Ukraynada Attestatla Tehsil ✔︎

Xaricde təhsil almaq istəyən tələbələrin əksəriyyəti Ukraynada attestatla tehsil almağa üstünlük verirlər. Ukraynanın hər bölgəsi, fərdi ənənələri, mətbəxi, tarixi abidələri gənclərdə maraq yaradır. Ukraynada attestatla təhsil keyfiyyəti ilə fərqlənir. Hər il universitetlərə minlərlə tələbələr müraciət edir. Ukrayna xalqının çox mehriban olduğunu və xarici tələbələrə çox yaxşı münasibət bəslədiyi heç kimə sirr deyil. İkili diplom və beynəlxalq mübadilə proqramları üzrə imzalanmış müqavilələr Ukrayna universitetlərini xarici tələbələr üçün cəlb edici səbəblərdən biridir.

➡️ Ukraynada tehsil imkanları haqqında

Ukrayna universitetlərinə qəbul ildə 2 dəfə həyata keçirilir. Hazırlıq şöbəsinə isə ildə iki dəfə qəbul olmaq olar. Xaricdə təhsil almaq istəyənlər üçün bu əlverişlidir. Çünki tələbələr viza gecikmələri və ya xaricdə təhsil almaqla bağlı digər problemlərdən narahat olmurlar.

Ukraynada təhsil müəssisələrinin çoxu dövlət statusuna malikdirlər. Ölkədə özəl universitetlər də fəaliyyət göstərir. Amma xaricdən gələn tələblərin əksəriyyəti dövlət universitetlərinə üstünlük verirlər.

Ukrayna universitetlərində tələbə olmaq Avropa və Amerika universitetləri ilə beynəlxalq mübadilə proqramlarında iştirak etmək üçün əlverişli imkandır.

Ukraynada həm bakalavr həm də magistr təhsili almaq imkanınız var.

Bakalavr təhsili üçün lazım olan sənədlər aşağıdakılardır :

Qeyd :Müqavilə bağlayıb qeydiyyata düşmək üçün şəxsiyyət vəsiqəsi və xarici pasport yetərlidir.

Müqavilə bağladıqdan sonra lazım olan sənədlər bunlardır:

  1. Attestat
  2. Xarici pasport
  3. Doğum haqqında şəhadətnamə
  4. Sağlamlıq haqqında şəkilli arayış (Forma 86)
  5. SPİD sertifikatı
  6. Fotoşəkil 3×4 ölçüdə qırmızı fon 6 ədəd

Diplomun tanınması

Tələbələri maraqlandıran suallardan biridə Ukrayna universitetlərinin diplomunun Azərbaycanda tanınıb tanınmamasıdır. Azərbaycan və Ukrayna arasında 2001-ci il təhsil müqaviləsinə əsasən Ukrayna təhsil sənədləri Azərbaycanda qarşılıqlı şəkildə tanınır. Ukrayna diplomları Azərbaycanla yanaşı Avropanın 30 ölkəsində tanınır.

Ukraynada Attestatla təhsil şərtləri nələrdir?

Heçbir imtahan vermədən Ukrayna universitetlərində attestatla təhsil almaq olar.

Ukraynada attestla təhsil almaq üçün lazım olan sənədlər aşağıdakılardır :

  1. Attestat
  2. 9-10-11 ci siniflərin qiymət çıxarışı
  3. 8 ədəd 3×4 və 8 ədəd 4.5×6 ölçüdə fotoşəkil
  4. Şəxsiyyət vəsiqəsi
  5. Sağlamlıq haqqında arayış

Tələbələri maraqlandıran digər bir məsələdə hərbi möhlət hüququdur. Qeyd edimki Ukraynada tehsil alan tələbələr təhsil müddəti ərzində hərbi xidmətdən möhlət alaraq azad olur.

Ukraynada təhsil ala biləcəyiniz ixtisaslar aşağıdakılardır :

  • Maliyyə və kredit
  • Uçot və audit
  • Beynəlxalq hüquq
  • Hüquq fakültəsi
  • Turizm fakultəsi
  • Otel
  • Tikinti İnşaat
  • Kompüter elmləri
  • Nəqliyyatın idarə edilməsi
  • Neft və Qaz fakultəsi
  • Tibb fakultəsi və s.

9 – cu sinifi bitirən şəxslər də Ukraynada dövlət və özəl universitetlərdə təhsil almaq hüququna malikdirlər.9-cu sinifi bitirmiş şəxslər şəhadətnamə ilə İqtisadiyyat və Hüquqşünaslıq fakultələri üzrə ali təhsil ala bilərlər.

2 rəylər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button