Vizitkart nə üçün lazımdır?
Vizitkart ən sadə izahıyla, firmalar ya da şəxslər üçün hazırlanan, üzərində tanıtıcı qısa məlumatların olduğu kartlardır. Vizitkalar üzərində adətən aşağıdakı bilgilər mövcud olur.
1. Ad,soyad
2. Şirkət logosu/adı
3. Vəzifən/ öhdəliklərin
4. İş və ya şəxsi nömrə
5. Email adresi
6. Veb ünvan
7. Fiziki ünvan və s.
Vizitkar bəzi iş adamları üçün çox ciddi göstərici olsa da, bu işə də biraz kreativlik qatan insanlar var. Hansı ki, sizi təqdim edilən bu kartlar həm də sizin nə işlə və necə biri olduğunuzun da göstəricisi olmuş olur.
Vizitkart niyə önəmlidir?
Vizitkart görüşlər zamanı iş adamlarının əlaqə yaradarkən bir birinə təqdim etməsi və tanıtması üçündür. Vizitkalar iş toplantıları, yığıncaqlar və iş görüşlərinin sonunda insanların bir birinə təqdim etdikləri ən önəmli vasitədir. Bu görüşlərdə tanışlıq üçün kifayyət qədər vaxt olmur və bu kartlar sizin qarşınızdakına təsir etmək üçün ilk və son şansınız ola bilər. Bunun üçün də vizitkart dizaynı çox ciddiyə alınası məsələdir.
Hətta bu kartlar sizin şəxsi brendinqinizi yansıdan, sizin və şirkətiniz üçün xüsusi marketinq vasitəsidir.
Vizitkalar da insanlara görə fərqli dizaynlarda və cəlbedici olurlar. Məsələn bu vizitkanı aldıqda siz kimə məxsus olduğunu və nə işlə məşğuldur bunları tam olaraq görə bilirsiniz. Yaradıcı olduğu üçün də sizin beyninizə xoş bir təssurat kimi həkk olunur.
Vizitkart həm də sizin öz eqonuzu artırmaq üçün lazım olan bir vasitədir. Məsələn siz özünüzə kart hazırlatdırıb vəzifənizi “CEO” edirsiniz və bu sizə gələcək işlərinizdə stimul verir. Siz daha çox bu işin sahibi kimi özünüzü görür və təqdim edirsiniz. Buna misal Facebook yaradıcısı Mark Zuckerberg-i misal göstərə bilərik.
Vizitkalar vasitəsiylə hətta insanlarda ilk xoş təəsuratları da yarada bilərsiniz. Məsələn aşağıdakı fotoqraf kimi 🙂
Bundan başqa işiniz haqqınızda xüsusi bir dizaynda vizitkalar da hazırlada bilərsiniz. Bu isə sizin işiniz haqqında daha ciddi məlumatlandırıcı və viral olacaq bir kart ola bilər. Aşağıdakı kimi.
Bəzən isə sizin vizitkartınız elə öz məhsulunuzun üzərində ola bilər. Bu isə marketinq üçün çox önəmlidir. Hətta sizin markanızı tanıtmaq üçün ən vacib göstəricilərdəndir.
Vizitkartlar haqqında ən çox verilən suallar.
Vizitka sifarişi üçün kimə müraciət etməliyik?
Vizitka sifarişi üçün əvvəlcə istədiyiniz kart dizaynını seçim çap şirkətlərinə müraciət etməliiniz.
Vizitka capi üçün hansı şirkətlər daha yaxşıdır?
Vizitka capi üçün müraciət edərkən hansı materialda vizitka hazırlatdırmaq istədiyinizi müəyyənləşdirib, ona uyğun cap yerləri axtarmalısınız.
Vizitkalarin hazirlanmasi zamanı nəyə diqqət etməliyik?
Vizitkalarin hazirlanması zamanı əsasən daha keyfiyyətli kağız və plastiklərdən istifadə edilməsinə fikir vermək lazımdır.
Vizit kart dizaynında nəyə fikir vermək lazımdır?
Vizit kart dizaynı zamanı sizin işə uyğun olub olmamasına görə əsas ölçülərinə və rənginə diqqət etmək lazımdır.
2024 qeyri is gunleri almaniya pulu alman pul vahidi az büdcə ilə biznes qurmaq Azərbaycanın görməli yerləri beden dili biznes qurmaq üçün ideyalar bədən dili bədən dili psixologiyası cfa imtahani haqqinda cfa nedir dropshipping haqqinda dropshipping haqqında dropshipping nedir dövlətlərin pul vahidləri evden pul qazanmaq fobiya fobiyalar fobiya ve qorxu fransa pul vahidi fransız frankı Hindistan pul vahidi Hindistan rupisi internetden pul qazanmaq internetdən pul qazanmağın yolları maliyye sertifikati motivasiya motivasiya nedir pr haqqinda pr nedir pr ve marketinq pr ve reklam pul vahidleri pul vahidleri haqqinda pul vahidləri qeyri is gunleri qeyri iş günü qrafik dizayner qrafik dizayner nedir qrafik dizayn ixtisası seki gormeli yerler sekinin gezmeli yerleri sheki azerbaijan Yuan haqqında çox pul qazanmaq