SMM nədir?

SMM (Social media marketing) – sosial media marketinq deməkdir və sosial media üzərindən marketinq əməliyyatlarının aparılması prosesidir. Sosial media platformalarından istifadə edərək marka tanıtımı, hədəf kütləsini genişləndirmək, veb sayt trafikini artırmaq, satışları çoxaltmaq kimi məqsədləri yerinə yetirmək üçün əsas vasitədir.

Sosial Media Marketinqi sahibkarlar üçün niyə bu qədər vacibdir?

SMM böyük yerli və qlobal hədəf kütləyə çatmaq üçün ən asan yollardan biridir. Hootsuite platformasının paylaşdığı məlumata görə son zamanlar dünya əhalisinin yarısı (3.8 milyard) sosial media istifadəçisidir. Hətta buu rəqəmlər isə dayanmadan və kəskin artmaqda davam etməkdədir.
2019-cu il statistikasına (globalwebindex.com) görə insanlar gündə ortalama 2 saat 24 dəqiqəsini sosial mediada keçirməkdədir. Bu göstəricilər isə bu yolla nə qədər kütləyə görünmək və xitab edə biləcəyinizin əsas sübutudur.

Hər il satışları artırmaq baxımından sosial media daha çox əhəmiyyət kəsb edir. Bunu bir çox statistik göstəricilərlədə sübutuna varmaq mümkündür.

2019-cu ildə internet istifadəçilərinin 43%-i alış qərarı verməzdən öncə sosial media üzərindən məhsul və markanı analiz etmişlər. (Hootusite)

Buna görə də alış qərarını müştəridə formalaşdırmaq üçün facebook, instagram kimi media hesabları bir biznes üçün çox əhəmiyyət kəsb etməkdədir.

Sosial medianın faydaları

  • Brend tanınırlığını artırmaq
  • Veb sayt trafikini yüksəltmək
  • Daha asan məzmun yaratmaq bacarığı
  • Hədəf kütlə, müştəri ilə müntəzəm əlaqə imkanı və s.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button