Xaricdə bakalavr təhsili
Bakalavr ( lat baccalarius və ya accalarium; bacca-meyvə, larius-dəfnə mənası dəfnə meyvəsi )- Bolonya prosesində iştirak edən ölkələrdə ali təhsil proqramının birinci pilləsini mənimsəyən şəxslərə verilən akademik dərəcə və ya ixtisaslaşma göstəricisi; bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir.
Lakin istisna lar da var, məsələn, Amerika Birləşmiş Statlarında az sayda ikinci pillə dərəcəsini bitirənlər də uyğun sahədə bakalavr adını alırlar. Fransada isə tam orta təhsili başa vuranlar bakalavr dərəcəsi alırlar.
İlk dəfə orta əsrlərdə Qərbi Avropa universitetlərində tətbiq olunmuşdur.
Orta məktəbi bitirən və bitirmək üzrə olan bir çox gənc bakalavr pilləsi üzrə təhsil alıb arzuladğı peşə və ixtisasa yiyələnərək öz gələcək karyerasını sağlam bünövrə üzərində qurmaq istəyir. Bəzi gənclər isə bu arzunu xaricdə reallaşdırmaq niyyətindədir.
Xaricde tehsil almaq hər bir gəncin arzusudur. Xaricdə həm bakalavr həm də magistr təhsili almaq mümkündür və əlçatandır.
Xaricde bakalavr tehsili almaq üçün orta məktəbdə aşağı siniflərdən hazırlaşmaq lazımdır. Xaricdə təhsil almağın əsas şərtlərindən biri xarici dil biliyidir. Əsasəndə ingilis dilini 6-7 ci siniflərdən daha yaxşı ciddi öyrənmək lazımdır.
Xaricdə təhsil şəxsi inkişaf və akademik nailiyyətlər üçün əla fürsət ola bilər. Bu, tələbələrə yeni mədəniyyətlər yaşamağa, mühüm bacarıq və perspektivlər qazanmağa və dünyanın hər yerindən olan insanlarla ömürlük əlaqələr qurmağa imkan verir. Xaricdə təhsil almağı düşünərkən bir neçə şeyi nəzərə almaq lazımdır. Əvvəlcədən planlaşdırmaq və yola düşməzdən əvvəl bütün lazımi sənədlərin və vizaların olduğundan əmin olmaq vacibdir. Xaricdə təhsilin maliyyə məsələləri, o cümlədən təhsil haqqı, yaşayış xərcləri və səyahət xərclərini araşdırmaq vacibdir.
Xaricdə bakalavr təhsili üçün hansı imtahanlar tələb olunur?
Xaricdə təhsil almaq üçün əsasən İELTS və TOEFL imtahanları tələb olunur. Bu imtahanlar ingilis dilində təhsil almaq istəyənlər üçündür. Əgər xarici ölkələrdə təhsil almaq istəyirsinizsə bu imtahlardan mütləq keçməlisiniz. Amma elə universitetlər də var ki bu imtahanları tələb etmir. Yalnız universitetdaxili tələb edilən imtahanla tələbə qəbul edir. Lakin elə ölkələr var ki, başqa imtahanlar tələb edir. Məsələn Türkiyə universitetlərində təhsil almaq üçün SAT imtahanı verməlisiniz. SAT imtahanının nəticələrini həmçinin ABŞ və Kanada universitetləri də qəbul edir.
Xaricdə təhsil almaq üçün qoyulan yaş həddi 17 və 18-dir. Bu ölkələrə görə dəyişir.
Xaricde bakalavr təhsili almaq üçün attestat qiymətləri də mühüm rol oynayır. Çalışın ki attestatda orta qiymət 4-dən yuxarı olsun. Bakalavra gedəcəyiniz ixtisasa uyğun olan fənnlər 4 və ya 5 olsa qəbul olma şansınız da artacaq.
Xarici universitetlərə TQDK balı ilə qəbul.
Türkiyədən başqa heç bir xarici universitetlər TQDK balı ilə qəbul etmir. Ona görə də xaricdə təhsil almaq istəyirsinizdə TQDK imtahanına hazırlaşmaq lazım deyil. Xaricdə tehsil üçün attestat almağınız kifayətdir. Təbii ki, İELTS və TOEFL imtahanlarına da hazırlaşmaq lazımdır .
Xaricdə birbaşa bakalavr təhsili almaq üçün həmin ölkələrin bizim attestatı tanımaları vacibdir. Bəzi ölkələr bizim Orta Təhsil Haqqında Attestatı öz orta məktəb sistemləri ilə eyni saydığı və tanıdıqları üçün Azərbaycanlı tələbələr bu dövlətlərin universitetlərinə birbaşa qəbul ola bilirlər.
Baklavr pilləsi orta məktəbi bitirdikdən sonra universitet təhsilinə ayaq qoyacağınız ilk pillədir.Bakalavr pilləsi ürə təhsil bəzi ölkələrdə 3 (Avropa), 4 (MDB və Amerika) və digər ölkələrdə isə 5 illik ola bilər. Bu hər ölkənin təhsil sisteminə görə müəyyənləşir. Lakin hal-hazırda 3 və 4 illik proqramlar dünyada daha çox yayılmışdır.
Azərbaycanlı gənclər üçün daha məqbul variantlar iki sistem üzrə aparıla bilər:
- Azərbaycanda 11-ci sinfi bitirib birbaşa bakalavr pilləsinə qəbul edən ölkələr
- Azərbaycanda 11-ci sinfi bitirib baza təhsilini keçdikdən sonra qəbul edən ölkələr
Xaricdə birbaşa təhsil almaq üçün ölkələrin bizim Attestatı tanımaları önəmlidir. Müəyyən ölkələr bizim Orta Təhsil Haqqında Attestatı öz orta məktəb sistemləri ilə eyni saydığı və tanıdıqları üçün Azərbaycanlı tələbələr bu ölkənin universitetlərinə qəbul ola bilərlər. Amma burada bəzi ölkələr Azərbaycanın TQDK imtahanı olmadan qəbul edirlər, bəziləri isə TQDK imtahanı tələb edirlər. Bura aşağıdakı ölkələr daxildir:
Polşa Universitetləri (Attestat və İngilis dili sertiikatı)
Litva (Attestat və İngilis dili sertiikatı)
Latvia(Attestat və İngilis dili sertiikatı)
Litva (Attestat və İngilis dili sertiikatı)
Estoniya (Attestat və İngilis dili sertiikatı)
Luksemburq (Attestat və İngilis dili sertiikatı)
Macarıstan (Attestat və İngilis dili sertiikatı)
Amerika Birləşmiş Ştatlarında Universitetlər üçün (Attestat+SAT 1 və2)
Kanadada yerləşən Universitetlər (Attestat və İngilis dili sertiikatı)
Niderland Krallığı (applied sciences) (Attestat və İngilis dili sertifikatı)
Türkiyə Dövlət Universitetində (TQDK balı, SAT1, DAxili YƏÖS+Attestat+Türk dili və ingilis dili sertiikatı)
Avstriya ( Attestat, TQDK balı, Alman dili və ya ingilis dili sertiikatı)
Xaricdə təhsil almaq üçün ikinci qrupa aid olan ölkələr isə Azərbaycanda 11-ci sinfi bitirən şagirdləri birbaşa qəbul etmir. Çünki həmin ölkələrdə orta məktəb 12 və yaxud da 13 illikdir. Bunun üçün ya həmin ölkədə 1 illik “Foundation” proqramını keçməlisiz ya da Azərbaycanda 1 il və yaxud da 2 il bakalavr təhsili almalısınız. Bu qrupa demək olar ki, qalan bütün ölkələr daxildir.
- Almaniya (iki il universitet təhsili və ya Ştudien Kollec)
- Fransa ( bir il universitet təhsili və ya Fransada bir il foundation proqramı)
- Böyük Britaniya Universitetləri ( bir il universitet təhsili və ya Fransada bir il foundation proqramı)
- Norveç (iki il universitet təhsili və Norveç dili)
- İsveç (iki il universitet təhsili və İngilis dili)
- Finlandiya (iki il universitet təhsili və İngilis dili)
- İrlandiya (bir il universitet təhsili və İngilis dili)
- İtaliya (bir il universitet təhsili və İngilis və ya İtalyan dili)
- İspaniya (bir il universitet təhsili və İngilis və ya İspan dili)
- Asia ölkələri (Korea, Yaponiya, Çin) (bir il universitet təhsili və İngilis dili
XARİCDE BAKALAVR TEHSİLİ- TƏHSİL ÜÇÜN UĞURLU ADDIMLAR.
Xaricde bakalavr tehsili almaq istəyirsinizsə, ilk əvvəl hansı ölkədə təhsil almaq istədiyinizə qərar verməlisiniz. Daha sonra seçəcəyiniz fakültə üzrə seçdiyiniz universitetin həmin ixtisas üzrə reytinqini öyrənməlisiniz. Bundan sonra lazımı sənədləri toplayıb universitetə təqdim etməlisiniz. Xərclər haqqında isə maraqlanmaq üçün həmin ölkədə aylıq minimum əmək haqqını öyrənərək, sizin üçün nə qədər məbləğin lazım olduğunu müəyyənləşdirə bilərsiniz. Xaricde bakalavr tehsili almaq seçdiyiniz universitetin prestijinə görə sizə uğur gətirə bilər. Keyfiyyətli təhsil verən universitet seçimində biz sizə kömək göstərə bilərik.
Hazırda dünyanın istənilən təhsilyönümlü reytinq siyahısında Harvard Universiteti tərəfindən təklif edilən MBA proqramı ilk pillələrdə yer alır. Ötən il dərc edilən statistikaya əsasən, “Harvard Business School” məzunlarının aldıqları orta maaş illik $150000 səviyyəsindədir. Sonuncu dəfə 61 müxtəlif ölkənin vətəndaşının məzun olduğu “HBS”-ə, sözsüz ki, ölkəmizdə də qəbul potensialı yüksək olan şəxslərin sayı kifayət qədərdir.
Lakin Amerika universitetlərinə qəbul üçün şansları sınamazdan öncə ödənilməsi gərəkən müraciət haqqı bir çoxunu bəlkə də həyatlarının ən böyük fürsətindən məhrum edir. Harvard Universitetiistedadlı şəxslərin qarşısındakı maliyyə əngəllərini aradan qaldırmaq üçün maddi sıxıntıları olan müraciət edənləri 250$ məbləğində bu xərcdən azad edəcək.
IELTS imtahanı haqqında məlumat
IELTS nədir və nə üçün lazımdır?
IELTS – International English Language Testing System, yəni Beynəlxalq İngilis dili Test Sistemi. Başqa dildə desək, ingilis dili səviyyə ölçmə imtahanı – hansı ki, dünya miqyasında 10.000 institut və təhsil təşkilatları tərəfindən tanınır və xaricdə təhsil almaq üçün lazım olan sənədlər arasında lider dil sertifikatlarından biridir. İngilis dilində danışılmayan, lakin həmin dildə bakalavr və magistr təhsili olan ölkələr müraciət edən namizədlərin (IELTSə müraciət edən şəxsə “candidate”, yəni namizəd deyilir) ingilis dil biliyini bu sertifikat vasitəsilə təsdiqləyir. Imtahan British Council və ya digər yerli partner təşkilatlarda verilə bilər. IELTS sertifikatı, o cümlədən xaricə miqrasiya etmək istəyən şəxslər üçün də tələb olunur. Belə ki sertifikat iki istiqamətdə təklif edilir:
1.İELTS GENERAL – Avstraliya, Kanada, Yeni Zellandiya və Birləşmiş Krallıq kimi ölkələrə xarici miqrant kimi getmək istəyən namizədlərin sosial və iş mühitində ingilis dilini istifadə edə bilmə qabiliyyətini yoxlayır. Belə ki, onlara təqdim edilən IELTS General imtahanı IELTS Academic imtahanı ilə eyni struktura malik olsa da, qiymətləndirmə sistemi bir az fərqlidir və oxuma (reading) və yazma (writing) bölmələri daha ümumi və sosial məsələləri əhatə etdiyi üçün nisbətən asandır.
2.İELTS ACADEMİC – İngilis dilində təhsil verən əksər universitetlərin qəbul prosesində tələb etdiyi IELTS sertifikatı məhz bu növə aiddir. Tələbələr və ya ingilis dilində bakalavr təhsili almaq istəyən abituriyentlər bu imtahandan uğurla keçməlidir. Tələb olunan bal, universitetə görə dəyişir. Əksər hallarda 6.5 bal tələb olunur.
Xaricdə təhsil almaq istəyən gənclərin ən çox müraciət etdikləri ölkə Türliyədir. Qardaş ölkənin universitetlərində bakalavr təhsili almaq istəyən həmvətənlərimizə yardım edə biləcək bəzi məlumatları nəzərinizə çatdırmaq istəyirik:
Bakalvr Proqramlarına Müraciət
Türkiyədəki universitetlərdə bakalavr təhsili almaq istəyən azərbaycanlı tələbələrdən aşağıdakı sənədləri tələb oluna bilər. Mövzu ilə bağlı dəqiq məlumat almaq üçün təhsil almağı seçdiyiniz universitetlə əlaqə saxlaya bilərsiniz.
- Beynəlxalq Tələbə Qəbulu Forması
- Attestat və onun tərcüməsi (türk və ya ingilis)
- Təsdiq edilmiş transkript və onun tərcüməsi (ingilis və ya türk)
- Dil biliyini təsdiq edən sənəd (Tələbələrin universitetin dil biliyi tələbini qarşılaması vacibdir. Bu kriteriyaya cavab verə bilməyən namizədlərdən universitetin öz imtahanını verilməsi tələb olunur. Bu imtahanından keçə bilməyən tələbələr universitetin İngilis dili hazırlıq proqramında iştirak etməlidirlər)
- Beynəlxalq keçərliliyi olan Universitet Qəbulu İmtahanı Nəticəsi (Hansı imtahanların keçərli olduğunu öyrənmək üçün müvafiq universitetlə əlaqə saxlanılmalıdır. Beynəlxalq miqyaslı imtahanlardan kifayət qədər bal toplaya bilməyən tələbələr, universitetin beynəlxalq tələbələr üçün öz imtahanlarına girə bilərlər)
- Maliyyə Zəmanət məktubu
- Qeydiyyat haqqı
Qeyd üçün tələb olunan bütün sənədlər Akademik Təqvimdə elan olunan qeyd tarixindən əvvəl oxuyacağınız universitetə təqdim olunmalıdır.