dili – Buraxılış imtahanı
- Riyaziyyat – Buraxılış imtahanı
- Xarici dili – Buraxılış imtahanı
- Biologiya
- Fizika
- Kimya
3 fənn Azərbaycan dili, Riyaziyyat, Xarici dili – yəni buraxılış imtahanı verəcəyiniz fənnlər bütün qruplar da var. İmtahanın 1ci mərhələsində bu fənnlərdən imtahan verirsiniz. İkinci mərhələdə isə əsas fənnlərdən imtahan verilir.
IV qrupun əsas fənni Biologiyadır (200 bal). Qalan bütün fənnlərin hər biri 100 bal hesablanır.
IV qrupda əsasən riyazi-məntiqi uşaqlar üçündür demək olar. İxtisas baxımına görə də zəngin qrupdur. Tibb təhsili almaq üçün yalnız IV qrup a sənəd verməlisiniz.
5-ci qrup üzrə fənnlər
5 ci qrupun fənnləri aşağıdakılardır :
- Azərbaycan dili ( Tədris dili) – Buraxılış /Qəbul imtahanı
- Riyaziyyat – Buraxılış /Qəbul imtahanı
- Xarici dili – Buraxılış /Qəbul imtahanı
5 ci qrupa sənəd verəndə yalnız Buraxılış fənlərindən imtahan verəcəksiniz. V qrupda bütün fənnlər də bal eynidi. Üçündə də 100 bal. 2019-cu ildən etibarən V qrupda maksimum bal 90 deyil 300 baldır.
5 ci qrupda Buraxılış fənnlərindən əlavə qabiliyyət imtahanlarınıda verilməlidir.
V qrupa sənəd verən abituriyentlər qəbul imtahanının ikinci mərhələsini vermədən müsabiqədə iştirak edə bilərlər.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları haqqında məlumat ” Abituriyent” jurnalının xüsusi buraxılışı olan ” Xüsusi Qabiliyyət imtahanları” jurnalının ilk sayında verilib.
2ci qrupda ingilis dili yerinə rus dilindən imtahan vermək olar?
Yox
5 cı qurupda hansi ixtisarlar var
Beli