Türkiyədə təhsil almaq üçün nə etməli
Türkiyədə təhsil almaq bir çox gəncin xəyalıdır. Belə bir qərar alan gənc bir çox suallar qarşısında qala bilər. Amma bu gözəl və əsrarəngiz ölkədə təhsil almağın bir çox müsbət tərəflərinin olduğunu nəzərə alsaq tərəddüt etmək üçün səbəb yoxdur deyə bilərik.
Niyə Türkiyədə Təhsil Almalı?
Türkiyədə təhsilin üstün cəhəti orada yerləşən universitetlərdə yüksək keyiyyətli təhsil sisteminin tətbiq olunmasıdır. Türkiyə dövləti təhsil sahəsində uğurlu addımlar atmışdır. Universitetlərdə Avropa ölkələrində tətbiq olunan Bolonya təhsil sisteminə əsaslanan təhsil sistemi mövcuddur.
Bolonya təhsil sistemi vasitəsilə tələbələr həm yüksək keyfiyyətli təhsil ala biləcək, həm də əldə etdikləri diplomlar dünyanın 47 ölkəsində tanınacaqdır. Beləliklə, Türkiyə ali məktəblərindən məzun olan tələbələrin gələcək karyeraları daha parlaq və uğurlu olacaqdır. Türkiyə dövlətində yerləşən 207 universitet 60.000-dən çox tədris proqramlarına malikdir. Universitetlərin və tədris proqramlarının say çoxluğu nəticəsində, hər bir tələbənin özünə uyğun universitet və tədris proqramlarında təhsil almaq imkanı vardır. Demək olar ki, hər bir universitet ən son texnologiya və müasir avadanlıqla təchiz olunmuşdur. Həmçinin, universitetlərdə geniş kampus imkanlarının olması, sosial klublar və idman komandalarının olması tələbə həyatının aktiv və sosial keçməsinə səbəb olur.
Xarici tələbələr üçün bakalavr proqramlarına qəbul tələbləri
Türkiyə universitetlərində təhsil almaq istəyən xarici tələbələr əvvəlcə tələb olunan sənədləri tam şəkildə dolduraraq aidiyyatı qurumlara təqdim etməlidirlər. Türkiyə universitetlərində təhsili almaq istəyən beynəlxalq tələbələrdən aşağıdakı sənədlər tələb olunur;
Tələbə qəbulu forması
Hər bir universitetin öz qəbul forması var və bu formalar tam doldurulmalı və təqdim edilməlidir.
Orta məktəb diplomu və ya ekvivalenti
Orta məktəb attestatı(Türkiyə xarici nümayindələri və ya notarias tərəfindən təsdq edilməli və türk dilinə tərcümə edilməlidir.)
Transkript – Qiymət Cədvəli
Transkript də məktəb və ya notarius və xarici nümayəndələr tərəfindən təsdiq edilməli və türk dilinə tərcümə edilməlidir.
Maliyyə Zəmanət Məktubu
Qeydiyyat haqqı
Universitet qeydiyyatı üçün tələb olunan bu sənədlər akademik təqvimdə göstərilən müddətə qədər universitetin müvafiq şöbələrinə təqdim edilməlidir.
Sənədlərin gecikməsi və ya hanslsa sənədin çatışmaması kimi problemlər üçün qeydiyyat mümkün deyil.
Xarici tələbələr Türkiyədə universitet təhsili almaq üçün dil imtahanı verməli və universitetin tələb etdiyi keçid balını keçməlidirlər. Xarici dil imtahanlarında tələb olunan balı toplaya bilməyən tələbələr bir il müddətinə dil hazırlığı təhsili alırlar. Bu təlimlərdən sonra dil biliyini təmin edən tələbələr universitet proqramları üzrə əsas proqramda təhsil almaq hüququ qazanırlar.
Türkiyəyə qəbul üçün tələb olunan imtahanlar
2011-ci ldən etibarən Türkiyədə xarici tələbələrin universitetə qəbul sistemlərində dəyişiklik olub. 2011-ci ilə qədər xarici tələbə imtahanı ildə bir dəfə mərkəzi sistem tərəindən keçirilirdi. Bu gün də hər universitet xarici tələbə (YÖS) imtahanını öz struktorunda həyata keçirir.
Seçiləcək universitetin xarici tələbə qəbulu imtahanları universitetlərin rəsmi internet saytında ətraflı şəkildə paylaşılır. Tələbələr imtahan tarixləri, baza balları və imtahana girmək lazım olan bütün məlumatları universitet vasitəsilə asanlıqla əldə edə bilərlər.
Xarici tələbələr üçün universitetə qəbul imtahanlarını hər bir universitet öz daxilində həyata keçirilir.
Tələbə vizası
İmtahanlarda uğur qazanaraq universitetə daxil olmaq hüququ qazanan xarici tələbələrə universitet tərəfindən qəbul məktubu göndərilir. Xaricdəki tələbələr bu qəbul məktubu ilə Türkiyə konsulluğuna getməli və tələbə vizası almalıdırlar. Türkiyədəki tələbələr tələbə vizasını Türkiyənin Xarici Nümayəndəliyi tərəfindən ala bilərlər.
Oturma icazəsi
Türkiyədə universitetdə təhsil almaq istəyən xarici tələbələr yaşayış icazəsi almalıdırlar. Yaşayış icazəsi onların yaşadıqları şəhərlərdə Miqrasiya İdarəsi tərəfindən verilir. Müvafiq qanuna əsasən, əcnəbi tələbələr Türkiyəyə daxil olduqdan sonra bir (1) ay ərzində yaşayış icazəsi almalıdırlar.
Xarici tələbələrin yaşayış icazələri hər il yenilənir.
Sağlamlıq sığortası
Türkiyədə oxuyacaq tələbələr üçün keçərli olacaq və tələbənin sağlamlıq xərclərini tam ödəyəcək sağlamlıq sığortası lazımdır. Bəzi universitetlər xarici tələbələrin sağlamlıq xərclərini ödəyə bilər. Ancaq universitet sağlamlıq sığortası tələbi qoymazsa, tələbələr bunu özləri təmin etməlidir.
Türkiyədə qiyabi təhsil ala bilərəm?
Arzu edən hər kəs Atatürk, Erzurum və İstanbul Universitetlərində qiyabi təhsil ala bilər. Qiyabi təhsil ixtisaslarının illik təhsil haqları da çox münasibdir.
Türkiyə Universitetlərinin yataqxanaları var mı?
Bəzi universitetlərin yataqxanaları var, lakin xarici tələbələr üçün az sayda kvota ayrılır.
Türkiyədə bakalavr üzrə təhsil pilləsində təhsil 4 il, magistr təhsil pilləsində isə 2 ildir.
Türkiyədə təhsil almaq qərarına gəlmişsinizsə, qəbul qaydaları ilə tanış olmalısınız. Belə ki, bir neçə qəbul üsulu var:
- Türkiyənin Dövlət Universitetlərinə attestatla qəbul
- SAT və DİM balı ilə qəbul
- YÖS balı ilə qəbul
- Magistraturaya qəbul yolu ilə.
- Attestatla Türkiyede tehsil
- Türkiyə universitetlərinə heç bir imtahan vermədən attestla qəbul olmaq mümkündür. Attestatla qəbul zamanı sizin attestat qiymətləriniz və attestat balı ortalamanız nəzərə alınır.
- Türkiyədə attestatla təhsil almaq üçün aşağıdakı sənədlər lazımdır:
- Bakalavr üçün
- Attestat və kollec diplomu ( attestat yoxdursa 11-ci sinfi bitirdiyinizə dair arayış
- Transkript(qiymət cədvəli) 9-10-11- ci siniflərin qiymətlərinin çıxarışı
- Fotoşəkil 3*4 ölçüsündə (12 ədəd)
- Xarici pasport və ya şəxsiyyət vəsiqəsi)
- Magistratura üçün:
- Bakalavr diplomu
- Transkript (Qiymət cədvəli, Dekanlıqdan əldə edə bilərsiniz 4 illik qiymət çıxarışı)
- Rəngli fotoşəkil 3*4 ölçüsündə 12 ədəd)
- Şəxsiyyət vəsiqəsi və ya xarici passport
- 1 ədəd niyyət məktubu
- Türkiyədə attestatla təhsil ala biləcəyiniz ixtisaslar aşağıdakılardır:
- · İqtisadiyyat
- · Beynəlxalq münasibətlər
- · İdarəetmə
- · Maliyyə
- · Bank işi
- · Turizm müəllimliyi
- · Mexanika mühəndisliyi
- · Elektrik mühəndisliyi
- · Komputer mühəndisliyi
- · İnşaat mühəndisliyi
- · Aqronomluq
- · İncəsənət
- · İdman
- · Statistika
- · Biologiya
- · Tarix
- · Musiqi müəllimliyi
- · Jurnalistika
- · Qida mühəndisliyi fakültəsi
- · Kimya Fizika Psixologiya
- Ən vacib məqam odur ki, bu universitetlərin diplomları Azərbaycanda tanınır. Tələbələrəhərbi xidmətdən möhlət hüququ verilir. Bəzən tələbələri təhsil müddətində işləməyin mümkün olub olmamağı çox maraqlandlrlr.
- Bəli təhsil aldığınız müddətdə rəsmi işləmək hüququnuz var.
- Dim balı ilə qəbul
- Türkiyənin bəzi universitetlərində DİM imtahan balı ilə də qəbul ola bilərsiniz. Türkiyə universitetlərində DİM imtahan balı ilə təhsil almaq istəyirsinizsə imtahan balınız 450-500 baldan yuxarı olmalıdır. DİM balı ilə siz Türkiyənin həm də özəl universitetlərində istədiyiniz fakültə və ixtisası seçə bilərsiniz.
- SAT imtahanı ilə Türkiyənin istənilən universitetinə qəbul ola bilərsiniz.Daha prestijli universitetlərdə təhsil almaq üçün SAT və bundan əlavə TOEFL imtahanı da verməlisiniz.
- Firat Üniversitesi
- YÖS (Yabancı Ögrənci Sınavı) balı ilə qəbul YÖS imtahan balı ilə balı qəbul Türkiyə vətəndaşlığı olmayannTürkiyədə yaşamayan xarici tələbələr üçün universitetlərə qəbul imtahanıdır.YÖS imtahanı ilə Türkiyənin həm özəl, həm də dövlət universitetlərində təhsil almaq olar. YÖS imtahanı bakalavr təhsili almaq üçündür. Hər bir universitet imtahanı fərqli vaxtlarda keçirə bilər. İmtahan vaxtını öyrənmək üçün universitetin saytına daxil olub, vaxtı və şərtləri ilə tanış ola bilərsiniz. Çünki
- YÖS imtahanı artıq ümumi imtahan deyil, universitetlərin öz daxili imtahanına çevrilib.
- Türkiyədə magistratura qəbulu
- Türkiyədə həm dövlət, həm də özəl universitetlərdə magistr təhsili almaq olar.Bakalavr üzrə təhsil almış hər bir tələbə magistr təhsilini Türkiyədə ala bilər. Magistr təhsili iki ildir. Bu təhsil pilləsi iki yerə ayrılır:
- Tezli təhsil-2 il
- Tezsiz təhsil-1-1.5 il
- Tezli və tezsiz təhsilin yalnız bir fərqi var ki, o da tezli təhsil alanların doktorantura pilləsinə də qalxıb orada təhsillərini davam ede biləcəkləridir. Tezsiz təhsil alanlar isə doktoranturada oxuya bilməz. Türkiyədə magistr təhsili verən universitetlər iki yerə ayrılır:
- İmtahanla qəbul edən universitetlər
- İmtahansız qəbul edən universitetlər
- Türkiyədə magistr təhsili almaq üçün üçün ALES, YDS,TÖMER və MULAKAT imtahanları verməlisiniz.
- Son illər təhsildə olan dəyişikliklərdən sonra,ALES imtahanı məcburi sayılmır. Digər imtahanlarla müqayisədə əhəmiyyəti azdır. İmtahan ildə üç dəfə keçirilir.
- YDS imtahanı xarici tələbələrin verdiyi ingilis dili imtahanıdır. YDS imtahanı Türkiyədə ortalama olaraq, il ərzində 10-12 dəfə keçirilir. İmtahan vermədən magistr təhsili alma üçün sizə lazım olan sənədlər bunlardır:
- Bakalavr diplomu
- Bakalavr təhsil aldığınız universitetin referans məktubu
- Türkiyədə maddi xərclərinizi ödəyə biləcəyiniz haqqında sənəd
- TÜRKİYƏ ÜNİVERSİTETLƏRİNİN SİYAHISI
- Eskişehir Osmangazi Universitesi
- Uludağ Üniversitesi
- Onsekiz Mart Üniversitesi
- Abdullah Gül Üniversitesi
- Atatürk Üniversitesi
- Gazientep Universitesi
- İnönü Üniversitesi
- Kütahya Dumlupinar Üniversitesi
- Manisa Celal Bayar Üniversitesi
- Necmettin Erbakan Üniversitesi
- Tekirdağ Namık Kemal Üniversitesi
- Gaziosmanpaşa Üniversitesi
- Trakya Universitesi
- Bülent Ecevit Universitesi
- Bozok Universitesi
- Yalova Universitesi
- Cumhuriyet Universitesi
- Sinop Universitesi
- Ondokuz Mayıs Universitesi
- Nigdə Ömer Halidemir Universitesi
- Kirklareli Universitesi
- Kastamonu Universitesi
- Karamanoğlu Mehmetbey Universitesi
- Karabük Universitesi
- Kahramanmaraş Sütçü İmam Universitesi( tgdk+attestat balı)
- Kafkaz Universitesi
- İğdır Universitesi
- Hitit Universitesi
- Mustafa Kemal Universitesi
- Harran Universitesi
- Gümüşhane Universitesi (Tgdk+atestat balı)
- Erzincan Binali Yıldırım Universitesi
- Çankırı Karatekin Universitesi
- Burdur Mehmet Akif Ersoy Universitesi
- Bilecik Şeyh Edebalı Universitesi
- Bartin Universitesi
- Bandırma Onyedi Eylül Universitesi
- Ağrı İbrahim Çeçen Universitesi
- Artvin Çoruh Universitesi
- Ardahan Universitesi
- Amasya Universitesi
- Bingöl Universitesi
- Muş Alparslan Universitesi
- Adıyaman Universitesi
- Munzur Universitesi
- Bitlis Eren Universitesi
- Osmaniye Korkut Ata Universitesi
- Killis 7 Aralık Universitesi
- Erciyez Universitesi
- İslam Bilim ve Teknoloji Universitesi
- İskenderun Teknik Universitesi
- Süleyman Demirel Universitesi
- Tarsus Universitesi
- Uyqulamalı bilimler Universitesi
- Siirt Universitesi
- Sakarya Universitesi
Atestad qiymetleri biraz asağı olanda qebul olmaq mümkün deyil?
bəli Elməddin bəy, sizdə attestat qiymətləri necədir?