Türkiyədə magistratura təhsili haqqında vacib məlumatlar!
Bakalavr təhsili karyera həyatımızda atdığımız ilk addım olaraq böyük əhəmiyyət daşıyır. Bu dövrdə seçdiyimiz ixtisas, aldığımız təhsil, qazandığımız bilik və bacarıqlar gələcək hədəflərimizin bünövrəsidir. Son dövrlər gənclər eyni zamanda böyüklər arasında magistratura təhsili də prioritetə çevrilib. Xüsusilə ölkəmizdə Türkiyədə magistratura təhsili oxumaq üçün mürcaiət sayı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Təbii ki, hər bir şəxs üçün bu sualın cavabı fərqli olsa da gəlin görək ümumilikdə Türkiyədə magistratura təhsili almaq namizədlərə nə kimi üstünlüklər qazandırır?
Türkiyədə magistr təhsili haqqında ətraflı məlumat
Türkiyədə magistratura təhsili tezisli və tezizsiz olmaqla iki yerə ayrılır. Tezisli magistratura proqramı elmi tədqiqatlara istiqamətlənir. Əgər akademik səviyyədə irəliləməyi planlayırsınızsa eyni zamanda magistratura üçün ödəniş etmək istəmirsinizsə tezisli proqramları seçə bilərsiniz. Təhsil müddəti iki ildir. Dissertasiya ilə magistr təhsili almağı planlayanlar üçün isə ALES imtahanlarından uğurla keçmək tələb olunur. Maksimum nəticənin dəyəri isə universitetlərin tələblərinə uyğun dəyişir. Zəruri sənədlərlə birgə müraciətinizi tamamladıqdan sonra müsahibə mərhələsi başlayır. Bu mərhələni də uğurla başa vurduqdan sonra qəbul olmağınızla bağlı nəticəniz sizə təqdim olunur.
Tezissiz magistratura proqramı ixtisasınız və ya digər sahələr üzrə sahib olduğunuz bilik və bacarıqları praktikada tətbiq etməyi hədəfləyir. Bu proqramın müddəti iki və ya üç semestrdir. Tezisli magistratura proqramından fərqli olaraq, tezissiz magistratura proqramında ALES tələb olunmur. Arzuladığınız bütün universitetlərə bakalavr nəticələrinizlə müraciət edə bilərsiniz.
Akademik Lisansüstü Eğitimi Girişim Sınavı (ALES) imtahanı nədir?
ALES balı Türkiyədə, xüsusilə tezisli magistr proqramları üçün tələb olunur. Tezissiz magistratura pilləsində isə ALES ümumiyyətlə tələb olunmur. Bu imtahanda ümumilikdə analitik düşüncəni qiymətləndirmək üçün nəzərdə tutulan suallar ünvanlanır. İmtahanın müddəti 150 dəqiqədir. Əldə olunan sertifikatın etibarlılıq müddəti 5 ildir. İmtahanda riyaziyyat, həndəsə, ədədi məntiq, türkcə, məntiqi düşünmə (şifahi məntiq) sahələri üzrə suallar yer alır. ALES imtahan nəticəsi tələb olunan universitetlər üçün balınızın 70-dən yüksək olması üstünlükdür.
Ödənişsiz Türkiyədə magistratura təhsili almaq mümkündürmü?
Etdiyiniz seçimlərə uyğun Türkiyədə magistratura təhsili ödənişli və ya ödənişsiz ola bilər. Belə ki, dövlət universitetlərində dissertasiya işi ilə magistr dərəcəsini qazandığınız halda ödənişsiz təhsil almaq şansınız yaranır. Vəqf universitetləri və tezissiz magistr dərəcəsi isə ödənişlidir. İllik təhsil haqqları universitetlərə görə dəyişir. Ödənişlər haqqında ətraflı məlumatları universitetlərin internet saytından əldə edə bilərsiniz.
Türkiyədə magistratura oxumaq üçün illik təhsil haqqı nə qədərdir?
Təhsil haqqları tədris türk dilində olan universitetlər üçün illik 300 – 600 dollar, tədris ingilis dilində olan universitetlərdə illik 600 – 900 dollar, vəqf universitetlərində isə
5,000 – 20,000 dollar arasında dəyişir.
Türkiyədə magistratura təhsili üçün hansı sənədlər tələb olunur?
Türkiyədə magistratura təhsili oxumaq üçün müraciət etdiyiniz universitetlərdən dolayı sənədlərin siyahısı dəyişə bilir. Lakin ümumilikdə zəruri olan sənəd toplusu ilə aşağıdakı siyahıdan tanış ola bilərsiniz.
- Bakalavr diplomu və onun tərcüməsi (türk və ya ingilis)
- Transkript (İngilis və ya Türk)
- Yenilənmiş CV Sənədi
- Niyyət məktubu
- Tövsiyə məktubları
- Dil bilik sertifikatı
- Lisansüstü qəbul imtahan nəticəsi (ALES)
Bursla Türkiyədə magistratura təhsili almaq mümkündürmü?
Qardaş ölkənin ali təhsil ocaqları azərbaycanlı tələbələr üçün bir çox təqaüd imkanları təqdim edir. Onlar içərisində ən məşhuru yanvar-fevral aylarında qeydiyyatı başlayan Türkiyə burslarıdır. Eyni zamanda Erasmus proqramı ilə də burslardan yararlanmaq mümkündür. Bundan başqa TÜBİTAK təqaüdləri də vardır ki, aşağıdakı proqramlarda iştirak edən beynəlxalq tələbələrin təhsilini maliyyələşdirir:
- Beynəlxalq tələbələr üçün bakalavr təqaüd proqramı
- Əcnəbilər üçün tədqiqat təqaüdü
- Az inkişaf etmiş ölkələr üçün magistr təqaüd proqramı
- Beynəlxalq tələbələr üçün magistr təqaüd proqramı
Türkiyədə magistratura təhsili almağın üstünlükləri nədir?
Qardaş ölkədə magistratura təhsili alaraq karyeranızı inkişaf etdirə bilərsiniz. Ümmilikdə Türkiyədə magistratura təhsili almaq tələbələrə bir çox üstünlüklır qazandırır ki, gəlin onlarla tanış olaq.
- İmtahansız, bakalavr diplomu ilə tələbə adını qazanmaq şansı
- Büdcənizə uyğun universitet, şəhər seçmək imkanı
- Sonda Beynəlxalq diploma sahib olmaq fürsəti
- Yüksək səviyyəli təhsil
- Təqüd qazanmaq şansı
- Peşəkar müəllimlər
- Geniş karyera imkanları
- Rəngarəng şəhər həyatı
- Müxtəlif ölkələrdən yeni dostlar
- Vətənimizə gediş-gəlişin sərfəli və rahat olması
- İstənilən tədris növündə təhsil imkanı (əyani, qiyabi, distant)